Pedaqogika, Fəlsəfə, Psixologiya türklərdə “El”in müqəddəsliyini bildirirdi.
Millət bu kölgədən, “El”dən törəyirdi. Elin yerləşdiyi yerə
“yurd” və ya ölkə deyilirdi. Türk haraya getsə əsas yurdu unut-
mazdı. Çünki ata-babalarının məzarı ordaydı. Uşaqlıq çağı, ata
ocağı, ana qucağı orda qalmışdı [2, 118].
Göründüyü kimi, vətəni Böyük Allahdan sonra ikinci yerdə
sevmək ancaq türkə məxsus olmuşdur və türkün vətən əxlaqının
birinciliyinə bir səbəb də budur.
Orxon-Yenisey yazılı abidələrində vətəni sevmək, əziz tut-
maq, qorumaq, gələcək nəsillərə ötürmək vətənsizlik anlayışının
təsviri ilə başlayır. Belə ki, bir zamanlar türklər vətənsiz qaldılar,
az qalmışdılar yox olsunlar, tarix səhnəsindən silinsinlər. Bu, I
Göytürk xaqanlığının süqutunu (630) ifadə edir.
Qan yaddaşında, genlərində, ürəyində böyük vətən sevgisi
gəzdirən, yaşadan türk vətənsiz, elsiz qalmağın acısını, kədərini
elə yandırıcı, elə yana-yaxıla təsvir edir ki, heç bir dərd bu dərd
ilə müqayisə edilə bilməz! Kül Tiginin abidəsində bu barədə ya-
zılır ki: “...əcdadımız Bumuk xaqan, İstəmi xaqan...türk xalqının
elini, qanununu yaratmış...dörd tərəfdəki xalqı (bütün sonsuzlu-
ğa qədər şimalı, cənubu, qərbi və şərqi – M.S) bütünlükdə tabe
etmiş, özü eləcə həlak olmuş, ondan sonra kiçik qardaşı xaqan
olmuş, oğlu da xaqan olmuş, ondan sonra kiçik qardaşı, böyük
qardaşıtək olmadığından...Tabğac xalqının təhriki hiyləgər oldu-
ğu üçün, cəzbedici olduğu üçün kiçik qardaşlarla böyük qardaş-
ları salışdırdığı üçün, bəyləri, xalqı bir-birinin üstünə qaldırdığı
üçün türk xalqı yaratdığı elini dağıtmış, xaqanın sona yetirmiş,
türk bəyləri...Tabgac adı götürüb, Tabğac xaqanına tabe olmuş...
Əlli il işini-gücünü vermiş...” Bütün qara (böyük – M.S,) türk xal-
qı elə demiş: - Elli xalq idim, elim indi hanı? Kimə el qazanıram
– deyir imiş. Xaqanlı xalq idim, xaqanım hanı? Hansı xaqana iş,
güc verirəm – deyir imiş...sıtqar, ağlarmış...