işində işləmişdir.
edilir. Bu vəzifədə iki il işlədikdən sonra o, 1944-cü ilin
169
Ə.Ə.Ismayılov 1953-cü ilin iyul ayında Bakı şəhərinə
dəyişilir və Semaşko adına xəstəxananın baş həkimi vəzifəsinə
təyin edilir. O, bu vəzifədə 13 il işlədikdən sonra 1966-cı ilin
oktyabr ayında Azərbaycan Səhiyyə nazirliyinin əmri ilə
nazirliyin 4-cü idarəsinin Zaqulbada yerləşən istirahət evinə
müdir təyin edilir. 1967-ci ildə bu istirahət evi Pansionat
adlandırılır. O, bu vəzifədə 1970-ci ilin fevral ayının 4-nə kimi
işləyir, sonra 1970-ci ilin fevralında 5№-li sanatoriyaya
dəyişilir və baş həkim vəzifəsində işləyir.
Ə.Ə.Ismayılov 1971-ci ilin oktyabr ayında 4-cü idarənin
Mərdəkandakı 3№-li xəstəxanasının baş həkiminin müavini
vəzifəsinə dəyişilir və bu vəzifədə ömrünün axırına kimi
işləyir.
Ə.Ə.Ismayılov həkimlik fəaliyyəti illərində səhiyyə
sahəsində çox səmərəli işlər görmüşdür. O, Göyçayda səhiyyə
şöbəsinin müdiri işlədiyi illərdə onun təşəbbüsü və səyi
nəticəsində Göyçayda çox nəcib və diqqətə layiq bir iş
başlandı: - yaşayış yerlərinin qaydaya salınması və təmizlik
uğrunda kütləvi hərəkat, əhalinin özfəaliyyəti sağlamlığın
qorunması uğrunda yeni mərhələ oldu. Göyçay tibb işçilərinin
bu təşəbbüsü ilə partiya və Sovet orqanlarının rəhbərliyi
altında 1940-41-ci illərdə yaşayış yerlərinin sanitar
abadlaşdırılmasında kütləvi iş genişləndi. Azərbaycan Xalq
Səhiyyə Komissarlığı təşəbbüsü bəyənərək bu təcrübənin
Azəröaycanın bütün rayonlarına yayılması haqqında 1940-ci
ilin iyul ayının 27-də 1022 №-li əmr imzaladı. Əmrdə yuxarıda
göstərilən tədbirlərlə yanaşı yoluxucu xəstəlikləri aşkar etmək,
tapılan xəstəlikləri aradan qaldırmaq və qoruyucu peyvəndlər
aparmaq məqsədilə bütün əhalinin başdan-başa kütləvi
müayinəsini təşkil etmək tövsiyə olunurdu. Qeyd etmək
lazımdır ki, bir il ərzində respublmkada Göyçay hərəkatını
həyata keçirmək nəticəsində çox böyük iş görüldü. Amma
təəssüflər olsun ki, faşist Almaniyası bu işi yarımçıq qoydu.
Ə.Ə.Ismayılov Naxçıvanda işlədiyi 10 il ərzində də az iş
görməmişdir. Xüsusən müharibənin ağır illərində ondan daha
çevik işləmək tələb olunurdu. Müharibənin o ağır günlərində
Xalq Səhiyyə komissarı kimi respublikada sanitariya işlərini
tələb olunan səviyyədə saxlamaq və yoluxucu xəstəliklərin
170
yayılmaması üçün təsirli tədbirlər gördü. Səhiyyə
Komissarlığında və onun yerli orqanlarında epidemiyaya qarşı
yaradılan fövqəladə komissiyaların işini canlandırdı.
Ə.Ə.Ismayılov 1944-cü ildə derektiv sənədlərə əsasən
tədbirlər hazırlayıb həyata keçirmişdi. Bunun nəticəsində uşaq
tərbiyə ocaqları genişləndirilmiş, qadınlara və uşaqlara tibbi
xidmət yaxşılaşdırılmışdır. Uşaq xəstəxanalarında çarpayıların
sayı artırılmış, körpə evlərinin, yay sağlamlıq meydançalarının
şəbəkəsi genişləndirilmiş, daimi yaslilərin sayı 9-dan 14-ə
çatdırılmışdır. Diaqnostik laboratoriyalar, fizioterapevtik və
rentgen kabinələri açılır, onkoloji dispanser təşkil edilir. 1945-
1953-cü illərdə xəstəxana müəssisələrinin sayı 2 dəfə, onlarda
çarpayıların sayı 1,5 dəfə artır. Xüsusən müxtəlif
ixtisaslaşdırılmış şöbələr yaradılır. Tibbi kadrların da sayı
çoxalır: - həkimlərin sayı 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5
dəfə artır.
Ə.Ə.Ismayılovun təşəbbüsü ilə daha bir neçə obyekt
təşkil edilmişdir. Məsələn, 1947-1953-cü illərdə Naxçıvan
şəhərində qadın məsləhətxanası, rayonların hamısında uşaq və
qadın məsləhətxanaları, 13 kənddə xəstəxana, rayonların
hamısında sanepidstansiyalar təşkil edilmişdir. Respublikada
vərəmə, traxomaya, malyariyaya, dəri-zöhrəvi xəstəliklərinə
qarşı mübarizəni gücləndirmək məqsədilə nazirliyin kollegiya
iclaslarında bu haqda dəfələrlə məsələ müzakirə edilmiş və
müsbət nəticə alınmışdır.
Ə.Ə.Ismayılovun səmərəli fəaliyyəti dövlət tərəfindən
dəfələrlə qiymətləndirilmişdir. O, «Şərəf nişanı» ordeni (1945,
1960), «Qırmızı Əmək Bayrağı» ordeni (1949), «Qafqazın
müdafiəsi» (1945), 2 dəfə «Almaniya üzərində qələbə» (1946,
1949) medalları ilə, «Səhiyyə əlaçısına» nişanı ilə təltif
edilmişdir. Ona Azərbaycan SSR-in əməkdar həkimi adı
verilmişdir.
Ə.Ə.Ismayılov habelə ictimai işlərdə fəal iştirak
etmişdir. O, Göyçay rayon sovetinin deputatı (1939-1941),
Naxçıvan Ali Sovetinin deputatı (1947-1951), Bakı Sovetinin
deputatı (1957-1967) seçilmişdir. Bundan başqa Naxçıvan
Vilayət partiya komitəsinin üzvü (1947-1952) və büro üzvü