DƏDƏ QORQUD ARAŞDIRMALARI milləti ləyaqətini qorusun, ona zərər gətirəcək yanlışlıqlara yol
verməsin!.
Milli vicdan. Orxon-Yenisey abidələrində rast gəlinən bir
çox mətndə milli vicdana əsaslanan fikirlərə rast gəlirik. İstər
Bilgə xaqanın, istər Tonyukukun istərsə də digər sərkərdələrin
vəsiyyətləri, nəsihətləri, tövsiyələri elə vicdanları qarşısında
hesabatlarıdır. Onlar millətinin, vətəninin zəngin tarixini, keç-
mişini, mədəniyyətini, bu günkü uğurlarını dilə gətirir, adət-
ənənələrini özgələrinki ilə tutuşdurur, müqayisə edir, vicdanla
onları qiymətləndirir və təsdiq edir ki, həqiqətən də özününkülər
daha üstündür, gözəldir.
Milli iftixar. Orxon-Yenisey yazılı abidələrində vətənini
sevməyin digər bir cəhəti də onun uğurlarına sevinmək,
öyünməkdir, ondan iftixar duymaqdır. Türk vətəninin, elinin,
millətinin elementar hər bir şeyi ilə qürur duyur, iftixar edir. O,
ən əvvəl, Tanrının özünün türkü qorumağı ilə fəxr edir: “...Türk
milləti yox olmağa doğru gedirmiş...O zaman üstdə Türk Tanrı-
sı Türkün uğurlu yer və su mələkləri, Türk milləti yox olmasın
deyə, millət olsun deyə atam Eltəriş xaqanı, anam El Bilgə xatunu
göyün təpəsindən tutub yuxarı qaldırmışlar...” [3; 113].
Türk daha sonra paytaxtı ilə, sərhədlərinin genişliyi, hüdud-
suzluğundan qürur duyur: “...Doğuda gündoğuşuna, batıda gün-
batışına, quzeydə gecəyarısına qədər olan yerlər içində yaşayan
millətlər mənə bağlıdır...Türk xalqı Ötükən (paytaxtları – M.S.)
ormanında oturarsa eldə sıxıntı, üzüntü olmaycaqdır.
Doğuda Şantunq düzənliyinə qədər ordu yeritdim, dənizə
çatmağımıza az qaldı. Güneydə Doqquz Ersinə qədər ordu ye-
ritdim, Tibetə çtamağımıza az qaldı. Batıda İnci çayını aşaraq
Dəmirqapıya (Dərbənd nəzərdə tutulur – M.S.) qədər getdim.
Quzeydə Yir Bayirquların torpağına ordu yeritdim. Bunca yerlərə
türk adını, türk şanını çatdırdım!