M.A.Qədimov Naxçıvan MSSR-nin ilk xalq səhiyyə
komissarlarından biridir
Məmmədismayıl Allahverdi
oğlu Qədimov 1895-ci il avqustun
23-də Naxçıvan şəhərində anadan
olmuşdur. 1915-ci ildə Kutaisi
klassik gimnaziyasını bitirdikdən
sonra, Kiyev universitetinin tibb
fakültəsinə daxil olur. 1919-1920-ci
illərdə M.A.Qədimov Bakı
lazaretində feldşer vəzifəsində
işləyir. Bundan sonra o, Naxçıvan
şəhərinə gəlir və burada 1920-ci ilin
iyun ayından 1923-cü ilin
axırınadək şəhər ambulatoriya-sının müdiri vəzifəsində çalışır.
1924-cü ildə M.A.Qədimov Naxçıvan MSSR xalq səhiyyə
komissarı vəzifəsinə irəli çəkilir.
Naxçıvan MSSR-də xalq səhiyyə komissarı vəzifəsində
çalışarkən M.A.Qədimov bütün qüvvəsini Muxtar
respublikanın müalicə və profilaktika müəssisələri şəbəkəsinin
genişlənməsinə, tibb müəssisələrində işin təşkilinə, onların
həkim kadrları və orta tibb işçiləri ilə təmin olunmasına sərf
etmişdir. Artıq 1925-ci ildə respublikada tibb müəssisələrinin
(23), həkimlərin (22) və orta tibb işçilərinin (36) sayı xeyli
artmışdır.
1925-ci il noyabrın 1-də M.N.Qədirli və M.A. Qədi-
movun təşəbbüsü ilə Naxçıvan MSSR həkimlərinin I qurultayı
çağırılmışdır. Həmin qurultay respublikada səhiyyə işinin
yaxşılaşmasında böyük rol oynamışdır. Naxçıvan MSSR Xalq
Səhiyyə Komissarlığının sənədlərində göstərilir ki,
qurultaydan sonra Naxçıvan MSSR tibbi müəssisələrinin
avadanlıqla təchiz olunması işinə böyük yardım göstərilmişdir.
M.A.Qədimov eyni zamanda elmi işlə də məşğul
olmuşdur. Onun 14 elmi əsəri olmuşdur ki, bunlardan da 8-i
nəşr edilmişdir. O, yalnız yaxşı təşkilatçı deyil, eyni zamanda
fəal ictimaiyyətçi idi. 1924-cü ildən 1929-cu ilədək
M.A.Qədimov Naxçıvan MSSR Mərkəzi Icraiyyə Komitəsinin
162
üzvü, Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığı
kollegiyasının üzvü, Azərbaycan Tibb Cəmiyyətinin fəal
üzvlərindən biri olmuşdur.
Böyük Vətən müharibəsinin ilk günlərində (5/VII-1941-
ci il) M.A.Qədimov Sovet ordusu sıralarına səfərbərliyə
alınmış və ömrünün son günlərinə qədər sovet döyüşçülərinə
tibbi xidmət göstərmək üçün bir sıra məsul vəzifələri yerinə
yetirmişdir.
Səhiyyə sahəsindəki xidmətlərinə görə M.A.Qədimov
«Qırmızı Əmək Bayrağı» ordeni, medallar, «Səhiyyə
əlaçısına» nişanı və Azərbaycan SSR Ali Sovetinin Fəxri
Fərmanı ilə təltif edilmişdir.
M.A.Qədimov 1942-ci ildə Azərbaycan SSR Əməkdar
həkimi adına layiq görülmüşdür.
M.A.Qədimov 1944-cü ilin oktyabr ayında Bakı
şəhərində vəfat etmişdir.
|