D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə240/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   236   237   238   239   240   241   242   243   ...   290
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yaratmışdılar. Türk hərb sənətinin isə elə özünəməxsus taktikaları 
vardı ki, bunun əsasında əksər hallarda qalib olurdular. Türklərin 
necə bir orduya malik olmaları onların ordularının nizami qoşun-
larını yaradan adlardan görürük:
Alp, alpaqu (əsgər), bəy, bilgə, buyruq (nazir), cabış (çavuş), 
ər başı (komandir), kutluq kimi vəzifələr hərbi vəzifələr idi və 
türk hərb sənətinin qan yaddaşı sayılır...
Beləliklə,  Orxon-Yenisey  abidələrinin  mətnlərinin  məzmu-
nunun  ana  xəttini,  leytmotivini  təşkil  edən  Vətən  əxlaqı, 
vətənpərvərlik  hissi  bu  gün  türk  xalqlarının,  xüsusilə  də 
azərbaycanlıların  ən  böyük  istinadgah  nöqtəsi  olmalıdır.  Gənc 
nəsildə milli ləyaqət, milli mənlik şüurunun, milli iftixar hissinin, 
vətəndaşlıq  ləyaqəti  və  dəyanətinin  tərbiyəsinin  xüsusilə  vacib 
olduğu müasir dövrdə Orxon-Yenisey  yazılı abidələrində yüksək 
sənətkarlıqla  tərənnüm  olunan  Vətənə  vurğunluq,  onun  uğrun-
da  birlik,  həmrəylik,  eyni  zamanda  onların  qorunması,  Vətənə 
sədaqət  onun  uğrunda  fədakarlıq  kimi Vətən  əxlaqının mühüm 
tərkib  hissələri  xüsusi  əhəmiyyət  kəsb  edir.  Gənc  nəslin  vətən 
əxlaqı tərbiyəsi ona görə mühüm əhəmiyyət daşımalıdır ki, “...
Vətən  əxlaqımız  qüvvətli  olmasa  nə  müstəqililyimizi,  nə  azad-
lığımızı, nə də vətənimizin bütövlüyünü qoruya bilmərik...” [2, 
121].
Bu  həm  də  nəinki  gənc  nəslin  bu  ruhda  tərbiyəsində,  həm 
də  bütün  zümrələrdən  olan  vətəndaşlarımızın,  soydaşlarımızın 
vətənpərvərlik  ruhunda  təzələnməsini  tələb  edir.  Z.Göyüşovun 
“Daxilə pəncərə” adlı əsərində bu fikirlərin təsdiqinə rast gəlirik: 
“Qoy  hər  kəs  öz  daxilinə  pəncərə  aça  bilsin  və  bu  pəncərədən 
öz daxili aləminə nəzər salmağı, baxmağı, lazım gəldikdə orada 
təmizlik aparmağı bacarsın” [10, 5].


239

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   236   237   238   239   240   241   242   243   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin