D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə203/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   199   200   201   202   203   204   205   206   ...   290
Təgərə - qoşması, Orxon-Yenisey yazılı abidələrinin lüğət 
tərkibində  bu  qoşma  haqqında,  barəsində  manalarını  verir.  Bu 
qoşmaya  yalnız  qədim  uyğur  yazılı  abidələrində  təsadüf  edilir. 
Tavar təgərə körkər anama Əbgü - Əgər mal haqqında (barəsində) 
bir şey başa düşsələr, onda bu yaxşıdır. (l. TT VII 29, 15)
Sayu  qoşması  Orxon-Yenisey  yazılı  abidələrinin  lüğət 


201
Onomastika, Dialektologiya, Etimologiya
tərkibində hərəkətin müəyyən bir obyektə doğru yönəldiyini bil-
dirir və dilimizə tərəf sarı manalarında tərcümə olunur. Onu da 
qeyd  edək  ki,  sayu  qoşmasının  semantikasına  nəzər  salaraq  bu 
sözün  müasir  dilimizdəki  sarı  qoşmasının  qədim  variantı  oldu-
ğunu ehtimal etmək olar. Burada “sa” hissəciyi sinkretik kök al-
mış, “yu” hissəciyi isə dəyişərək rı variyantını almışdır Antoğının 
üçün igidmiş kağanının sabın almatın yır sayu bardığ kop anta 
alkıntığ,  arılteğ—Elə  olduğun  üçün  (səni)  yüksəltmiş  xaqanın 
sözünə qulaq asmadan yer boyu getdin, orada tamamilə zəiflədin, 
seyrəldin. (l. KT, c. 9, s. 71, 78). Ol ok tün bodunın sayu ittiniz. 
Həmin gecə vaxtı elçiləri xalqıina tərəf yönəltdik. (l. Ton. II daş. 
q. 42). Bu cümlələrdə də sayu qoşması tərəf manasında işlənir.
Ötrü qoşması müasir Azerbaycan dilinin lüğət tərkibindəki 
ötrü qoşması ilə eyni məna vo məzmun daşımır, tərcümədə sonra 
mənası verir. Abidələrin dilində işlənən və zaman mənası verən 
ötrü  qoşmasının  etimologiyasına  nəzər  yetirdikdə  görürük  ki, 
ötrü sözü ötmək, keçmək manasında olan öt semantik kökündən 
ibarətdir. Bu da bir növ zamanın ötüb keçdiyini, yəni sonranı bil-
dirir. Əslinə baxsaq onu da görə bilərik ki, ötrü qoşmasının indiki 
variantına nisbətən abidələrin dilindəki variantı əsil mənasına, za-
man mənasına daha yaxındır. Anta ötrü oğuz kapın kəlti - Ondan 
sonra oğuzlar hamisi gəldi.(l. Tc. l6, 118, 123) Anta ötrü kağanı-
ma ötüntim, anca ötüntim. — Ondan sonra xanıma müraciət et-
dim, eləcə müraciət etdim. (l. Tc. l2,s. l 18,122) Cümlələrində ötrü 
qoşması zaman məfhumu ifadə edən, çıxışlıq halla işlənən sonra 
qoşmasının  mənasını  vermişdir.  Azərbaycan  dilində.  Pələngin 
dərisini soyub evə qayıdandan sonra qonşular başıma yığıldılar. 
(A.Şaiq). Çeşmə başında kabab bişirib yedikdən sonra uzanıb yat-
mışdım (A.Şaiq). Bu söz dilimizin lüğət tərkibində də işlənir və 
qoşma kimi qeyd olunur. Lakin müasir Azerbaycan dilində ötrü 
qoşması aid olduğu sözlə birlikdə səbəb, məqsəd, aidlik manaları-


202

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   199   200   201   202   203   204   205   206   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin