Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə2/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   2   3   4   5   6   7   8   9   ...   48
I FƏSIL.  

 

SOVET HAKIMIYYƏTININ QƏLƏBƏSINƏ 

QƏDƏR NAXÇIVANDA TIBB XIDMƏTININ 

INKIŞAF TARIXI (1828-1920-ci illər) 

 

Naxçıvanın qədim tarixi var. Naxçıvanın indiki 



ərazisində o vaxtlar məskunlaşan tayfalar, maddi mədəni 

qədim abidələr Neolit dövrünə (e.ə.7-6-cı minillər) aiddir. 

Çoxsaylı maddi mədəni memarlıq abidələri göstərir ki, 

Naxçıvan çox keçmişdə özünün yüksək mədəniyyəti ilə yaxın 

şərqdə şöhrət  tapmışdır. 

VIII-X  əsrlərdə Naxçıvan, Culfa, Ordubad iri peşə-

ticarət mərkəzi olmuşdur.  

VII-XIV  əsrlərdə Naxçıvan Sacilər, Səlcuqlar, 

Eldənizlər, Monqollar dövlətlərinin tərkibində olmuşdur. 

XV-XVI  əsrlərdə Naxçıvan yarım köçəri feodal 

dövlətlərin – Qaraqoyunlu, Ağqoyunlu və  Səfəvilər 

dövlətlərinin tərkibində olmuşdur. 

1903-cü ildə I Şah Abbasın qoşunları  tərəfindən 

dağıdılmışdır. XVIII əsrin əvvəllərində isə  Şəhər Nadir Şahın 

qoşunları tərəfindən tutulmuşdur. 

Özünün çoxillik tarixi ərzində Naxçıvan yadellilər 

tərəfindən işğal edilmiş, dəfələrlə dağıdılmış  və talan 

edilmişdir. 

Lakin nə yadelli qoşunların basqınları, nə  əsarət altına 

salmaq cəhdləri, nə də onun qarət edilməsi xalqın vətənə olan 

məhəbbətini söndürə bilməmişdir. Onlar silahlanaraq öz 

torpağı, ailəsi və uşaqları uğrunda vuruşdular. 

XVIII əsrin ortalarında yarımmüstəqil Naxçıvan xanlığı 

yaradıldı. 

1826-28-ci illərdə Rusiya-Iran müharibəsi gedişində 

1827-ci ilin iyununda rus qoşunları Naxçıvanı  zəbt etdilər. 

Türkmənçay müqaviləsinə  əsasən Naxçıvan xanlığı Irəvan 

xanlığı ilə birlikdə Rusiyaya birləşdirildi.  Çar höküməti  

Irandan və Türkiyədən minlərlə erməni  ailəsini Naxçıvan 

Xanlığı ərazisinə köçürmüşdür.  1828-ci ilədək azərbaycanlılar 

diyarın  əhalisinin 92%-ni təşkil edirdilərsə, 1897-ci ildə bu 



 

 

 



66,3%-ə enmiş, ermənilərin sayı isə artaraq 32,7%-ə 

çatmışdır.

Naxçıvan diyarı Çar hökumətinin Qafqazda apardığı 



inzibati islahata (10 aprel 1840) əsasən Gürcüstan-Imperiya 

quberniyasının tərkibində Naxçıvan qəzası kimi (1841) təşkil 

edilmiş, sonra isə (1849-cu ildə) Irəvan quberniyasının 

tərkibinə keçirilmişdi. 

Ilk  əvvəl Naxçıvan  ərazisində iki qəza (Naxçıvan və 

Ordubad) olub, sonralar isə (1867-ci ildə) bu qəzalar 

birləşdirilərək bir qəza – Naxçıvan qəzası adlanır. 

1870-ci ildə    Irəvan quberniyasının tərkibində növbəti 

qəza – Şərur-Dərələyəz qəzası  təşkil edilir. Bu iki polis 

sahəsindən – Şərur (I sahə) və Dərələyəz (II sahə) ibarət olur. 

Biz yalnız I sahədə (Şərur) məskunlaşan kənd əhalisinə 

göstərilən tibbi xidmət haqqında tam məlumat verəcəyik. O ki, 

qaldı II sahəyə (Dərələyəz), burada kənd  əhalisinə göstərilən 

tibbi xidmətə aid cüzi məlumat olduğundan onu təsvir etmək 

mümkün olmadı. Ona görə  gələcəkdə  Şərur-Dərələyəz qəzası 

sadəcə olaraq Şərur qəzası kimi göstəriləcək. 

Beləliklə Naxçıvan diyarında, Sovet hakimiyyəti  

qurulanadək, iki qəza (Naxçıvan və  Şərur-Dərələyəz) 

olmuşdur. 

Naxçıvanın Rusiya imperiyasının tərkibinə keçirilməsi, 

onu özünün ucqar  müstəmləkəsinə çevirsə də obyektiv olaraq 

xarici hücumlardan, ara müharibələrinin, feodal çəkişmələrinin 

törətdiyi bəlalardan xilas etdi. 

Azərbaycanın böyük filosofu, dramaturqu və 

maarifpərvəri Mirzə  Fətəli Axundov ölümündən bir il qabaq, 

1877-ci ildə Azərbaycanın görkəmli maarifpərvəri və ictimai 

xadimi Həsən bəy Zərdabiyə  yazdığı  məktublarının birində 

Azərbaycanın Rusiya tərkibinə daxil olması  nəticəsində onun 

yadellilərin  basqını    təhlükəsindən  qurtarmasının 

əhəmiyyətindən danışaraq qeyd etmişdi: «Heç olmazsa ona 

minnətdar ol ki, biz Rusiya dövlətinin  

_______________ 

1

 Naxçıvan Ensiklopediyası. «Azərbaycan Elmlər Akademiyası». 



Bakı, 2002-ci il, səh. 385, 517

 

 



 

 

10



himayəsi sayəsində keçmişdə sonsuz işğalçı orduların saysız 

basqın və talanlarından xilas olduq və  nəhayət, rahatlıq  əldə 

etdik»

1



Bununla belə tarixi materiallar göstərir ki, Çar Rusiyası 

Cənubi Qafqazı  ələ keçirməkdə  məqsədi öz iqtisadi və siyasi 

maraqlarını  əsas tutaraq müstəmləkəlik siyasətini həyata 

keçirmişdir. 

Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi dövrünə 

qədər olan illərdə  səhiyyə  işlərinin vəziyyətini təsvir etmək 

üçün bəzi tarixi məlumatları nəzərdən keçirək. 

Naxçıvanda inqilaba qədər işləmiş  həkimlərin verdiyi 

məlumatlardan aydın olur ki, Rusiyanın tərkibinə daxil olana 

qədər Naxçıvanda heç bir xəstəxana və  həkim olmamışdır. 

Əhali tibbi yardım almaq üçün ara həkimlərinə, mollalara, 

seyidlərə, dərvişlərə, falçılara müraciət edirdi. 

Şərur qəzasının həkimi H.Səfiyev qəzada ilk xəstəxana 

açılana qədər olan dövrü təsvir edərək yazır: «…O vaxta qədər 

(1889-cu ilədək, yəni ilk xəstəxana açılana qədər) əhali ancaq 

ara həkimləri və dəlləklərin köməyi ilə keçinirdi…»

2

.  


Insanın anatomiyası, fiziologiyası  və  xəstəliklərin 

mahiyyəti barəsində heç bir təsəvvürü olmayan bu cür 

başabəla«həkimlərin» günahı üzündən hər il  yüzlərlə adam, o 

cümlədən körpə uşaq onların qurbanı olurdu. 

«Irəvan quberniyasında səhiyyə  işlərinin müasir 

vəziyyəti» adlı  məqalədə aparılan türkəçarə müalicə üsulları 

tənqid edilərək belə yazılır: «Ehtimal ki, bəşəriyyətin  əmələ 

gəlməsi ilə bir gündə yaranan xalq təbabəti hələ bu günə qədər 

uşaqlıq dövründə qalmış, onda sadəlik və  uşağa aid 

xüsusiyyətlər çoxdur. Doğrudan da məsələn, xəstənin heyvan 

dərisinə salınması, qanaxmanın peyinlə dayandırılması, 

yaranın üstünə nəcisdən məlhəm qoyulması,  ovsun  oxunması,  

cadulama  və  s.  bu   kimi 

 

_________________________ 



1

 «Əkinçi» qəzeti, 1877-ci il, №2. 

2

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.54. 

müalicə  üsullarını başqa cür necə izah etmək olar?…»

1




 

 

 



11 

Naxçıvan ölkəsində ara həkimlərinin  elmi əsası 

olmayan müalicə metodlarının geniş yayıldığını malyariya 

haqqında aşağıdakı  ədəbiyyat məlumatı  təsdiq edir: «… o 

zaman xalq arasında malyariyaya qarşı  tətbiq edilən müalicə 

vasitələrindən biri qorxutmaqla müalicə etməkdən ibarət idi; 

bu zaman qızdırmalı adamın üstünə qəflətən soyuq su tökür və 

ya o, yatmış ikən üzünə sillə vururdular və s…»

2



Təbabətə və ümumiyyətlə təbiətə qarşı olan bu cür geri 



qalmış münasibət onunla izah edilirdi ki, əhalinin yaşadığı 

tarixi  şəraitdən və ictimai inkişaf səviyyəsindən asılı olaraq 

onun zehnində  təbiət qanunlarına qarşı müxtəlif baxışlar var 

idi. Burada biz başlıca olaraq dinin və mövhumatın kök salıb 

hökm sürdüyü dövrü nəzərdə tuturuq. 

Insanlar sadəlövhcəsinə  xəstələnmə halını «allahın 

qəzəbi» kimi  başa düşür və  xəstəni pirə aparırdılar ki, bəlkə 

allah onun günahından keçə ki, o da sağala. 

Bu, ondan irəli gəlir ki, o vaxtlar ruhanilər və dindarlar 

cürbəcür vasitələrlə  zəhmətkeş kütlələrin  şüurunu zəhərləyir, 

hər növ istismar, zülm və əsarətə tabe etdirməyə çalışırdılar. 

Burada öz-özünə aydın olur ki, dindar insanlar təbiətin 

qanunlarını düzgün başa düşməyərək təbiətdə xarüqalədə 

qüvvələrin varlığına inanır və nəticədə onların şüurunda yanlış 

fikirlər əmələ gəlirdi. 

Azərbaycanın görkəmli satirik ədibləri,  şairləri və 

yazıçıları öz əsərlərində  məzlum xalqı aldadıb var yoxunu 

əlindən alan, onları «müalicə» edən mollaları, falçıları, ara 

 

________________ 



1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 

qurultayının əsərləri, I cild, 3-cü buraxılış, Tiflis, 1914, səh.54. 

2

 M.Malyujenko – Irəvan quberniyasında malyariya və onunla 



mübarizə. «Irəvan quberniyasının 1912-ci il yaddaş kitabçası», VII 

fəsil, səh.37, Irəvan şəhəri, 1912-ci il. 

həkimlərini və sairləri atəşli tənqidə tutur, bu cür tipləri ifşa 

edir və    iç  üzlərini açıb xalqa göstərirdilər.Belə görkəmli 

xadimlərdən biri öz iti qələmi ilə şöhrət qazanmış satirik yazıçı 

Cəlil Məmmədquluzadə idi. Onun redaktor olduğu «Molla 

 

 

 



12

Nəsrəddin» satirik jurnalı Azərbaycanda sanitariya maarifinin 

inkişafı  uğrunda mübarizədə böyük xidmət göstərmişdir. 

Jurnal öz səhifələrində mollaların, ara həkimlərinin və digər 

şarlatanların apardıqları türkəçarə «müalicə» üsullarını ifşa 

edib, onların nadanlığına iztehza edir və onları  ələ salırdı. 

«Molla Nəsrəddin» jurnalının 1909-cu il 47-ci nömrəsində dua 

yazan məşhur bir mollanın karikaturası verilmişdir (şəkil 1). 

 

 

1-ci şəkil  



 

-Xanım, inşallah bircə saatdan sonra qarnınızın 

ağrısı keçər 

 

Şəkildə molla sancı  çəkən bir qadının yarıçılpaq 



bədəninə tamaşa edərək dua oxuyur ki, qadın bu duadan «şəfa» 

tapsın. Lakin sancı get-gedə artır. Belə vəziyyəti görən molla; 

«-xanım, inşallah bircə saatdan sonra qarnınızın ağrısı keçər» – 

deyə qadını sakitləşdirməyə çalışır. Jurnal, avam xalqı aldadıb, 

onun cibini soyan, öz dini fəaliyyətini müalicə işi ilə bağlayan 

bu cür mollaların fırıldağını acı gülüşlərlə ifşa edir və onların 

iç üzünü açıb xalqa göstərir. 

Naxçıvan MSSR-nin ərazisində tibb işi XIX əsrin 

ortalarında təşkil edilib. 



 

 

 



13 

Mövcud qanuna əsasən 1847-ci ildə Qafqaz ölkəsinin 

inzibati idarəsi tərəfindən Cənubi Qafqaz üçün tibb 

personalının  ştatı haqqında  əsasnamə imzalandı. Buna əsasən 

hər qəzada bir qəza həkimi, iki feldşer və bir mama vəzifəsinin 

olması nəzərdə tutulurdu. 

Rəsmi məlumatlardan aydın olur ki, 1852-53-cü illərdə 

Naxçıvan və Ordubad qəzalarında  əhaliyə tibbi yardım 

göstərilib. O vaxtlar Naxçıvan qəzasında qəza həkimi Stepan 

Vasilyeviç Bitlitski, mama Mariya Nikolayevna Makaroviç, 

Ordubad qəzasında (qəza 1867-ci ildə ləğv dilib) qəza həkimi 

Avqust Vilhelmoviç Miller, mama Feodosiya Nikolayevna 

Romanovskaya

1

 işləmişlər. Onlardan başqa yerli əhaliyə hərbi 



hospitalda işləyən hərbi həkimlər də tibbi kömək göstərmişlər. 

Bu həkimlərdən Aleksandr Maksimoviç Şalomovu, Pyotr 

Kirilloviç Balyuranı  və Maksim Qriqoryeviç Slimovskini

2

 



göstərmək olar. 

Irəvan quberniyası üçün 13 noyabr 1874-cü ildə  təsdiq 

edilmiş  ştata  əsasən Naxçıvan qəzasında bir qəza həkimi, iki 

feldşer və bir mama ştatı, Ordubad qəzası  ləğv edildikdən 

sonra onun əvəzində Şərur qəzası yaradıldı və buraya bir qəza 

həkimi, iki feldşer verilir

3



1878-ci ildə Qafqaz təqvimində Naxçıvan və  Şərur 



qəzalarının (Naxçıvan və Ordubad şəhərlərinin) ərazisi, əhalisi 

və  əhalinin sıxlığı haqqında məlumat verilib

4

. Elə orada, 



qəzalarda işləyən tibb işçiləri göstərilib. Naxçıvan qəzasında 

qəza həkimi Vasiliy Aleksandroviç Subbotkin, 

__________________ 

1

 Qafqaz təqvimi, 1853-cü ilə aid. Beşinci  şöbə «Qafqaz mülki 



idarələrin tibbi şöbəsi, Tiflis, 1852, səh.572.  

2

 Qafqaz təqvimi, 1854-cü ilə aid. Beşinci  şöbə  hərbi hosbitallar, 



Tiflis, 1853, səh.713. 

3

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri. I cild, 3-cü buraxılış, Tiflis, 1914, səh.115. 

4

 Qafqaz təqvimi 1879-cu ilə aid. Ikinci şöbə, Qafqaz canişinlik 



istehsal qüvvələrinin xülasəsi, Tiflis, 1878-ci il, səh.328.

 

mama Lyuba Ivanovna Breyer işləmişlər. Şərur qəzasında qəza 



həkimi Qavril Yakovleviç  Oqunov işləmişdir. Feldşer 

haqqında məlumat yoxdur. 

 

 

 



14

Göstərmək lazımdır ki, qəza həkimlərinin vəzifəsi 

əsasən məhkəmə  təbabəti və tibbi-polis fəaliyyəti ilə  məşğul 

olmaqdan ibarət idi (məhkəmə-tibb müayinəsi, meyityarma 

və s.). Bundan başqa qəza həkiminin onun tabeliyində olan 

feldşerlərin və mamaların üzərinə  nəzarət,  əhaliyə  həkim 

köməyi göstərmək vəzifəsi də düşürdü. 

 

1-ci cədvəl  



Qəza və şəhərlərdə ərazi, əhali və əhalinin sıxlığı 

haqqında məlumat 

 

Əhali 


Qəza və 

şəhərlər 

Ərazi  

kv.km 


kişi qadın cəmi 

1 kv. 


km-ə 

düşən 


əhali 

Naxçıvan 

qəzası 

34149 25749  59898 

Naxçıvan 

şəhəri 


3719 3159  6878 

Ordubad 


şəhəri 

3908,4 


2069 1456  3525 

17,1 


Şərur 

qəzası 


840 14267 

12201 


26468 

31,5 


CƏMI 4748,4 

54204 


42565 

96769 


20,4 

 

Qeyd etmək lazımdır ki, qəza həkimi vaxtının çoxunu 



məhkəmə  təbabəti işlərinə  sərf etdiyindən  əhali tibbi 

xidmətdən demək olar ki, məhrum edilmişdi. Bu haqda 

«Qafqaz mülki idarələrində müasir tibbi şöbələrin vəziyyətinin 

xülasəsi» adlı bir məqalədə göstərilmişdir ki, «Qəza həkimləri 

başlıca olaraq məhkəmə  təbabəti və başqa müayinə, 

meyityarma və ekspertiza ilə məşğul olurlar».

1

 

 



________________ 

1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, I cild, 2-ci buraxılış, Tiflis, 1914 il, səh.40. 

Həmin xülasənin digər bir yerində belə yazılmışdır: 

«…Qəza həkimləri yalnız bilavasitə öz məhkəmə  təbabəti 



 

 

 



15 

vəzifəsi ilə  məşğul olduğundan onlar falçıların, ara 

həkimlərinin və ruhanilərin əlində qalan kənd əhalisinə lazımi 

qədər tibbi yardım göstərə bilmirdilər»…

XIX əsrin 70-ci illərin axırlarında kənd əhalisinə həkim 



köməyini təşkil etmək məqsədi ilə  əvvəlcədən yeni əsasnamə 

layihəsi hazırlanmasına başlanıldı. 

18 fevral 1880-ci ildə Qafqazda mülki idarələrin tibb 

hissəsinin hazırladığı layihə «Cənubi Qafqaz ölkəsinin 

quberniyalarında kənd həkim sahələrinin təşkil edilməsi 

haqqında» Dövlət Şurasının əsasnaməsi təsdiq edildi.

2

 

Əsasnamədə hər qəzada 4 çarpayıdan ibarət (ikisi kişi və 



ikisi qadın) qəbul otağı, ambulatoriya və aptek açılması 

nəzərdə tutulurdu. Stasionar şöbəsində  xəstələrə ilk yardım 

göstərmək, lazım gəldikdə isə    xəstəni xəstəxanaya qəbul 

etmək qeyd olunurdu.  

Ambulatoriya təyin edilmiş saatlarda xəstələri hər gün, 

təcili hadisələrdə isə günün hər vaxtında qəbul etməli idi. 

Xəstələr həkimin resepti əsasında apteklərdən pulsuz 

dərmanlarla təchiz edilməli idilər. 

Kənd – həkim sahəsinə bir həkim, iki feldşer və bir 

mama nəzərdə tutulmuşdur.  Əsasnaməyə  əsasən aptek müdiri 

vəzifəsi xəstəxananın həkiminin mülahizəsinə  əsasən 

feldşerlərin birinə həvalə olunmalı idi. 

 

 

 



 

 

 



 

 

 



 

________________ 

1

Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, I cild, 2-ci buraxılış, Tiflis, 1914 il, səh.40. 

Rusiya imperiyasının qanunlarının bütün toplusu. II toplu, 7-55, II 



şöbə, əlavə Sankt-Peterburq, 1884 il, səh.38. 

2-ci cədvəl  

 

 

 



16

 

Cənubi Qafqaz quberniyasında kənd həkim  



sahəsinin xərcləri (manatla) 

 

 



 

 

 



Yemək 

xərci 


 

Cəmi 


Kənd həkimi 600 

575 


300 

1475 


Böyük tibb feldşeri 250 

50 



300 

Kiçik tibb işçisi 200 

50 


250 

Mama 250 

50 


300 

Sair xərclər (istilik, işıq-

landırma, dərmanlara 

əlavə) 


- - 

1100 



 

Bundan başqa  ştat cədvəlində  hər bir qəzaya birdəfəlik 

xərc nəzərdə tutulurdu: a) qəbul otağının ilkin yerləşdirilməsi 

üçün 350 man., b) aptekin yerləşdirilməsinə 350 man., c) qəbul 

otağına, feldşer və mamalara cərrahi alət almaq üçün 90 man. 

Əsasnamədə Qafqaz nümayəndəsinə ölkədə  kənd – 

həkim sahəsini xüsusi təlimatla təyin etmək  səlahiyyəti 

verilmişdir. Belə təlimat və qayda yalnız 4 ildən sonra, yəni 27 

fevral 1884-cü ildə  təsdiq edildi. Bu vaxtdan etibarən 

Naxçıvan və  Şərur qəzalarında qəbul otaqları təşkil edildi. 

Ilk qəbul otağı (4 çarpayı) 1889-cu ildə Şərur qəzasının 

Bafnoşaren kəndində açıldı. 

Naxçıvan qəzasında ilk qəbul otağı (4 çarpayı)  1892-ci 

ildə  Cəhri kəndində açıldı. Beləliklə XIX əsrin axırında 

Naxçıvan və  Şərur qəzalarının  ərazisində  cəmi 8 çarpayıdan 

ibarət iki kənddə  qəbul otaqları olmuşdur ki, burada da 4 

həkim (onlardan 2-si qəza həkimi idi) və 6 orta tibb işçisi  

çalışmışdır. 

Xəstəxana təşkil edilən illər və  hətta ondan bir neçə il 

sonra əhali xəstəxanaya çox təsadüfi hallarda müraciət edirdi. 

Əhali «insanın alnında nə yazılıbsa, o da olacaq» və ya 

«xəstəlik allah əmridir» – deyə  xəstələnən adamın üstünə 

həkim çağırmırdılar. Sonralar el arasında «Allah dərd verib, 

onun dərmanını da göndərib» – deyə  həkimə müraciət 




 

 

 



17 

edənlərin sayı bir qədər çoxalır. Kənd həkimi Y.Kaminski 

(1911-ci ildə) «Naxçıvan qəzasının 2-ci tibb məntəqəsinin 

tibbi-sanitariya vəziyyəti» adlı  məqaləsində yazır ki, 

müsəlmanlar təsadüfi hallarda, özü də könülsüz olaraq, 

xəstəxanada yatırdılar»

1

.  


Habelə Şərur qəzasının  həkimi H.Səfiyev Başnoraşendə 

xəstəxana təşkil olunan birinci illərdə, xəstələrin xəstəxanaya 

müraciət etmələri haqqında belə yazır: «…Ilk əvvəllər tibbi 

yardım üçün xəstəxanaya çox az  

müraciət olunurdu, çünki ona etibar etmirdilər…»

2

.  



Tarixi materiallar göstərir ki, əhali doğrudan da ilk 

əvvəllər həkimlərə etibar etmir və onları «allahın» düşməni 

sayırdı. 

Deyilənlərə bir daha inanmaq üçün satirik «Molla 

Nəsrəddin» jurnalının nömrələrinin birində (1910-cu ildə) 

rəssam Rotterin ustalıqla çəkdiyi iki şəkli nəzərdən keçirək.  

2-ci şəkildən aydın olur ki, boğazı xəstələnən bir qadın 

üzünü həkimə göstərməyin dərdindən, hətta  ərinin razılıq 

verməsinə baxmayaraq yenə  də: «Yox, yox,  ölsəm də 

açmaram» – deyə üzünü həkimdən gizlədir. Bu, son dərəcə 

isbat edir ki, əhali doğrudan da həkimə inanmırdı, çünki onun 

zəkası «ilahi» qanunların uydurmaları ilə  zəhərlənmişdi. Ona 

görə ki, onun bilik səviyyəsi yox dərəcəsində idi. Ona görə də 

əhali mollaların dua oxumasına, onların «sehirli» və «gizli» 

müalicə üsullarına, ara həkimlərinin apardığı «müalicənin» 

gücünə daha çox inanırdı.  Əlbəttə, belə inam nəinki insanın 

şüuruna, həm də onun sağlamlığına  əks təsir göstərirdi. 3-cü 

şəkildə  həmin xəstə qadın mollaya inanaraq nəinki boğazını, 

hətta yarımçılpaq bədənini belə ona göstərməkdən çəkinmir. 

Ərinin icazəsini gözləmədən: «Qoy molla göbəyimi yazsın, 

bunun zərəri yoxdur» deyə qadın kişisini qabaqlayır.  

 

__________________ 



1

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 

qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.66. 

2

 Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 



qurultayının əsərləri, II cild, 2-ci buraxılış, Tiflis, 1916, səh.54.

 

 



 

 

 



18

 

 



2-ci şəkil  

- Ay arvad, aç üzünü həkim boğazına baxsın. 

            - Yox, yox, ölsəm də açmaram. 

 

Əlbəttə  «Molla Nəsrəddin» jurnalı bu şəkillərdə 



əhalini təbliğ edərək başa salırdı ki, xəstəni əsil müalicə edən 

şəxs həkimdir, molla isə  fırıldaqçı, hiyləgər və yalançı bir 

şəxsdir. 

 

 




 

 

 



19 

 

3-cü şəkil  



- Qoy molla göbəyimi yazsın, bunun zərəri yoxdur. 

 

Zaman keçdikcə  əhali həkimin xəstələrə qayğısını hiss 



edir və onun doğrudan da xəstəni sağaltdığını öz gözü ilə 

görürdü.  Şübhəsiz ki, həkimə inanmaq və ona qarşı 

münasibətin yaxşılaşması bir çox illər  ərzində  tədriclə başa 

gəlmişdir. Sonralar xalq arasında həkimdən söhbət düşəndə 

«həkim allah adamıdır», hətta «həkim qadına məhrəmdir» 

deyirlər


1

.  


________________ 

1

 Islam dininə görə yad kişinin qadına baxması günah sayılır. O 



vaxtlar isə Naxçıvanda qadınlardan həkim yox idi. Ona görə də kişi 

həkimlərin xəstə qadınlara baxmasına "«Allah özü razılıq verib"»- 

deyə onu günah saymırdılar, onu (həkimi) məhrəm hesab edirdilər. 

 

 



 

20

Bundan başqa «Molla Nəsrəddin» jurnalının inqilabdan 



əvvəlki nömrələrinin birində tibb elmindən xəbəri olmayan bir 

boyaqçının uşaqlarda  göyöskürək xəstəliyini necə müalicə 

etməsi haqlı olaraq ifşa edilmişdir. 

4-cü  şəkildə avam xalqı aldadan həmin boyaqçının 

karikaturası verilmişdir.  Şəklin altında belə yazılıb: «Boyaqçı 

hansı uşağın boğazına bir az göy sürtsə, həmən saat öskürməyi 

rəf olar».

1

 



Buradan öz-özünə aydın olur ki, keçmişdə yoluxucu 

uşaq xəstəliklərinin nə olduğunu bilməyən bu cür boyaqçıların 

apardığı «müalicə» nəticəsində uşaqların əksəri ölürdü. 

Bir neçə ildən sonra məlum oldu ki, qəzalarda açılan 

qəbul otaqları  əhalinin ehtiyacını kifayət qədər ödəmir, onun 

böyük hissəsi tibbi yardımdan kənarda qalır. 

Bunu nəzərə alan Çar hökuməti «mərhəmətə» gələrək 

Cənubi Qafqazda kənd-həkim sahələrinin təkmilləşdirilməsi 

haqqında Dövlət  Şurasının fikri ilə razılaşdı. 8 mart 1904-cü 

ildə 605№-li yeni əsasnamə  təsdiq etdi. Bundan sonra elə bil 

qəzalarda tibbi xadmət işinin inkişafına bir addım atıldı. 

Belə  dəyişiklik forma və  təşkili cəhətdən 1880-ci il 

əsasnaməsindən bir qədər fərqlənirdi. Yeni əsasnaməyə görə 

hər qəzada iki kənd həkim sahəsi, hər sahədə 6 çarpayılıq kənd 

xəstəxanası  (əvvəlki 4 çarpayı  əvəzinə) təşkil edilməli idi. 

Çarpayılardan başqa otaqların sayı artmalı, xəstəxanada 

ambulatoriya, aptek, kişi və qadın palatalarından başqa həm də  

əməliyyat və vanna otaqları olmalı idi. 

Hər sahədə  xəstəxanadan başqa feldşer məntəqəsi  

açılmalı idi. O qəbul otağından, onun nəzdində aptekdən, 

feldşerlər və başqa xidmət üçün lazım olan otaqlardan ibarət 

olmalı idi. Beləliklə  hər qəzada bir əvəzinə dörd müalicə 

idarəsi: - iki xəstəxana və iki feldşer məntəqəsi fəaliyyət 

göstərməli idi. Stasionar  şöbədə  çarpayılar, nəinki qabaqlarda 

olduğu kimi birincili xəstələrə yardım göstərmək, o həm də 

xəstəni stasionarda müalicə etmək nəzərdə tutulurdu. 

Keçmişdən fərqli olaraq çarpayılardan 

__________________ 

1

 «Molla Nəsrəddin» jurnalı, 6 sentyabr, 1911-ci il, №32. 



 


 

 

 



21 

 

 



4-cü şəkil  

Uşaqlarda olan göy öskürəyin boyaqxanada tamam  

müalicə olunması 

 

 



xroniki və ruhi xəstələrdən başqa, bütün xəstələr istifadə edə 

bilərdilər. Stasionarda, eləcə də ambulatoriyada müalicə pulsuz 

olmalı idi. Feldşer məntəqələrində ambulator qəbulu pulsuz 

olmalı, onlara dərman  pereparatlarının pulsuz buraxılması 

nəzərdə tutulurdu. Məntəqəyə baş feldşer müdirlik etməli idi. 

O, öz növbəsində kənd sahə xəstəxana həkiminə tabe idi. 

Kənd sahəsi bir həkim ştatından, iki baş feldşerdən (biri 

stasionarda, o biri feldşer məntəqəsinin müdiri – o, həm də 

aptek müdiri) və bir kiçik feldşerdən, bir mamadan ibarət 

olması nəzərdə tutulurdu. 

Tibb idarələrini saxlamaq üçün pul xərcləri aşağıda 

göstərildiyi kimi olmuşdur: 

 

 

 



 

 

 



 

22

3-cü cədvəl  



Kənd xəstəxanalarının və feldşer məntəqələrinin 

saxlanması xərcləri 

 

 

Bir nəfərin bir ildə 



xərci 

 

Maaşı yeməyi 



Cəmi 

Sahə həkimi 700 

700 

1400 


Xəstəxanada baş feldşer 420 

420 



Məntəqə baş feldşeri 420 

420 



Kiçik feldşer 360 

360 



Mama 420 

420 



Bir sahənin müalicə idarəsini 

saxlamaq üçün  

sair xərclər (xəstəxana və s. 

feldşer məntəqələri) 

  

2480 


 

Bundan başqa xəstəxananın hər qəbul otağını  təşkil 

etmək üçün 175 man. və    hər yeni təşkil edilən xəstəxana 

feldşer məntəqələri ilə birlikdə 900 man. həcmində pul nəzərdə 

tutulmuşdur

1



Qeyd etmək lazımdır ki, yeni əsasnaməyə uyğun olaraq 

qəbul otaqlarının kənd xəstəxanalarına çevrilməsi və sahədə 

ikinci  xəstəxananın, feldşer məntəqəsinin açılması iki dövrdə 

həyata keçirilməli idi. 

Birinci dövr (1904-1906) – qəbul otaqları  kənd 

xəstəxanalarına çevrilməklə o sahədə feldşer məntəqəsi 

açılmalı idi. 

Ikinci dövr (1907-1909) – iuinci kənd xəstəxanası 

feldşer məntəqəsi ilə bir sahədə açılmalı idi. 

Yeni əsasnaməyə uyğun olaraq Naxçıvan və Şərur qəzalarında 

bir sıra dəyişiklik edildi: a) birinci dövr 1905-ci  

ildə Cəhri kəndində (Naxçıvan qəzası) və Başnoraşen 

______________ 

1

 «Qafqazda mülki idarələrin tibb sahəsinin indiki vəziyyətinin 



xülasəsi». Qafqaz mülki idarələrində xidmət edən həkimlərin birinci 

qurultayının əsərləri.T-1, 2-ci buraxılış, Tiflis, 1914-cü il, səh.41-43 




 

 

 



23 

 (Şərur qəzası) qəbul otaqları kənd xəstəxanasına çevrildi. Hər 

bir xəstəxanada 6 çarpayı oldu. Beləliklə Başnoraşen qəbul 

otağı öz yerində qaldı, amma Cəhri kəndindəki qəbul otağı 

Naxçıvan şəhərinə köçürüldü. 

Naxçıvan qəzasının Cənnəb kəndində isə feldşer 

məntəqəsi açıldı: b) ikinci dövrdə – fevral ayı 1908-ci ildə  

Cənnəb kəndində 6 çarpayılıq yeni xəstəxana açıldı. Orada 

olan feldşer məntəqəsi isə Naxçıvan qəzasının  Əbrəqunus 

kəndinə köçürüldü. Bundan başqa Naxçıvan qəzasının Cəhri 

kəndində,  Şərur qəzasının Xanlıqlar kəndində yeni feldşer 

məntəqəsi açıldı. 

Qeyd etmək lazımdır ki, o zamanlar şəhər əhalisinə tibbi 

xidmət göstərmək üçün heç bir xəstəxana yox idi. Ona görə 

Naxçıvan  şəhərində yaşayanlara tibbi yardım göstərmək 

məqsədi ilə  əlacsızlıqdan Cəhri kəndində olan 6 çarpayılıq 

kənd xəstəxanası 1905-ci ildə Naxçıvan  şəhərinə köçürülür. 

Naxçıvan  şəhər ictimai-idarə  üsulu tərəfindən həmin 

xəstəxanada 2 çarpayı artıq saxlamaq üçün ildə 1500 man. 

həcmində vəsait ayrılır. Məhz buna görə də Naxçıvan şəhərinin 

əhalisi kəndlilərlə bir yerdə bu 8 çarpayılıq kənd 

xəstəxanasından eyni hüquqda istifadə edirlər. 

Beləliklə 1 yanvar 1910-cu ildə Çar rejimi dağılanadək 

aşağıdakı qaydada kənd tibb şəbəkəsi təşkil edilir

1




Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin