Onomastika, Dialektologiya, Etimologiya Məsələn: Unutmaram sənin təki gözəli, Ağlama, Gülşanım, gözlə
yar məni! (Azərbaycan dastanları). Sultan Əmirli tək bir adam
heç yerdə görünməmişdi. (İ.Hüseynov) ...mateor təki çıxıb getdi.
(B. Bayramov). Bu cümlələrdəki qoşmaları müqayisə etdikdə һər
iki dövrdən olan yazı nümunəsindəki qoşmaların eyni məna çala-
rına malik olduğunu görürük.
Tək//təki qoşması müasir Azərbaycan dilinin qrammati-
kasinda məsafə istiqamət bildirən dək hissəciyinin əvəzinə də.
işlənir və bu qoşma işlənən cümlədə məsafə, uzunluq özünü
göstərir: Birigərü Tokuz Ərsəngə təki sülədim, Kurığaru Yinçü
üküzkeçə Təmir kapığka təki sülədim. - Cənuba, Doqquz Ərsənə
tək //təki qoşun çəkdim, Qərbə, İnci çayını keçərək Dəmir qa-
pıya təki/dək qoşun çəkdim. (l.KTc.3,s.70,77). Böklü kağan-
ka təki süləyü birmis - Böklü xaqanınadək//təki qoşun çəkmiş.
(l.KTş.8,s.72,78). Sələnə kidin Yılun kol birdin sınar Şıp başına
təki çərik itdim. - Selena çayının şimal-qərbi, Yılun kolun (çayın)
cənubu istiqamətində Şıp başına təki qoşun çəkdim. (l.MÇşm.
l5,s.l46,150). Yağımız təkirə uçuq tək erti, biz şəg ertimiz. - Ya-
ğımız ətrafda yırtıcı quş tək idi, biz sayıq idik. (l.Tc.8,s.l 18,122).
Azərbaycan dilinin lüğət tərkibində işlənən qoşmalara nəzər
salaq və müqayisə edək. Hava kəşfiyyatçıları tez-tez düşmən
mövqelərinədək uçur, böyük bir fədakarlıq və qəhrəmanlıqla
bu mövqeləri ön xətdən başlamış ta dərinlərədək öyrənirdilər.
(Y.Əzimzadə) burada məkanin son nöqtəsini, Elə gün olurdu
ki, səhərdən axşamadək o dərədə yalqız gəzərdi. (A.Şaiq) kimi
cümləsində isə zamanın son həddini bildirir.
Tapa- Bu qoşmanın etimologiyasına nəzər saldıqda bir neçə
nüans ortaya çıxır. Belə ki, müasir Azərbaycan dilinin lüğət
tərkibində işlənən tərəf, tərəfə qoşmasının tapa qoşmasından
törəndiyini ehtimal edərək tapa>tapha>tarapha >tarafa>tərəfə
şəklində əsaslandırmaq olar. Bu qoşma istiqamət yönəlmə mənası