Folklor, Mifologiya, Etnoqrafiya Musa peyğəmbər gördü, bir çobanı səhrada, Ardıcıl zikr eyləyir – Ey Allahım çat dada! Sən hardasan mən gəlim, Sənin nökərin olum! Çarığı tikim mən, başına daraq vurum! Ey Allahım, ey Xudam, olsun qurbanın canım! Övladlar qurban sənə, ey fədan xanımanım! (2, s. 121) «Məsnəvi»dən götürülən bu rəvayətin qısa məzmunu belədir:
Musa əleyhissəlam yolda bir çobanla rastlaşır. Çoban deyir-
miş: «Ey Allah! Sən hardasan? Sənin qulun, qurbanın olum mən!
Gəl, sənin çarığını tikim, saçlarını darayım. Bütün gecələrim
sənin yolunda fəda olsun, hər xatırladığımda «Hey! Hey!» deyə
fəryad etdiyim uca Rəbbim!»
Musa həzrətləri ona müraciətlə soruşur: «Sən kimlə belə da-
nışırsan? Bu sözləri kimə deyirsən?»
Çoban – «Bizləri yaradana, bu yerlə-göyü xəlq edənə» ca-
vabını verincə Musa həzrətləri dilə gəlib: «Ehey! Özünə gəl!» -
dedi. Sən ağlını itirdin? Bu nə boş sayıqlamadır, bu nə küfrdür?!
Əgər bu sözləri söyləmədən dura bilmirsənsə, barı onda ağzına
əski-üskü tıxa. Bəyəm o Günəşin bunlara ehtiyacı var? Bu sözlərə
ara verməsən, göndəriləcək atəş bütün xalqı yaxıb yandırar.
Çoban dedi: «Ey Musa! Sən dilə gətirdiyin bu sözlərlə hesab
elə ki, mənim ağzımı tikib yamadın. Peşmanlıqdan məni pərişan
bir hala gətirdin, dərsimi verdin». Sonra o əyin-başını cırdı, ya-
nıqlı bir ah çəkib kimsəsiz çöllərə üz tutdu.
Bu vaxt Musa həzrətlərinə belə bir vəhy gəldi: «Sən qulu-
muzu bizdən ayırdın. Görəsən, sən qullarımı mənə yaxınlaşdır-
maq, yoxsa məndən ayırmaq üçün çalışırsan? Sən gəl, gücün
yetdikcə ayrılıq yolundan uzaq dur. Mən öz qullarıma: «İbadət
edin!» əmrini verərkən hər hansı qazanc və ya fayda əldə etməyi
güdmədim. Allah hər kəsin dilini anlayar. Ey Musa! Bilənlərin