Xoşbəxt Əliyeva,
filologiya üzrə fəlsəfə doktoru, böyük elmi işçi
CƏLALƏDDİN RUMİ YARADICILIĞINDA
FOLKLOR ƏNƏNƏLƏRİ
56
DƏDƏ QORQUD ARAŞDIRMALARI
yolu üzərində yerləşdiyi üçün ticarət mərkəzi və iqtisadi baxım-
dan inkişaf etmiş bir paytaxt idi.
Mövlanənin atası Hüseyn Hatibioğlu Məhəmməddir.
O, Bahəddin Vələd adı ilə tanınmışdır. Ona Sultanül-üləma
(Alimlərin Sultanı) təxəllüsü verilmişdir. Həzrəti Mövlanənin
soyu Həzrəti Əbu Bəkirə dayanır.
1225-ci ildə Bahəddin Vələd əsl hədəfi olan Rum diyarın-
da (Anadoluda) məskunlaşır. Bahəddin Vələd oğlu Cəlaləddini
Səmərqəndli Şərafəddin Valanın qızı Gövhər Banu ilə evləndirir.
Bu izdivacdan onların iki oğlu – Sultan Vələd və Ələddin Çələbi
dünyaya gəlir. Mövlanə Cəlaləddin Rumi ömrünün axırına qədər
Konyada yaşamış və yaratmış, orada da dəfn olunmuşdur.
2007-ci il Birləşmiş Millətlər Təşkilatının UNESCO quru-
mu tərəfindən «Mövlanə Cəlaləddin Rumi ili» kimi bütün dün-
yada geniş miqyasda qeyd edilmişdir. Statiskaya görə, Amerika
Birləşmiş Ştatlarında ən çox alınan kitab Ruminin ingilis dilinə
tərcümə olunmuş «Məsnəvi» əsəri hesab edilmişdir.
Cəlaləddin Ruminin ilk əsəri «Divani-Kəbir» - təsəvvüfi
qəzəllər və rübailəri birləşdirən 21 divandan ibarət böyük əsərdir.
Sonrakı əsərləri «Fihi-mafih» («Onun içindəki içindədir»),
«Məcalisi-Səba», «Məktubat», «Məsnəvi» və başqa əsərləri ol-
muşdur.
«Məsnəvi» – Mövlanənin şah əsəridir. Əsər fars dilində
yazılmışdır. «Məsnəvi» əsəri 6 cilddən ibarətdir. Mövlanə ilk
18 beytini özü yazmış, qalanını isə hissə-hissə müridi Çələbi
Hüsaməddinə söyləyərək yazdırmışdır.
«Məsnəvi» «Qurani-Kərim» ayələrinin şərhindən, Həzrəti
Məhəmmədin hədislərinin və ona itaət etməyin bəyanından
ibarətdir. Yəni əsas məqsəd Allah və Onun Rəsulunun yolunu
təbliğ etməkdir. Əsər təmizliyə qovuşan kəslərin könülləri üçün
şəfadır, «Quran»ı dəqiq anlamağa kömək edir və insanın daxili
|