DƏDƏ QORQUD ARAŞDIRMALARI adları başqadır, ruhu, könlü yanıq aşiqlərinki də bir başqadır.
Musa həzrətləri uca Haqqdan bu tənbehi eşitdikcə çöllərə üz
tutdu, çobanın ardınca düşdü. Musa çobanı tapıb dedi: «Allah
tərəfindən bir bəndəlik haqqı verildi: öz bildiyin kimi ibadətinə
icazə verildi».
Çoban dedi: «Ey Musa! Mən o öncəki vəcd halımdan artıq
çıxmışam və indi bütün içim könlümün qanına bulanıb. Mənim
indiki halım adi sözlərə sığmaz və bu söylədiklərim isə içində
olduğum halı-haləti tam açıqlamağa yetməz. Aynada bir naxış,
bir şəkil görürsənsə, o gördüyün sənin əksindir və səthindəki na-
xış aynanın özünə xas deyildir. Bəyəm neyçalanın neyə üflədiyi
nəfəsin yaratdığı səs cansız neyə aiddir ki? O səsin qaynağı – neyi
üfləyən neyçidir.» (3, s. 51)
Cəlaləddin Rumi Allah və peyğəmbərlər haqqında belə de-
mişdir: «Allah peyğəmbərləri öz ehtiyacı olduğundan deyil,
lütfündən, kərəmindən, böyüklüyündən göndərmişdir ki, avam xal-
qa doğru yol göstərib, qurtuluşu xəbər versinlər. Peyğəmbərlərin
ruhları Allahdan başqa dosta tapınmaz. Öyüdlərinə xalqın inanıb-
inanmamasının peyğəmbərlər üçün bir fərqi yoxdur, çünki onlar
sadəcə Haqqdan xəbər gətirməklə kifayətlənərlər». (3, s. 52)
«Hər şeyi tərk et, elə gəl bizə…» – Hər kim fəqirlik dünyasına
girmək istəyirsə, əvvəla dünyanın dörddə birini tərk etsin, hər kim
fəqirliyin sirrini anlamaq və orada gəzmək istəyirsə, dünyanın ya-
rısını tərk etsin, hər kim Məhəmmədə yaraşan fəqirliyi istəyirsə,
bütün dünyanı tərk edib, buraxsın. Hər kim Məhəmmədin ka-
millik dərəcəsinə yetişmək istəsə, dünya və axirəti tərk etsin ki,
nəticədə Allaha yüksələ bilsin və xalis bir qul kimi uca Allah üçün
Allahdan başqa şeyləri tərk etsin. Məhz o vaxt dünya, axirət və
onların içində nə varsa, hamısı belə pak bir qula fəda olur.
Əgər əbədiyyət istəyirsənsə, dünyanı; liqa (Allahı görmək)
istəyirsənsə, axirəti burax.