DƏDƏ QORQUD ARAŞDIRMALARI Şəms Təbrizim mənə Nuri Haqq olmuş yenə, Çünki o Haqq nurudur, bir günəş olmuş mənə. Elə ki söhbətlərin, gəldi Şəmsəddin üstünə, Səmada göründü Şəms, pərdə çəkdi üzünə. Vacib olduğu üçün, adını çəkdim yenə. (1, s.28) Bu şeirdə göründüyü kimi, Cəlaləddini Rumi səyyah, sufi şa-
iri Şəmsəddin Təbrizini böyük məhəbbətlə yad edir. Şəmsəddin
onun bütün həyatını dəyişdirmişdir. Şəmslə olan münasibəti ona
bəslədiyi həqiqi məhəbbət Cəlaləddini dəyişdirib başqa adam
edir. Rumi, Təbrizini mənəvi müəllimi, özünü isə onun şagirdi
elan edir. Şəms Ruminin həyatında yeni bir aləmin qapısını açır.
Mövlanə «Ayrılıq» şeirində yazır:
Dinlə neyi, gör necə hekayətlər söyləyir, Ayrılıq həsrətindən şikayətlər eyləyir. O yurdum, qamışlıqdan salmışlar ayrı məni, Səsim nalan eyləmiş, naləmi eşidəni. (1, s.19) Səma bir eşq əfsanəsidir, ney öz dilində bu əfsanəni danışır.
«Səma aşiqlərin qidasıdır, səmada sevgili ilə görüş halı vardır»
– deyən yenə Mövlanədir. Səmaya girən dünyadan çıxar. Ney və
səmazən bir-birlərini ən yaxşı anlayan iki dostdur. Səmazənin
ürəyini oyan eşq odu ilə neyin içini oyan od eyni oddur. Ayrılığı
ən çox onlar yaşamışdır. Ney qamışlıqdan, əsl vətənindən ayrıl-
mış, onları ayrıldıqları məkana doğru çəkən ilahi bir tilsim vardır.
Mövlanə sonra deyir:
Ney zəhər tək, həmçinin padzəhər tək içilən, Ney kimi qəm dostu yox, həm sevən, həm sevilən. Ney özü dərddən yanır, odlanır, qan ağlayır,