Kodı qoşması: bu qoşma Orxon-Yenisey abidəlarinin
dilində, istiqamətində, boyunca mənalarını verir. Məsələn: Ol sub
kodı bardınız. - O çayın axarı istiqamətində getdik. (l. Ton. 27).
Sələnə kodı bardınız.- Selənə çayının axarı boyunca getdik. (l.
Mok. 37) -müasir dilimizdə. Əhali yol boyunca düzülüb prezi-
denti salamlayırdılar. (“Azərbaycan” qəzeti.). Bakı–Quba yolun-
da, Quba istiqamətində hərəkət edən, Quba sakini Eldar Hüsey-
nova məxsus mersedes 220 markalı avtomabil yolun 70-ci km-də
qəzaya uğramışdir.(“Kriminal” qəzeti.) cümlələrində Orxon-Ye-
nisey abidələrinin lüğət tərkibində olan kodı qoşmasınm müasir
variantı olan istiqamətində, boyunca qoşmaları işlənmişdir.