Onomastika, Dialektologiya, Etimologiya ayrı yazılır. Buna da müasir türk dilində, yəni Osmanlı türklərinin
dilində və bir sıra türk xalqlannm dilində rast gəlmək olar. Bu
sual ədatı olan mu, mü - nün eyni ilə işləndiyi və dörd variant-
da işlənən növünü biz görürük. Əvvəldə də qeyd etdiyim kimi
müasir Azerbaycan dilində mı
4
- ədatı sözlərə bitişik formada ya-
zılır. Lakin müasir Azərbaycan dilinin qrammatikasmda bu sual
ədatının ayrı yazılması yalnız da, də ədatından sonra gəldikdə,
ayrı yazılır. Sən də mi və s.
Axtarıb tapdım səni
Sən də mi sevdin yar məni? (Ü.Hacıbəyov)
və yaxud
Gərşivəz, sən də mi dil açdın mana? (H.Cavid)
O, tar da mı çalır? Sız də mi onunla çalırsımz?
Tüğül - ədatı. Bu ədatı müasir Azərbaycan dilində işlənən
ədatlarla müqayisə etdikdə görürük ki, bu ədat dilimizdə olan
deyil ədatı ilə eyni anlam daşıyır. Bir çox türkoloqlarımızın da
fikrincə bu ədat dok - yox və ol - o sözlərinin birləşməsindən
yaranmışdır. Mənim fıkrimcə də bu ədatın fonetik dəyişiklik
daşıması bu cür olmuşdur. Tügiil>dügül>tegül>tegil>degil Bu
dəyişikliyin sonuncusu olan degil ədatı bu gün də Azərbaycanın
dialekt və şivələrində qorunub saxlanmışdır. Daha sonralar isə
ədəbi dilimiz qanun səviyyəsi aldıqda bu ədat deyil şəklində
bərqərar olmuşdur. Bu ədatı müasir Azərbaycan dilində işlənən
deyil ədatı ilə müqayisə etdikdə yuxarıdakı nəticələrin alındığı-
nı görürük. Deyil ədatı müasir Azərbaycan dilində felin bir çox
şəklinin inkarını bildirir. Bu ədat hətta adlarla, əşya ilə bağlı olan
nitq hissələrinin də inkarını bildirir. Müqayisə edək. Abidələrin
dilində. Türk bodun üləsigin biriyə Çuğay yış tügül, Tün yazı
konayın. - Türk xalqı, çoxluca öldün, - Türk xalqı bir hissən
cənuba, Çuday ormanına deyil, Tün düzünə yerləşək. Müasir
Azərbaycan dilində deyil ədatının işlənməsinə nəzər salaq. Onu