DƏDƏ QORQUD ARAŞDIRMALARI ok,-ben özüm uzun yölmək ıtım ok. - Gecə uyumadı, gündüz otur-
madı, qızıl qanımı tökərək, qara tərimi axıdaraq, işimi, gücümü
verdim, axı mən özüm uzun (böyük) süvari dəstələri göndərdim
axı. (l. Tş. 5, s. l21, 126). Ayğuçısı bilgə ermis kaç ersər, ölürtəçi
kük. -məsləhətçisi müdrük imiş hər pesə olsa öldürəcəklər axı(l.
Tş 5, s. 122, 127). Onu da qeyd edək ki, ok//kuk ədatının ya-
ranması haqqında Əlisa Şükürlü yazır: “Olsun ki, kuk ədatı ok
ədatının ki adatı ilə birləşməsindən törənmişdir.” Qədim uyğur
yazılı abidələrində ok ədatına daha çox rast gəlmək mümkündür.
Müasir dilimizdə olan axı ədatının da ok ədatından törəndiyini
güman etmək olar. Axı ədatı haqqında belə bir fərziyyə yürütmək
olar ki, bu ədat ok//okı//akı və axı şəkillərini alaraq fonetik
dəyişikliyə uğramışdır. Bu ədatin müasir dilimizdə işlənən axı
variantına nəzər salaq. Onu da qeyd edək ki, axı ədatı haqqında
Hörmətli professorumuz Əzizxan Tanrıverdi də mülahizələr irəli
sürmüşdür. O gösterir, “axı ədatı əskidən axır şəklində olub. Bu
söz də Ərəb mənşəli nəhayət, axır, son anlamlı “axər” sözünün fo-
netik tərkibcə dəyişikliyə uğramış formasıdır (4. S. 353) Bu ədat
sözün, cümlənin, fikrin bitməsi anlamındadır. Prof.Ə.Tannverdi
qeyd edir, “axır sözündəki r samiti düşərək axı şəklində müasir
dilimizdə işlənməkdədir” (4. S. 353) Bu adatın abidələrin dilində
işlənən variantı olan ok ədatı da fikrin, hər hansı bir hadisənin
sona çatması anlamındadır. Ersər ölurtəci kuk - Hər necə olsa
öldürəcəklər axi Onu da qeyd edək ki, müasir dilimizdə axı ədatı
xəbərdarlıq, sual, təsdiq, etiraz, təəccüb və s. cəhətdən cümlələri
qüvvətləndirməyə xidmət edir. Məsələn: Siz axı dastanlarda oxu-
nan qəhrəmanlar kimisiniz...(S.Cabbarlı). Axı biz nə etmişik, nə
günah işlətmişik, ana? (M.İbrahimov). Axı ikimizi də bir yerdə
yazmışlar. (S.Cabbarlı). Bu cümlələrdə də biz axı ədatının hansı
çalarlara xidmət etdiyini görürük.
Ən//ən ilki. Qüvvətləndirici ədat olan bu ədat Orxon-Yeni-