ORXON-YENİSEY ABİDƏLƏRİNİN LÜĞƏT TƏRKİBİNDƏ KÖMƏKÇİ NİTQ HİSSƏLƏRİ (Müasir Azərbaycan dilinin lüğət tərkibi ilə müqayisədə)
197
Onomastika, Dialektologiya, Etimologiya rixi Orxon və Yenisey abidələrinin yaranma dövrünə və ondan
hətta çox-çox əvvəllərə gedib çıxır. Bunların çoxunu biz bu gün
Orxon və Yenisey çayları hövzəsində yayılan minlərlə qayaüs-
tü abidələrin üzərində yazılan əski türk yazılarından da oxuyub
aydınlaşdırırıq. Bu abidələr Orxon və Yenisey çayları ətrafında
tapılmış daşlar üzərindəki yazılar olduğundan bu cür də adlanır.
Bir çox tədqiqatçılar bu yazıları Skandinaviya, runik yazılarına
oxşadığına görə bu qəbildən olan kitabələri ümumiləşmiş hal-
da “türk-runik yazıları” adlandırmışlar. Qədim türk-runik yazı-
ları əsasən V əsrdən VII əsrə qədərki türk qəbilələrinin dili ilə
əlaqədardır. Buna görə də təxminən bu əsrlərdə türk dillərinin nə
kimi xüsusiyyətə malik olduğunu aydinlaşdırmaq üçün bu ya-
zılardan ən mötəbər mənbələr kimi istifadə edilir. Yenisey çayı
ətrafindakı Talas və Suci adlı xırda çaylardan kənarda tapılmış
olan və bu çayların adı ilə Talas Suci kitabələri adlanan yazılar
daha çox V -VI əsrlərin dil xüsusiyyətini əks etdirir. Digər daha
böyük kitabələr Orxon çayı ətrafinda tapıldığına görə ümumi
şəkildə Orxon kitabələri adlanır və bunlar daha çox VII- VIII
əsrlərin türk dili xüsusiyyətlərini əks etdirir. Qeyd etmək lazımdır
ki, bəzən bu kitabələr məzmunu ilə əlaqədar olaraq bu və ya digər
şəxsiyyətin adı ilə adlanır. Məsələn: “Tonyukuk” kitabəsi Tonyu-
kuk adlanan şəxsin qəbri üzərində olan kitabədir. Digər daha bö-
yük bir kitabə “Kültikin” kitabəsi adlanır. Bu da 732-ci ildə ölmüş
bir şahzadənin və ya xanzadənin qəbirdaşı üzərində yazılmış bir
kitabədir. Yazı etibarı ilə bunlar əsasən eyni quruluşlu olsalar da
dil etibarı ila tamamilə eyni dil abidəsi hesab etmək doğru olmaz.
Burada biz bir çox alimlərimizin üzərində tədqiqat işləri
apardığı Orxon Yenisey abidələrinin lüğət tərkibindən və lüğət
tərkibində olan köməkçi nitq hissələrinin Müasir Azərbaycan di-
linin lüğət tərkibi ilə müqayisəsi elmi tədqiqata cəlb olunmuşdur.
Orxon-Yenisey abidələrinin dilində olan köməkçi nitq hissələri