Pedaqogika, Fəlsəfə, Psixologiya pedaqoji, psixoloji, fəlsəfi, əxlaqi dəyələrin kökü, tarixi isə türkün
tarixi qədər qədimdir. Bu barədə məşhur qazax şairi, ictimai xa-
dimi, türk xalqlarının tarixinə, dilinə orijinal tərzdə yanaşmaqla
möhtəşəm tədqiqatların müəllifi Oljas Suleymenovun “Az-Ya”
əsərinin “Şumernamə” adlı hissəsində “Şübhələr” başlıqlı ya-
zıda maraqlı faktlara rast gəlirik. Alim göstərir ki, Orxon-Yeni-
sey abidələri Skandinaviyanın daş kitabələrini xatırlatdığına və
finlərin kökünün Asiyadan olmasına görə onlar Skandinaviya
paleoqraflarının diqqətini bu yazılara yönəltdilər. Və danimarkalı
Vilyam Tomsen 1893 – cü ildə bu yazıları özünün kəşf etdiyi sis-
temin köməyi ilə oxuya bildi. Mətnlər türk dilində idi! Elə bundan
sonra da bütün Avropanın Sibir yazısına marağı söndü [8.170].
Niyə? - sualının cavabı isə məlumdur. Ona görə ki:
- Avropanın əksər xalqlarından bir neçə əsr əvvəl “köçəri“
(ağqoyunlulara görə) türklərin hərfli yazısı, əlifbası var imiş;
- Türkün Vətəni, torpağı, dövləti, tarixi, kökü var imiş;
- Nəhayət, türkün böyük mədəniyyəti var imiş... və s.
Bu isə heç cür asan həzm edilə bilməzdi, ona görə də əvvəlcə
türk yazısının iranlılardan götürmə olduğunu, Çin, İran, ərəb
mədəniyyətlərindən oğurluq olduğunu elan etdilər. Çünki Or-
xon-Yenisey yazısının mənşəyi problemi birinci və axırıncı dəfə
V.Tomsen və fin O.Donnerin əsərlərində araşdırılmışdı. O.Donner
də Sibir run yazısının İran mənşəli olması nəzəriyyəsini birin-
ci olaraq irəli sürmüşdü və o vaxtdan bu nəzəriyyəyə nə baxıl-
mışdı, nə də ona əlavələr edilmişdi. Baxmayaraq ki, bütün İran
əlifbalarının qədim türk əlifbası ilə ən adi mexaniki müqayisəsi
rüsvayçı ziddiyyətlər aşkara çıxarır amma bu fin aliminin əsassız
bəyənatı bir dərslikdən o biri dərsliyə köçürülüb “aksioma”
rütbəsinə mindirilmişdi.
Daha sonra Donner, Kallaur, Qeykell, Munk kimi geniş etimo-
loji araşdırma aparmayan alimlərin əsassız, inamsız fərziyyələrini