D ə d ə qorqstrreplş d ı rmalar ı •Folklor, Etnoqrafiya və Mifologiya •Onomastika, Dialektologiya və Etimologiya



Yüklə 2,22 Mb.
Pdf görüntüsü
səhifə55/290
tarix02.01.2022
ölçüsü2,22 Mb.
#2369
1   ...   51   52   53   54   55   56   57   58   ...   290
Folklor, Mifologiya, Etnoqrafiya
aləmini gözəlləşdirir.
Bu canım var olduqca mən Quranın köləsiyəm,
Məhəmməd Mustafanın yolundakı torpağam.
Mən haqda başqa şeylər deyən olarsa,
Həm onu söyləyəndən, həm o sözdən uzağam. (4, s.2)
«Məsnəvi»  ərəb  sözüdür,  lüğəvi  mənası  «cüt-cüt,  iki-iki 
qafiyələnmiş beyt» deməkdir. Ədəbiyyatda hər beytdəki misraları 
öz arasında qafiyələnən iri həcmli şeir növü – poema hesab olunur. 
Mövlanənin  «Məsnəvi»si  isə  bu  ədəbi  janrda  zirvə  sayıldı-
ğı  üçün  «məsnəvi»  deyəndə  ilk  ağıla  gələn  də  həmin  əsər  olur. 
6  hissədən  və  təqribən  25618  beytdən  ibarət  olan  bu  əsər  və 
onun  müəllifi  haqqında  Şərqin  böyük  söz  ustadlarından  sayılan 
Əbdürrəhman  Cami  həzrətləri  belə  yazır:  «Mövlanə  kimi  böyük 
bir təfəkkür insanının sahib olduğu mənəvi yüksəkliyi isbat etmək 
üçün  «Məsnəvi»  kifayətdir.  O  böyük  insanın  vəsfi  və  üstünlüyü 
haqda daha nə söyləyə bilərəm ki? O, peyğəmbər deyil, ancaq kita-
bı var». (4, s.55)
Mövlanə «Padşahın bir kənizə aşiq olması, kənizin pulla alın-
ması, sonra kənizin xəstələnməsi, xəstəliyin uzun çəkməsi» fəslində 
söyləyir:
Bu dünyada Şəms təkin, qərib görmək yalandır,
Şəmsdən başqa yalandır, çünki canlar alandır.
Şəms əyər xaricdəsə, bir fərd deyə bilərik,
O fərdi hər zaman, biz təsvir edə bilərik.
Lakin bu Şəmsə isə varlıq olmuşdur əsir,
Onun bənzəri yoxdur, zehnimizdədir bu sirr.
Təsəvvürdə onun zatı, şərifinin həcmi yox.
Necə təsvir olunsa da, bir fərd onun kimi yox.


58

Yüklə 2,22 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   290




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin