DƏDƏ QORQUD ARAŞDIRMALARI nı verir. Məsələn: Məqsəd mənasında: Mən bülbüləm güldən ötrü
gəzirəm, Saralıb solubdu güllərim mənim. (“Azərbaycan das-
tanları”). Səbəb mənasında: Qəndab Novruzdan ötrü qəm-qüssə
içində oturmuşdu. (“Azərbaycan dastanları”).
Birlə qoşması Orxon-Yenisey abidələrinin lüğət tərkibində
işlənən qoşmalardan biri də, birgəlik, iştirak manaları verən birlə
qoşmasıdır. Onu da qeyd edək ki, bu qoşma müasir dilimizdəki
ilə -la ,-lə qoşmasmm arxetipi kimi götürülür. Birgəlik, iştirak
mənaları verən qoşmalardan birlə qoşmasının etimologiyasına
nəzər yetirək. “Birlən” morfemi say bildirən “bir” sözünün fel
düzəldən –lə şəkilçisi və qədim feli bağlama şəkilçisi -n ün-
sürü ilə birləşməsindən düzəlmişdir. Bir-lə-n vaxtilə birlikdə,
vəhdətdə mənalarını verən bir söz imiş. Lakin sonralar tədricən
inkişaf edərək, müstəqil bir sözdən müstəqil bir sözə keçərək qoş-
ma məzmunu ifadə etmişdir. Birlən qoşması ilə bağlı Ə.Rəcəbli
də yazır:”Qədim türk dilində birlən, bilən qoşması ehtimal ki,
aşağıdaki inkişaf yolunu keçərək türk dillərinə gəlib çıxmışdır.
Birlən-bilən-ilən-lən və yaxud, bir-lə-bilə-ilə-la-lə və s.(3. s. 450)
Prof. Ə.Tanrıverdi isə qeyd edir ki, Azərbaycanın bütün yazılı
abidələrində birlən, birlə, bilən, bilə, İlən, inən, lən, ilə, la, lə və
s.formalarında da rast gəlinir (4. S. 339.). Bu qoşmaya Abidələrin
dilində birlə qoşmasının təzahür formalarına nəzər salaq. Bu
yirdə oturıp Tabğaç bodun birlə tüzəldim. - Bu yerdə oturub
Tabğaç xalqı ilə düzələşdim. (l. KTc. 4, s. 70, 77). Kağanın birlə
Sona yışda sünişdim-Xaqanı ilə Sona ormanında döyüşdüm. (l.
BXş. 27, s. 94, 105). cümlələrində olan birlə qoşmasını, Qurbanla
Sona birdən o səmtə yüyürdülər (M.Süleymanov). Artıq şəhərin
iri, geniş küçələri ilə gedirdik (A. Şaiq), Küçə ilə aşağı endilər
(Y.V.Çəmənzəminli) cümlələrindəki 1a2 qoşmaları ilə müqayisə
etdikdə görürük ki, bu qoşmalar indi də sözə gah bitişik, gah da
ayrı yazılır və eyni məzmunludur. İlə, -la, -lə qoşması haqqında