Azərbaycan respublikasi təHSİl naziRLİYİ baki döVLƏt universiteti



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə67/194
tarix02.01.2022
ölçüsü2,61 Mb.
#2495
1   ...   63   64   65   66   67   68   69   70   ...   194
 
Mahud istehsalını  şaldan fərqləndirən başlıca cəhət onun atma və uzatma iplərinin daha 
nazik (zərif)  əyirilib bükdərilməsi, ən başlıcası isə toxunmazdan əvvəl qara, yaxud göy (mavi) 
rəngə boyanması olmuşdur. 
Bəzən mahudun həm atması, həm də uzatması ikiqat ipdən bükdərilməklə, çox sıx 
toxunurdu. Elə bu səbəbdən də, mahudun bu növü el arasında çox vaxt «dügürd» adlanırdı. 
İstehsal keyfiyyətlərinə görə, dügürd təkcə yalınqat və ya əmələ mahuddan deyil, habelə 
«təpmə» (basma) və ya «qılıncı» şaldan yüksək tutulurdu.  
Qoyun və quzu güzəmindən əlavə, keçmişdə şal (mahud) parça daha zərif liflərə malik olan 
dəvəyunu ipindən də toxunurdu. Ən çox başlıq tikmək, yaxud qurşaq üçün istifadə edilən dəvə 
yunundan toxunmuş şal zəriflik baxımından dügürdə bərabər tutulardu. Lakin dügürddən fərqli 
olaraq, onun nə atması, nə də uzatması boyanmayıb, öz təbii rəngində toxunurdu. 
Yun cecim. Bütün bunlardan əlavə, yun ipdən, bəzən isə ipək qatışığı ilə alabəzək cecim 
toxunurdu. Həm də zolaqlı toxunan cecimlərlə yanaşı, bir sıra cecim istehsalı  mərkəzlərində, 
xüsusilə qoyunçuluq və baramaçılığın müvazi inkişaf etdiyi Kür və Araz çayları boyu 
düzənliklərdə alabəzək cecim toxuculuğu geniş yayılmışdı. Şirvan bölgəsində cecimin mürəkkəb 
bəzək kompozisiyasına malik növünün istehsal mərkəzləri arasında  Əlvənd kəndi məşhur 
oldluğundan el arasında o, «Əlvənd şalı» adı ilə də tanınırdı. 
Tirmə. Kustar üsul ilə karxana şəraitində toxunmuş yun parçaların ən yüksək növü tirmə 
(tirməşal) olmuşdur.  Şərq ölkələri üçün daha çox səciyyəvi olan bu parça növü vaxtı ilə 
Azərbaycanın cənub şəhərlərində, ən çox isə Təbriz karxanalarında toxunmuşdur. Varlı, zadəgan 
ailələrin qadın libasında (tuman, ləbbadə, küləcə, arxalıq, baş örpəyi, qurşaq və s.) başlıca yer 
tutan tirmədən, həmçinin, məişətdə tirmə süfrə, tirmə zərəndaz, taxça, qapı-pəncərə pərdəsi də 
hazırlanırdı. Varlı kişilər keçmişdə tirmə qurşaq bağlamağı xoşlayırmışlar. Kübar qadınların 
başmaqlarının üzü çox vaxt tirmə parçadan tikilərmiş. 
XIX əsrdə Avropa ölkələrindən ixrac olunan yüksək keyfiyyətli fabrik mahudu ticarət xətti 
ilə yayıldıqca Azərbaycanın yerli şalbaf məhsulları, o cümlədən mahud və tirmə istehsalı 
tədricən tənəzzülə  uğrayıb aradan çıxmağa başlamışdır. Bununla belə, XIX əsrin ortalarında 
Şamaxı şəhərində hələ də 20- ə qədər mahud karxanası fəaliyyətini davam etdirməkdə idi.
145
  
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   194




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin