D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə207/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   203   204   205   206   207   208   209   210   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
man məfhumunu ifadə edən qoşmadır. Bu sözün etimologiyasına 
nəzər saldıqda burada bir neçə fonetik dəyişiklik olduğunu ehti-
mal etmək olar. Hal-hazırda işlənən sonra sözü tələffüzümüzdə 
və  dialektlərimizdə  sora  kimi  səslənir.  Buna  görə  də  bu  fone-
tik  dəyişikliyi  ehtimal  edirik.  Kisrə>ki  srə>ki  sirə>ki  sörə>ki 
sora>sora>sonra. Ol kan yok boltukda kisrə el yitmiş ıçğınmıs, 
kaçılmış...-  O  xan  yox  olduqdan  sonra  el  sona  yetmiş,  dağıl-
mış, qaçmış. (1. 0 ö. l, s. 53, 54) Yağru kontukda kisrə ayığ bı-
lıg anta öyür ermiş. - Yaxın yerləşdikdən sonra pis əməlləri eləcə 
öyrədilmiş. (l. KTc. 5,s. 71, 77). Anta kisrə tenri bilik bertük üçün 
özüm ok kağan kısdım. - Ondan sonra tanrı bilik verdiyi üçün 
özüm məhz xaqan seçdim. (l. T. I daş q 6, s. 117, 122). Pələngin 
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığışdılar. 
(A.Şaiq) Çeçmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım. (A.Şaiq).
Yuxarıda da gördüyümüz kimi, köməkçi nitq hissələrinə yazılı 
abidələrin dilində çox az təsadüf olunur. Burada ilk öncə qoşma-
ları müasir Azərbaycan dilinin qrammatikasmda olan qoşmalarla 
müqayisə etdik və hər iki dövrdə işlənən qoşmaların müqayisəli 
tahlilini apardıq. İndi isə ədatların müqayisəsinə yer ayrılacaqdır. 
Ədatlara  abidələrin  dilində  qoşmalara  nisbətən  az  təsadüf  olu-
nur. Ədatlar aid olduğu sözə və cümləyə dinləyicinin diqqətini 
yönəldir,  onların  üzərinə  məntiqi  vurğu  düşməsinə  səbəb  olur. 
Müasir Azərbaycan  dilində  olduğu  kimi,  Orxon-Yenisey  yazılı 
abidələrinin lüğət tərkibində də bir sıra ədatlar vardır. Məsələn: 
Qüvvətləndirici ədatlardan ok//kuk ədatını götürək. Bu ədat ifadə 
olunan fikrin təsir gücünü artırmağa xidmət edir, adlardan və ya 
fellərdən sonra gəlir. Anta kisrə tenri bilig bertük üçün özüm ok 
kağan kısdım. Ondan sonra tanrı bilik verdiyi üçün özüm məhz 
xaqan  seçdim.  (l. Tq.  6,  2,s.  l  17,122). Tün  udımadım...güntüz 
olurmatı, kızıl kanım tökti, kara tərim yügürti, isik, küçik bertim 


206

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   203   204   205   206   207   208   209   210   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin