DƏDƏ QORQUD ARAŞDIRMALARI türk amtı bodun, bəklər, bödkə görikmə bəklər gü yanıltaçısıdır.-
Ona baxaraq bilin: -indiki türk xalqı, bəyləri, taxta tabe bəylər axı
yanılasısınız. (l. KTc. ll, s. 71, 78). Göytürk yazılı abidələrində
feldən sonra gələrək sual anlayışını gücləndirməyə xidmət edən
ğü ədatı olsun ki, gü ədatının başqa bir variantıdır. Azu bu sabım-
da igid bargu? - Məgər bu sözümdə şişirtmə var? (l. KT c. 10, s.
71, 78) Bu ədat həmişə sual cümləsi yaratdığına görə yəni, sual
ədatı olan -mı
4
şəkilçisini va hissəciyini əvəz etdiyinə görə bəzi
vaxtlarda və bəzi cümlələrdə məgər sual ədatı ilə cümələlərdə
birgə işlənir. Azu bu sabımda igid bargu? - Məgər bu sözümdə
şişirtmə var? Bu ədatı müasir Azərbaycan dilinin qrammatika-
sında olan sual ədatları ilə müqayisə etdikdə görürük ki, müasir
dilimizdə gü//ğü edətının -mı, yəni, məgər, bəs ve cümlə sonunda
hə? variantlannda işlənən mənaları vardır. Məgər sən Mücahid
deyilsən? (Makulu). Fələ, özünü sən də bir insanmı sanırsan? Pul-
suz kişi, insanlığı asanmı sanırsan? (M.Ə.Sabir). Yəni, ay Rüstəm
adamları sən məndən yaxşı tanıyırsan? (M.İbrahimov.). Məndən,
könül o nazlı nigara nə dedin bəs? Çəkdin o güləndamı kənara nə
dedin bəs? (Ə.Vahid). Demək sən də o biri yoldaşın kimi ağaç al-
tında döyülmək istəyirsən hə? (Makulu). Müasir Azərbaycan dili-
nin qrammatikasında -mı
4
ədatı dörd variantda, yəni ahəng qanu-
nunun tələblərinə cavab verən variantda işlənir, lakin abidələrin
dilində bu ədat iki cür dodaqlanan, qapalı saitlərin iştiraki ilə mu
və mü şəklində özünü büruzə verir. Yağmısı ben ertim. Bilgə Ton-
yukuk, Kağan mu kısayın - tidim.-Qoşulanı mən idim, müdrik
Tonyukuk Xaqanmı seçək dedim. (l. Tq. 5, s. l 17, 122) Oğuzda
eki-üç bin sümiz kəltəçimiz, bar mu nə Ança ötüntim.-Oğuzda
iki-üç min qoşunumuz var gələcəyik, deyiblər buna sözün varmı?
Eləcə müraciət etdim. (l. Tc. l4, s. l 18, 122) Onu da qeyd edək
ki, yuxarıda yazdığım cümlələrə və yazılı abidələrin dilinə nəzər
saldıqda görürük ki, buradaki sual ədatı olan mu, mü ədatı sözdən