Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə42/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   38   39   40   41   42   43   44   45   ...   48
Adil Nifti oğlu Məmmədov 

 

Adil Nifti oğlu Məmmədov 10 



may 1931-ci ildə Naxçıvan  şəhərində 

anadan olub. 

Orta məktəbi bitirdikdən sonra 

1949-cu ildə Azərbaycan Dövlət Tibb 

institutunun  sanitariya-gigiyena 

fakültəsinə  qəbul olub, 1955-ci ildə 

institutu bitirmişdir. 

1955-ci ilin iyun ayından 

1956-cı ilin mart ayınadək Naxçı-van 

Respublika  Sanitar   epidemioloji stansiyasında epi-

demioloq vəzifəsində işləmişdir. 

1956-cı ilin mart ayından 1956-cı ilin oktyabr ayınadək 

Culfa rayon SES-nin baş həkimi, 1956-cı ilin oktyabr ayından 

1959-cu ilin may ayınadək Culfa rayon Səhiyyə  şöbəsinin 

müdiri işləmişdir. 

A.N.Məmmədov 1959-cu ilin may ayında Naxçıvan 

MSSR Səhiyyə nazirinin müavini təyin edilir və 1961-ci ilin 

oktyabr ayınadək bu vəzifədə işləyir. 

O, 1961-ci ilin oktyabrından 1964-cü ilin oktyabr 

ayınadək Moskva şəhərində SSRI Səhiyyə Nazirliyinin 

N.A.Semaşko adına Səhiyyə  təşkili və  təbabət tarixi 

institutunda aspiranturada oxumuşdur. Aspiranturanı 

bitirdikdən sonra 1965-ci ilin iyul ayınadək Bakı  şəhərində 

Elmi-tədqiqat  Əmək gigiyenası  və peşə  xəstəlikləri 

institutunda metodiki-təşkilat  şöbəsinin müdiri vəzifəsində 

işləmişdir. 

A.Məmmədov 1965-ci ilin iyul ayından 1971-ci ilin iyul 

ayınadək Naxçıvan MSSR Səhiyyə naziri vəzifəsində 

işləmişdir. 

1971-ci ilin iyul ayından 1974-cü ilin aprel ayınadək 

Respublika Elmi-tədqiqat Parazitologiya institutunda 

metodiki-təşkilat şöbəsinin müdiri vəzifəsində işləmişdir. 




 

 

 



179

1974-cü ilin aprel ayından 1992-ci ilin fevralınadək Bakı 

şəhər N.Nərimanov rayon Səhiyyə şöbəsinin müdiri işləmişdir 

və həmin müddətdən səhhəti ilə əlaqədar fərdi təqaüdə çıxır. 

A.N.Məmmədovun səhhəti bir qədər yaxşılaşdıqdan 

sonra o, 1992-ci ilin oktyabr ayından 1994-cü ilin iyul ayına 

kimi həmin səhiyyə şöbəsində məsləhətçi müfəttiş, 1994-1997-

ci ilin sentyabr ayınadək Nərimanov rayonunun 18№-li  şəhər 

poliklinikasında şöbə müdiri vəzifəsində işləmişdir. O, 1997-ci 

ildən yenidən təqaüddədir. 

A.Məmmədov Naxçıvanda işləyərkən səhiyyənin 

maddi-texniki bazasının möhkəmləndirilməsinə xüsusi diqqət 

yetirmişdir. 1965-1971-ci illərdə Iliç, Culfa rayon mərkəzi 

xəstəxanaları, Naxçıvan  şəhər doğum evi, respublika 

xəstəxanasının yanında yeni bina tikilərək istifadəyə verilmiş, 

Naxçıvan  şəhərində 50 çarpayılıq uşaq xəstəxanasının, 

Badamlı mineral sular bazasında balneoloji müalicəxananın 

inşasına başlanmış, Ordubad mərkəzi rayon xəstəxanası üçün 

yeni bina tikilməsindən ötrü layihə-smeta sənədləri 

hazırlanmışdır. Nehrəm kəndində  xəstəxana tikilmiş, Iliç 

rayonunun  Mahmudkənd kənd sahə  xəstəxanasının inşasına 

başlanmışdır. Rusiyadan sifarişlə alınmış 80-dən çox taxta 

evlər respublikanın kəndlərində yerləşdirilərək feldşer-mama 

məntəqələri üçün istifadəyə verilmişdir. 

Orta tibb işçilərinin təkmilləşməsi üçün Naxçıvan Tibb 

məktəbi nəzdində kurs təşkil olunmuşdur. O illərdə traxoma

malyariya, poliomielit, difteriya xəstəlikləri ləğv edilmişdir. 

A.N.Məmmədov 1967-ci ildə «Naxçıvan MSSR-də 

səhiyyənin inkişafı (1828-1966)» adlı namizədlik 

dissertasiyasını müdafiə edərək tibb elmlər namizədi adını 

almışdır. Onun 25-dən artıq elmi məqaləsi və bir 

monoqrafiyası dərc edilmişdir. 

A.N.Məmmədovun səmərəli  əməyi dövlət tərəfindən 

yüksək qiymətləndirilmişdir. O, 1971-ci ilin iyul ayında «Şərəf 

nişanı» ordeni, 1970-ci ildə «V.I.Leninin 100 illiyi», 1986-cı 

ildə «Əmək veteranı» medalları və «Səhiyyə əlaçısına» nişanı 

ilə təltif olunmuşdur. 

A.N.Məmmədov ictimai işlərdə də fəal iştirak etmişdir. 

O, 25 ilə yaxın rayon, şəhər sovetinin, 1967-1971-ci illərdə isə 

 

 



 

180


7-ci çağırış Naxçıvan MSSR Ali Sovetinin deputatı 

seçilmişdir. Habelə, bir çox illər rayon, vilayət partiya 

komitələrinin plenum üzvü olmuşdur. 

 


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin