Süleyman Əsəd oğlu Süleyman-zadə
Süleyman
Əsəd oğlu
Süleyman-zadə 1905-ci ildə Ismayıllı
rayonunun Lahıc kəndində anadan
olmuşdur. Uşaq yaşlarında
valideynlərini itirdiyinə görə Bakı
şəhərinə gəlir. Burada orta məktəbi
bitirdikdən sonra o, universitetin
biologiya fakültəsinə daxil olur və
oranı 1925-ci ildə bitirir. Sonra Bakı
şəhər 19№-li orta məktəbdə 10 il
müəllim işləmişdir.
S.Ə.Süleyman-zadə 1936-cı ildə Azərbaycan Dövlət
Tibb institutuna daxil olmuş və oranı 1941-ci ildə bitirdikdən
sonra iyul ayının 27-də 1557 №-li evakohospitalda baş
ordinator işləmiş, bir aydan sonra tutduğu vəzifədən azad
edilib, Azərbaycan Xalq Səhiyyə Komissarlığının sərəncamına
göndərilmişdir. O, Səhiyyə Komissarlığının 26/VIII-1941-ci il
97№-li əmrinə əsasən Naxçıvan şəhər poliklinikasında
nevropotoloq vəzifəsinə təyin edilir.
S.Ə.Süleyman-zadə 1942-ci ilin oktyabr ayının 29-dan
1943-cü ilin iyun ayının 10-a kimi poliklinikanın baş həkimi
işləmiş və o vaxt yenidən burada nevropotoloq işləməyi davam
etdirmişdir. 1944-cü ilin dekabr ayının 15-də yeni vəzifəyə –
Naxçıvan tibb məktəbinin direktoru vəzifəsinə təyin edilmiş və
bu vəzifədə 10 ildən artıq işləmişdir.
S.Ə.Süleyman-zadə 1955-ci il may ayının 10-dan 1959-
cu il aprel ayının 9-dək Naxçıvan MSSR-in Səhiyyə naziri
vəzifəsində işləmişdir. Daha sonra Naxçıvan şəhər birləşmiş
xəstəxanasında 2 ay nevropotoloq işləyəndən sonra
Azərbaycan SSR Səhiyyə nazirinin əmrilə Bakı şəhərinə
köçmüşdür. O, 1959-cu ilin iyun ayının 1-dən 27 ildən çox
Respublika Elmi-tədqiqat mikrobiologiya, gigiyeva və
virusologiya institutunda müxtəlif vəzifələrdə həkim-bioloq
kimi işləmişdir.
S.Ə.Süleymanzadə nazir işlədiyi müddətdə respublikada
tibbi kadrların artırılmasına, yeni xəstəxanaların açılmasına,
174
çarpayıların çoxalmasına, müalicə-sanitar müəssisələrinin
avadanlıqla və tibbi ləvazimatla təchiz edilməsinə daim diqqət
yetirmişdir. Məsələn, 1955-1959-cu illərdə 2 kənddə
xəstəxana, 5 kənddə feldşer-mama məntəqəsi açılmış,
həkimlərin sayı 38 nəfər, orta tibb işçilərinin sayı 265 nəfər
artmışdır.
Səhiyyə nazirliyinin 1958-1959-cu illərdə respublikada
kənd tibb müəssisələrinin yenidən qurulması haqqında əmri
oldu. Bu əmrə əsasən 1959-cu ildə rayon səhiyyə şöbələri
ləğv olundu, rayon xəstəxanaları rayon sanepidstansiyalarla
birləşdirildi və yeni kompleks-sanitar xəstəxana birləşməsi –
SXB adlandırıldı. SXB-yə rayonun baş həkimi rəhbərlik edir,
o, həm də böyük sanitariya inspektoru sayılır.
Belə quruluş kənd tibb müəssisələrinin işində profilaktik
istiqaməti təmin edir. Rayonda mövcud kadrlardan və maddi
vəsaitdən daha səmərəli istifadə etmək üçün şərait yaranır.
S.Ə.Süleyman-zadə göstərdiyi xidmətə görə Dövlət
tərəfindən medallarla təltif olunmuşdur. Ona Azərbaycan SSR-
i Səhiyyə nazirliyi tərəfindən fəxri fərmanlar verilmişdir.
S.Ə.Süleyman-zadə 1986-cı ildə Bakı şəhərində vəfat
etmişdir.
|