Onomastika, Dialektologiya, Etimologiya kimi cümlələrdən də görürük ki, da, də yerindən asılı olaraq ədat
kimi işlənmişdir. Müasir dilimizdə də bunlar belədir. Müqayisə
edək. Bir eyni rəng aldı Mil də, Muğan da. (S.Vurğun). Gündüz
də, gecə də onu təqib edir. (M.îbrahimov). Bu cümlələrdə görürük
ki, burada da, də bağlayıcı yerində işlənib. Camaatdı da danışır-
danışır, dayanır. (M.îbrahimov). Sonda yazdığım bu cümlədə isə
da, də ədat vəzifəsində işlənmişdir.
Ta bağlayıcısı. Bu bağlayıcıya da Orxon-Yenisey yazılı
abidələrinin lüğət tərkibində nəzər saldıqda görürük ki, Müasir
Azərbaycan dilinin qrammatikasında olan da, də bağlayıcısı ilə
eyniyyət təşkil edir və burada ta//da fonetik dəyişikliyi baş ver-
mişdir. Bu bağlayıcıya abidələrin dilində ancaq bir yerdə təsadüf
olunur. Anta kisrə inisi kağan bolmıs erinç, oğlı, ta kağan bolmıs
erinç. - Ondan sonra kiçik qardaşı xaqan olmuş, oğlu da xaqan
olmuş. (l.KTş.7,s.72,78). müqayisə etdikdə görürük ki, Ta bağla-
yıcısı müasir Azərbaycan dilinin lüğət tərkibində qüvvətləndirici
ədat kimi işlənir.