DƏDƏ QORQUD ARAŞDIRMALARI deyib Çin xaqanına düşmən olmuş. Amma nəsil, düzən qurma-
yınca yenə təslim olmuş...” [3; 113].
Beləcə, Türk vətəninin qeyrəti uğrunda çox çalışmış, döyü-
şüb-vuruşmuş, sonda məqsədinə nail olmuşmuş.
Vətən döyüşkənliyi. Vətənini sevən onun təəssübkeşi olan
və qeyrətini çəkən Bilgə xaqan, Kül-tigin, Tonyukuk və başqala-
rı ən ali vəzifədə - xaqanlıqda, vəzirlikdə belə vətənin döyüşkən
əsgəri idi. Bilgə xaqan bu barədə belə deyir: “...Atam Xaqan uç-
mağa vardıqda kiçik qardaşım Kül-tigin yeddi yaşında idi...On
altı yaşında ikən əmim xaqana elini, törəsini belə qazandırdı. Altı
Çub və soğdaklara qarşı səfər etdik. Onları məğlub etdik. Çinli
Onq Tutuq əlli min əsgərlə gəldi, savaşdıq. Kül-tigin yaylarla fır-
ladıb saldırdı. Onq Tutuqun silahlı əlini tutdu, onu silahlı olaraq
gətirib xaqana təslim etdi. O ordunu orada yox etdik. İyirmi bir
yaşında ikən Çin generalı Çaça Sənqünlə savaşdıq. Səksən min
əsgərlə gəlmişdi. Kül-tigin öncə Tadikin Çorun boz atına minib
saldırdı. O at orada öldü. İkinci dəfə İşbara Yatarın boz atına mi-
nib döyüşdü. O at da orada öldü. Üçüncü dəfə Yiqən Siliq Bəyin
doru (qızıl) atına minib saldırdı. Doru at da orada öldü. Düşmən
Kül-tiginin zirehinə, silahına, kaftanına yüzdən çox ox vurdu,
amma üzünə, başına birini dəydirə bilmədi. Düşmən ordusunu
orada yox etdik.
Türk milləti! Kül-tiginin necə hücum etdiyini, necə savaşdı-
ğını bilirsiniz! Kül-tigin iyirmi altı yaşındaykən Yir bayirqulara,
qırğızlara, daha neçə-neçə millətlərə qarşı savaşdı, böyük zəfərlər
qazandı [3.115].
“...Bir ildə beş yol savaşdıq. Kül-tigin Azman adlı atına mi-
nib vuruşurdu. Təkbaşına yeddi əri mizraqladı (nizələdi).
Beş savaşdan sonra Amqa qalasında qışlayıb ilk baharda yenə
ordu çıxardıq. Kül-tigini başçı qoyub orada buraxdıq. Savaşma
tədbiri gördük. Düşmən mərkəzi basdı. Kül-tiqin Öksüz adında-