DƏDƏ QORQUD ARAŞDIRMALARI seçə bilməməyi, əksinə özü ona hədəf olması, qoçaqlığı – az vaxt
ərzində səmərəli işləri, igidliyi – Vətənin əsgəri olaraq böyük
uğurla, düşmənə ağır və sarsıdıcı zərbə vurmaqları ilə tanış olu-
ruq.
Orxon-Yenisey yazılı abidələri içərisində Tonyukuk abidəsi
də vətən döyüşkənliyi tərbiyəsi ilə bağlı olduqca maraqlıdır.
Məlum olduğu kimi, Tonyukuk vəzir olmuşdur, özü də üç böyük,
məşhur türk Xaqanının – İltəriş, Karağan və Bilgə xaqanlarının
vəziri olmuşdur. Tonyukuk abidəsindən məlum olur ki, o Tabğac
(Çin) elində tərbiyə alıbmış, çünki o zaman türk xalqı Tabğacın
tabeliyində imiş, türklərin xanı olmadığından, onlar Tabğaclıların
itaəti altında yaşayırmışlar. Ona görə türklər zillətə düşüb, yox
olmaq dərəcəsinə çatıbmışlar. Tonyukuk bu təsvirləri verərək öz
vətən döyüşkənliyi barədə belə deyir ki, mən bu vəziyyətlə ra-
zılaşa bilməyib çöldə qalmış türklərdən süvari piyada dəstələr
topladıb və düşündüm ki, “Arıq buğa kökəlsə, kök buğaya arıq
deyə bilməz”. Türk ordusunu nizamlamaq üçün məhrumiyyətlərə
dözdüm, çöl heyvanları yeyərək aclığa, susuzluğa qalib gəldim..
elmim sayəsində strateji plan cıza bildim...” [1, 122].
Tonyukuk daha sonra belə deyir:
“...Tanrı bilik verdiyi üçün özüm məhz xaqan seçdim... İltəris
xaqan olaraq Cənubi Tabğacı, Şərqə Kitayı, Şimala Oğuzlari çox
öldürdü. Bilik yoldaşı, şöhrət yoldaşı mən oldum” [1, 122].
Ümumiyyətlə, məqbərə şəklində olan iki daşdan ibarət Ton-
yukuk abidəsinin I daşının həm şimal, həm cənub, həm şərq
tərəfindən onun sərgüzəştlərindən danışılaraq, onun qəhrəman-
lığından – Vətən uğrunda özünün bilik, bacarıq və qabiliyyətləri
ilə böyük xariqələr yaratmasından bəhs edilir və buradan bir də
belə məlum olur ki, Vətən döyüşkənliyinə aid edilən, yuxarıda
sadalanan keyfiyyətlər elmli, bilikli olmaqdan nəşət tapır.
Tonyukuk özü də bunu deyir: “...xaqanım mənim (özümün)