D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya


Onomastika, Dialektologiya, Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə209/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   205   206   207   208   209   210   211   212   ...   290
Onomastika, Dialektologiya, Etimologiya
sey yazılı abidələrinin lüğət tərkibində ilk zaman zərfi ilə birlikdə 
işlənir. Ən ilki Toğu balıkda sünüşdim. - Ən ilk Toğu balıqda dö-
yüşdüm. (l. BX. 30,s. 99, 105). Ən ilki Tadıkın çorın boz (atığ 
binip təkdi, ol.at anta). (l. KTş. 32, s. 74, 81). Yuxarıda qeyd etdi-
yimiz cümlələrdə öncə, əvvəlinci, birinci manalarını verən ilk za-
man zərfini ən ədatı qüvvətləndirmişdir. Bu ədatı müasir dilimizlə 
müqayisə  edək.  O  ən  uzaq  məsafədən  nişanı  vurub  dağıdırdı. 
(Y.Əzimzadə).  Buradan  da  görürük  ki,  ən  ədatı  uzaq  sifətinin 
mənasmı, uzaqlığını gücləndirmişdir.
Azu ədatı: Orxon-Yenisey yazılı abidələrinin lüğət tərkibində 
işlənən bu ədat müasir dilimizdə işlənən məgər ədatının verdiyi 
mənaya uyğun gəlir. Bu ədat adətən aid addan, cümlədən əvvəl 
gəlir və sual anlayışını gücləndirməyə xidmət edir. Azu bu sabım-
da igid borğu? - Məgər bu sözümdə şişirtmə var? (l. KTc. 10, s. 
71, 78) Onu da qeyd edək ki, azu ədatı Qadim Uyğıır yazılarında 
eyni zamanda bağlayıcı vəzifəsini də yerina yetirir və istər, istərsə 
bağlayıcısı kimi tərcümə olunur. Azu aluğ baçağ kun, azu kiçig 
baçağ kunka kılsar.- Əger o, istər böyük mərasimdə, istər kiçik 
mərasimdə etsə. (l. TT II 62) Azu ədatı yazılı abidələrin dilində, 
əsas da Orxon-Yenisey abidələrinin lüğət tərkibində azu şəklində 
işlənir.  Bu  ədat  müasir  Azərbaycan  dilinin  lüğət  tərkibində 
məgər  variantında,  canlı  danışıq  dilimizdə,  şivələrdə,  xüsusən 
də şərq şivələrimizdə bəyəm//bəgəm variantında işlənməkdədir. 
Məsələn: Məgər dünyada yaxşılığa, səadətə, özünə və adamlara 
inanmaq pis şeydir? (İ.Qasımov, H.Seyidbəyli). Gədə, necə çıx-
mır, məgər öz xoşunadır çıxmasın? (M.İbrahimov). Ahin dağlara, 
daşlara, yoldaş briqadir, saha kanarında da kübrə vacibdir bayəm! 
(M.ibrahimov). Məgər mən adam deyiləm? (M.İbrahimov).
Gu  ədatı  sual  bildirən  cümlələrdə  sual  mənasını 
qüvvətləndirməyə  xidmət  edir.  Yalnız  göytürk  yazılarında  rast 
gəlinən bu ədat aid olduğu sözdən əvvəl gəlir. Anark körü bilin, 


208

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   205   206   207   208   209   210   211   212   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin