DƏDƏ QORQUD ARAŞDIRMALARI ilə Müasir Azərbaycan dilinin köməkçi nitq hissələri arasın-
da, onun qrammatik semantik quruluşu arasında o qədər də
böyük fərq yoxdur. Orxon-Yenisey abidələrinin dilində biz ən
çox köməkçi nitq hissələrindən qoşma və bağlayıcılara təsadüf
edirik. Burada rast gəldiyimiz köməkçi nitq hissələrinin az bir
hissəsi bugünkü Azərbaycan dilimizdə eyni ilə işlənməkdədir
(üçün, ötrü, da, də, və sairə,). Lakin böyük əksəriyyəti dilimizə
gəlib çıxana kimi bir çox dəyişikliklərə uğramışdır. Orxon-Ye-
nisey abidələrində, qədim türk yazılı abidələrində köməkçi nitq
hissələri bilavasitə əsil türk köklü olması ilə diqqəti cəlb edir.
Orxon-Yenisey abidələrinin dilində olan köməkçi nitq hissələrini
müasir Azərbaycan dilindəki köməkçi nitq hissələri ilə müqayisə
etdikdə bir çox maraqlı nüanslar ortaya çıxır. Yazılı abidələrin
dilindəki qoşmalara nəzər salaq.