D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə212/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   208   209   210   211   212   213   214   215   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
da qeyd edək ki, bu ədat feldən başqa bütün əsas nitq hissələrini 
xəbərdə işlədərkən onların inkarını bildirir. Felin lazım şəklinin 
inkar mənasını yaratmaq üçün daha çox deyil sözündən istifadə 
olunur. Yazasıyam,  yazası  deyiləm,  görəsiyəm,  görəsi  deyiləm. 
Lakin dilimizdə çox istisna hallarda bu şəklin inkarını –ma –mə 
ilə, yazmayasıyam, getməyəsiyəm kimi də görmək olar. Bundan 
başqa, yəni felin qalan bütün şəkillərində və fellərdə inkar –ma 
–mə şəkilçisi vasitəsi ilə düzəlir. Məsələn: Yatmayır nə gecə, nə 
gündüz şəhər (N.Xəzri.) Deyil ədatına nümunə: Daha ikinci dəfə 
əlimi ağrıdıb bu divarı da sökəsi deyiləm
Orxon-Yenisey  abidələrinin  dilində  köməkçi  nitq  hissələ-
rindən qoşma və ədata nisbətən bağlayıcılara az təsadüf olunur. 
İndi isə abidələrin dilindəki bağlayıcılara nəzər salaq.
Үəmə.  Bu  bağlayıcının  etimologiyasına  baxdıqda  burada 
yəmə bağlayıcısının kökündə yenə zərfıni görmək olar. Orası da 
məlumdur ki, bütün köməkçi nitq hissələrinin əksəriyyəti tarixən 
əsas nitq hissəsi olmuş və tədricən köməkçi funksiyasına keçmiş-
dir. Bu bağlayıcının işləndiyi cümlələrin mazmununda hər han-
sı bir təkrar sadalama olduğunu görürük. Alimlərimiz isə bunu 
da, də bağlayıcısı kimi qeyd etmişlər. Nümunələrə baxaq. Kün 
yəmə, tün yəmə yelü bardımız. - Gündüz də, gecə də getdik. (l. 
Tşm. 27, s. l 19, 124). İltəris kağan kazğanmasar, udu ben özüm 
kazğanmasar, il yəmə bodun yəmə yok ertəçi erti. “İltəris xaqan 
qazanmasa, ardınca mən özüm qazanmasam, el də, xalq da, yox 
olacaqdı.  (l. Tc.  55,  s.  l21,  126).  Onu  da  xüsusi  ilə  qeyd  edim 
ki, Müasir Azərbaycan dilinin lüğət tərkibində olduğu kimi da, 
də  ədatı  Orxon-Yenisey  yazılı  abidələrinin  lüğət  tərkibində  də 
yerindən, məqamından asılı olaraq ədat kimi də işlənir, məsələn: 
Biz  yəmə  sülədimiz,  anı  ertimiz.  -  Biz  də  qoşun  çəkdik Anıya 
çatdıq. (l. Tq. 5, s. l20, 125). Anta aygucu yəmə ben ök ertim. - 
Onda məsləhətçi də əlbətdə mən idim. (l. Tc. 50, s. l20, 125). Bu 


211

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   208   209   210   211   212   213   214   215   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin