5. Xalq təsərrüfatının daha da inkişafı və kommunizm
cəmiyyətinin quruculuğunun genişlənməsi
dövründə Naxçıvan MSSR-də səhiyyə
(1953-1965-ci illər)
1953-1965-ci illərdə ölkədə bütün iqtisadi və ictimai –
siyasi həyatda nailiyyətlər əldə edildi.
Sovet xalqlarının həyata keçirdiyi tədbirlər sovet
cəmiyyətinin və dövlət quruluşunun gələcək inkişafına, güclü
sənayenin, hər şeydən əvvəl ağır sənayenin inkişafına, kənd
təsərrüfatının kəskin yüksəlməsinə, zəhmətkeşlərin rifah
halının yaxşılaşmasına səbəb oldu.
Bütün əldə edilən nailiyyətlər SSRI xalq təsərrüfatının
beşinci, altıncı beşillik və yeddiillik inkişaf planının
müvəffəqiyyətlə yerinə yetirilməsi nəticəsində olmuşdur. Bu
illərdə Naxçıvan MSSR-də xalq təsərrüfatının, iqtisadiyyatın
və mədəniyyətin ümumi inkişafı ilə yanaşı xalq səhiyyəsi də
inkişaf etmişdir. Yüksək templə tibb idarələrinin və həkim
kadrlarının sayı artdı.
Əhalinin tibb xidmətinin
yaxşılaşdırılması üçün xeyli iş görüldü. Kənd yerlərində
səhiyyənin inkişafına diqqət daha çox artdı. Xəstəxanaların,
poliklinikaların (ambulatoriyaların), dispanserlərin texniki
təchizatı və onların dərman preparatları ilə təmin edilməsi
işində böyük irəliləyiş oldu. Şəhər və rayon xəstəxanaları
rentgen, fizioterapiya aparatları ilə, müasir alətlərlə (cihazlarla)
və başqa əmlaklarla təchiz edilməsi üçün böyük iş görüldü.
1959-cu ildə Sovetlər ölkəsində yeni inkişaf dövrü –
kommunizm cəmiyyətinin quruculuğunun genişlənməsi dövrü
başlandı.
SIKP-nın növbədən kənar XIX qurultayı 1959-1969-cu
illər üçün SSRI xalq təsərrüfatının yeddiillik planını təsdiq
etdi. Planda iqtisadiyyatın gələcəkdə daha da qaldırılması,
mədəni və maddi rifah halının yaxşılaşdırılması məsələləri
nəzərdə tutulmuşdur.
Naxçıvan MSSR-i Səhiyyə naziri T.Sultanovun qeyd
etdiyi kimi Naxçıvan MSSR-də xalq təsərrüfatının yeddiillik
planına uyğun olaraq respublikada 1959-1965-ci illərdə
səhiyyənin inkişafına aid yeddiillik plan tərtib olundu. Planda
gələcəkdə tibb müəssisələrinin, xəstəxana çarpayılarının sayını
105
artırmaq, uşaq və qadın məsləhətxanalarının, uşaq
xəstəxanalarının şəbəkəsini genişləndirmək, xəstəxanaların
tikintisi üçün vəsaiti artırmaq və s. nəzərdə tutulurdu. Planda
habelə, respublikada gələcəkdə xəstələrin, ümumi və uşaq
ölümünün aşağı salınması da nəzərdə tutulmuşdur.
Yeddiillik ərzində müalicə – sağlamlaşdırma
müəssisələrinin tikilməsi üçün 1.100.000 manat sərf olunması
nəzərdə tutulmuşdur.
Perspektiv plana əsasən Naxçıvan şəhərində 75
çarpayılıq vərəm xəstəxanası, 100 çarpayılıq doğum evi, 50
çarpayılıq psixonevroloji xəstəxana, 20 çarpayılıq radioloji
şöbə, 180 yerlik körpələr evi və uşaq baxçası, II dərəcəli təcili
tibbi yardım stansiyası, Ordubad şəhərində 50 çarpayılıq
vərəm dispanseri, Noraşen rayonunda 100 çarpayılıq rayon
xəstəxanası tikiləcəkdir; Badamlı (Şahbuz rayonu) və Sirab
(Naxçıvan rayonu) kəndlərində hərəsi 100 çarpayılıq
sanatoriyalar və 100 yerlik pansionlar tikilməsi nəzərdə
tutulmuşdur.
1953-1965-ci illərdə Naxçıvan MSSR-də əhaliyə
ambulator – profilaktika köməyi göstərən müəssisələrin sayı
artdı. Əgər 1953-cü ildə tibb müəssisələrinin sayı 36 (onlardan
16 şəhərdə, 20 kənd yerlərində) olmuşdursa, 1965-ci ildə
onların sayı 50-yə (21 və 29) qədər artmışdır.
Ambulator – poliklinika müəssisələrinin artması ilə
yanaşı ambulator tibbi yardımın həcmi şəhərlərdə olduğu kimi
kənd yerlərində də nəzərə çarpacaq dərəcədə artdı.
106
25-ci cədvəl
Naxçıvan MSSR-də 1953-65-ci illərdə həkimlərə
gəlişlərin sayı, profilaktik gəlişlər də daxil
olmaqla (diş həkimlərinə gələnlərsiz)
1953 1965
şəhər
kənd
cəmi
şəhər
kənd
cəmi
Həkimlərə gəlişin
sayı (1 nəfər sakinə)
7,7 0,4 2,4 10,0 1,1 3,3
Həkim müəssisələ-
rində, feldşer, feld-
şer-mama və başqa
məntəqələrdə orta
tibb işçilərinə gəliş-
lərin sayı (1 nəfər
sakinə)
- 3,8 3,8 - 4,1 4,1
Gəlişlərin ümumi
sayı (həkim və orta
tibb işçilərinə)
7,7 4,2 5,2 10,0 5,2 6,4
Cədvəldən göründüyü kimi respublikada həkimlərə
gəlişlərin orta sayı (bir nəfər sakinə) 1953-cü ildəki 2,4
gəlişdən 1965-ci ildə 3,3 gəlişə qədər çoxalmışdır. O cümlədən
şəhər əhalisinə eyni ilə 7,7-dən 10-a gəliş, kənd əhalisinə 0,4-
dən 1,1-ə gəliş olmuşdur.
1953-cü ildən respublikada xəstəxana müəssisələrinin
sayı və xəstəxana çarpayılarının sayı xeyli artmışdır.
Xəstəxana çarpayıları ilə təmin 1953-cü ildə 1000 nəfərə 6,7
çarpayıdan (o cümlədən şəhər yerlərində 17,0-dan və kənd
yerlərində 2,8-ə) 1965-ci ildə 8,2-yə (o cümlədən şəhər
yerlərində 21,1-ə, kənd yerlərində 3,8-ə) qədər artmışdır.
Aşağıda xəstəxana müəssisələrinin və çarpayıların artımı
illərlə göstərilib.
107
26-cı cədvəl
Naxçıvan MSSR-də xəstəxana müəssisələrinin
və onlarda çarpayıların sayı
Xəstəxana müəssisələri Xəstəxana çarpayılarının sayı
Illər
Şəhər-
lərdə
Kənd-
lərdə
cəmi
Şəhər-
lərdə
Kənd-
lərdə
cəmi
1953 14 20 34 495 225 720
1954 15 21 36 515 235 750
1955 15 22 37 515 235 750
1956 15 23 38 515 250 765
1957 15 23 38 580 265 845
1958 14 24 38 575 280 855
1959 15 24 39 585 285 870
1960 15 25 40 585 315 900
1961 15 25 40 730 335 1065
1962 15 25 40 770 370 1140
1963 16 27 43 820 450 1270
1964 19 28 47 905 475 1380
1965 21 30 51 970 525 1495
Cədvəldən göründüyü kimi 1965-ci ildə xəstəxana
müəssisələrinin sayı 1,5 dəfə, onlarda olan çarpayıların sayı isə
eyni illərdə 2 dəfədən çox artmışdır.
1953-cü ilə nisbətən 1965-ci ildə ixtisaslaşdırılmış
çarpayıların sayı da artmışdır. Məsələn, terapevtik çarpayıların
sayı 4 dəfədən çox, ginekoloji – 2 dəfə, yoluxucu – 2,5 dəfə,
vərəm – 2,5 dəfə, doğum – 2,0 dəfə, cərrahi – 1,3 dəfə onkoloji
– 2,5 dəfə, göz – 1,5 dəfə artmışdır.
Çarpayı fondunun istifadə göstəricisi respublika üzrə
1953-cü ildəki 225,7 gündən 1965-ci ildə 251,4 günə qədər
böyümüşdür.
1953-cü ilə nisbətən xəstəxanalara daxil olan xəstələrin
sayı 1965-ci illə müqayisədə 2 dəfə artmışdır. Belə ki, əgər
1953-cü ildə respublikanın stasionarlarına 13230 xəstə (o
cümlədən şəhər stasionarlarına 8590, kənd stasionarlarına 4640
xəstə) daxil olmuşdursa, 1965-ci ildə 27015 xəstə (o cümlədən
şəhərlərdə 16869, kəndlərdə 10146 xəstə) daxil olmuşdur.
108
Sovet hökuməti tibb işçilərinin güzəranının yaxşılaşması
üçün daima diqqət yetirirdi.
1955-ci ildə SSRI nazirlər soveti tibb işçilərinin əmək
haqqlarının artırılması haqqında qərar verdi. Bu qərar tibb
işçilərinin maraqla işləmələrinə, əhaliyə daha əzmlə xidmət
etməyə ruhlandırdı.
1953-1965-ci illərdə respublikada tibb işçilərinin sayı
xeyli artdı və onların hazırlığının keyfiyyəti yüksəldi.
27-ci cədvəl
Naxçıvan MSSR-də 1953-1965-ci illərdə
tibbi kadrları haqqında məlumat
Həkimlərin sayı (diş
həkimlərsiz)
Orta tibb işçilərinin sayı
Illər
şəhərdə
kənddə
cəmi
şəhərdə
kənddə
cəmi
1953 100 15 115 285 256 541
1954 101 23 124 255 297 552
1955 100 21 121 336 290 626
1956 108 24 132 425 373 798
1957 124 21 145 454 409 863
1958 131 24 155 499 413 912
1959 130 29 159 500 391 891
1960 128 32 160 488 445 933
1961 135 34 169 475 467 942
1962 137 31 168 494 460 954
1963 139 31 170 498 451 949
1964 144 33 177 481 481 962
1965 156 35 191 539 437 976
Cədvəldən göründüyü kimi 1965-ci ildə 1953-cü ilə
nisbətən həkimlərin sayı 1,6 dəfə, orta tibb işçilərinin sayı isə
1,8 dəfə artmışdır.
Respublikada habelə mütəxəssis həkimlərin sayı da
çoxaldı. Bu müddətdə stomatoloqların sayı – 7 dəfə,
ftiziatorların – 3 dəfə, cərrahların (xüsusən, onkoloqları və
travmatoloqları əlavə etməklə) -–2 dəfə, pediatrların – 1,7
dəfə, göz həkimlərinin – 1,2 dəfə, terapevtlərin
(fizioterapevtləri, infeksionistləri əlavə etməklə) – 1,5 dəfə,
109
həkim – gigiyenistlərin (sanitar həkimlərin, epidemioloqların,
bakterioloqların və s.) – 1,2 dəfə artdı
Respublikada tibb müəssisələrinin həkim və orta tibb
işçiləri ilə təmin olunması dərəcəsi göstərdi ki, 1965-ci ildə
həkim kadrlarla təminat 82,2%, orta tibb işçiləri ilə təminat
90,1% olmuşdur.
Respublikada tibb işçilərinin təkmilləşməsi və
ixtisaslaşması sahəsində xeyli iş görülmüşdür. Hər il
həkimlərin 8-10%-i, orta tibb işçilərinin 5-6%-i müxtəlif
təkmilləşdirmə institutlarında və orta tibb məktəblərində öz
ixtisasını artırır. Onlardan çoxu Moskvanın, Leninqradın,
Kiyevin, Bakının, Xarkovun şəhərlərində institutlarda
təkmilləşmə və ixtisaslaşma kurslarını keçmişdir. Bundan
başqa həkim və orta tibb işçiləri hər il öz ixtisaslarını cürbə-cür
seminarlarda, iş yerlərində və s. artırmışlar. Məsələn, Naxçıvan
şəhərində şəhər doğum evinin bazasında kənd mamalarının
ixtisasını artırmaq üçün ay yarımlıq kurslar, respublika
traxoma dispanseri bazasında həkimlər üçün traxomanın
profilaktikası və müalicəsi məsələsinə aid seminar məşğələsi
təşkil edilmişdir.
1953-1965-ci illər ərzində Naxçıvan tibb məktəbi 400-
dən çox orta tibb təhsilli ixtisasçı hazırlamışdır ki, onlar da
respublikanın şəhər və kənd tibb müəssisələrində işə
düzəlmişlər.
Kənd əhalisinə tibbi xidməti yaxşılaşdırmaq məqsədilə
Naxçıvan MSSR-i şəhərlərindən həkim və mamalar kənd
yerlərinə göndərilirdi.
1
Respublikanın rayon və kənd xəstəxanalarına, feldşer-
mama məntəqələrinə və başqa müalicə – profilaktika
müəssisələrinə metodiki və praktiki kömək göstərmək üçün
Naxçıvan şəhər müalicə – profilaktika müəssisələri tərəfindən
şef köməyi təşkil olunmuşdur.
Köçəri heyvandarlara və maldarlara tibbi yardım
göstərmək üçün səhiyyə orqanları demək olar ki, hər bir
yaylaqda və qışlaqda həkim və feldşer səhiyyə məntəqəsi
________________
1
Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2,
qovluq 221, səh.19, 80.
110
təşkil edirlər. Bundan başqa qışlaqlarda mümkün olan yerlərdə
artezian quyusu vururlar, evlər tikirlər. Kənd təsərrüfatının
tarla işləri vaxtında kənd əhalisinə tibbi kömək göstərmək
məqsədilə hər il respublikanın şəhərlərindən ixtisaslı həkim
briqadaları, onların tərkibində təcrübəli mütəxəssislər
göndərilib.
Kənd əhalisinin dispanserizasiyası davam etdirilib.
Kolxoz kəndlisinin kütləvi profilaktik müayinəsi geniş həyata
keçirilib.
Naxçıvan MSSR-i Səhiyyə naziri Hüseyn Abbasov
1954-cü ildə noyabr ayının 29-da 202№-li «Naxçıvan MSSR-i
kənd əhalisinin dispanserizasiyasının tədbirləri haqqında» əmr
verib.
1
Bu əmr respublikada kənd əhalisinin dispanserizasiyası-
nın daha da geniş miqyasda aparılmasına və onun
keyfiyyətinin yaxşılaşmasına səbəb oldu. Əmrə əsasən
dispanserizasiyaya birinci növbədə kombaynçılar, traktorçülar,
yüksək məhsul əldə edənlər, qabaqcıl maldarlar, süd sağanlar,
briqadirlər, 15-18 yaşında olan yeniyetmələr, kolxoz, MTS və
sovxoz rəhbərləri, ürək və damar sistemi xəstələri, mədə –
bağırsaq, qripp xəstələri cəlb edilib.
1953-1965-ci illərdə kənd tibb müəssisələrinin tibbi
kadrların sayının artması davam etdi və kənd əhalisinin
ambulator və stasionar xidməti yaxşılaşdı. Kənd tibb
müəssisələrinin diaqnostik müalicə aparatları və avadanlıqları
ilə təchizatı bir qədər yüksəldi.
1965-ci ildə kənddə xəstəxana və ambulator müəssisələrinin
sayı 1953-cü ilə nisbətən 1,5 dəfə, xəstəxana çarpayılarının
sayı 2,3 dəfə, feldşer, feldşer-mama və başqa məntəqələrin sayı
2,7 dəfə artmışdır. Kənd rayonu xəstəxanalarında həkim
mütəxəssislər – nevropatoloq, göz həkimi, sanitar həkim,
stomatoloq və s. işləməyə başladılar.
Ayrı ixtisaslar üzrə çarpayıların sayı artdı: terapiya üzrə
– 2,3 dəfə, doğum üzrə – 2 dəfə. Bundan başqa uşaq və vərəm
çarpayıları açıldı.
__________________
1
Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi, F.17, siyahı 2,
qovluq 221, səh.301.
111
1965-ci ildə kənd əhalisinin ambulator müəssisələrində
həkimlərə gəlişlərin sayı 297,5 min olmuşdur. Kənd əhalisinin
bir nəfərinə 1,1 gəliş düşürdü, 1953-cü ildə bu göstərici 0,4-ə
bərabər olmuşdur.
Feldşer ambulator xidmət köməyi də genişləndi. 1965-ci
ildə həkim müəssisələrində feldşer, feldşer-mama və başqa
məntəqələrdə orta tibb işçilərinə gəlişlərin sayı 561,4 min
olmuşdur ki, bu da kənd əhalisinin bir nəfərinə 4,1 gəliş
düşmüşdür, 1953-cü ildə isə bu göstərici 3,0 olmuşdur.
1965-ci ildə kənd xəstəxanalarına 20748 xəstə daxil
olmuşdur ki, bu da çarpayı fondundan istifadə göstəricisinin
1953-cü ilə nisbətən 2 dəfə artmasını göstərir (1953-cü ildə bu
göstərici 138,7 gün olmuşdursa, 1965-ci ildə 246,4 gün
olmuşdur).
1965-ci ildə uşaqlara və qadınlara göstərilən tibb
xidməti xeyli yaxşılaşmışdır. Pediatr sahələri kiçildi. Sahələrin
sayı artdı, sahədə bütün yaşdan olan uşaqların sayı 1000 nəfərə
endirildi
1
.
Bu sahə həkimi pediatra imkan verdi ki, uşaqlara
ixtisaslaşmış müalicə – rpofilaktika köməyi göstərilməsini
təmin etsin, müalicə – profilaktika tədbirlərini geniş həyata
keçirsin; uşaqlar arasında yoluxucu xəstəliklərin və onlar
arasında ölüm səviyyəsini aşağı salsın; sahədə uşaqların bir
yaşına çatana qədər olan vaxtda fəal patronajının təşkilini
yaxşılaşdırsın.
Qadınlara göstərilən müalicə profilaktika köməyinin
keyfiyyəti daha da yaxşılaşmışdı. Hamilə qadınlara hamiləliyin
ilk günlərində və doğuşdan sonra tibbi xidmətin təmin
olunması işində irəliləyiş olmuşdur. Ana ölümü və xəstəlikləri
ilə mübarizədə müalicə – profilaktiki tədbirlərinin həyata
keçirilməsi gücləndirildi, əhali arasında bu sahəyə aid sanitar –
maarifi işi genişləndi.
Respublikanın dövlət büdcəsindən çoxuşaqlı analara və
tək analara verilən müavinətin həcmi artdı. Aylıq müavinət
alanların sayı 13131 (o cümlədən şəhərlərdə 2010
______________
112
1
Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin arxivi.F.17, siyahı 2, qovluq
168, səh.109.
və kənd yerlərində 11121) olmuşdur.
1
«Qəhrəman ana» fəxri adını alan anaların sayı 110,
«Analıq şərəfi» ordeni ilə təltifolunanların sayı 3524, «Analıq
medalı» medalı ilə 12391 olmuşdur; hamilə və doğuş
məzuniyyətinin vaxtının 77 təqvim günündən 112 günə qədər
artırılması qadınlara göstərilən müalicə – profilaktika
köməyinin yaxşılaşmasına səbəb olmuşdur.
1953-1965-ci illərdə respublikanın rayonlarında
(Noraşen rayonunun Ibadulla, Püsyan, Qarxunkəndləri; Culfa
rayonunun Dizə kəndi) kolxozlar tərəfindən birtipli kolxoz
doğum evləri tikilmişdir. Artıq qadınların əksər hissəsi uşaqları
bu doğum evlərində doğmağa başladılar.
Rayonda doğulan uşaqlar xidməti məsləhətxanada,
doğum evindən çıxandan sonra, birinci üç gündə həkim
potranajı ilə əhatə olunurlar.
Bununla belə 1965-ci ildə kənd yerlərində ümumi
çarpayı fondundan və doğum çarpayılarından qeyri-qənaətbəxş
istifadə olunmuşdur.
1953-1965-ci illərdə Naxçıvan MSSR-i səhiyyə büdcəsi
ilbə-il artmışdır. 1965-ci ildə səhiyyə büdcəsi 1953-cü ilə
nisbətən demək olar ki, 2 dəfə çox olmuşdur. Hər il
sərmayənin artırılması tib müəssisələrini yeni aparatlarla,
alətlərlə, avtomaşınlarla təchiz etməyə imkan vermiş, mövcud
tibb müəssisələrinin əsaslı təmir edilməsinə və yeni
xəstəxanaların tikilməsinə şərait yaratmışdır.
Naxçıvan şəhərində 30 yerlik yasli – baxça, 100
çarpayılıq vərəm əleyhinə dispanser tikilib istifadəyə verilmiş,
100 çarpayılıq doğum evinin tikintisi qurtarmaq ərəfəsində
olmuşdur.
1953-1965-ci illərdə sanitar – epidemioloji stansiyalar
malyariya stansiyaları ilə birləşdirilərək iriləşdi. Bundan sonra
sanitar – epidemioloji stansiyalar daha da kompleks şəkildə
tədbirləri müvəffəqiyyətlə həyata keçirməyə başladılar.
Illər keçdikcə aydın oldu ki, Dövlət sanitar müfəttişliyi
və sanitar – epidemioloji stansiyalar arasında
_______________________
113
1
Naxçıvan MSSR-i xalq təsərrüfatının inkişafı statistik məcmuə,
Bakı, 1964-cü il, səh.134-135.
əlaqə və razılıq mövcud olmadığına görə xəbərdar edici və cari
sanitar nəzarətinin arasında uyğunsuzluq əmələ gəlir, bu isə
sanitar – epidemiya əleyhinə tədbirlərin kompleks şəkildə,
tələb olunan qaydada həyata keçirilməsini təmin etmirdi. Ona
görə təcrübə göstərdi ki, sanitar nəzarətin ayrı-ayrı hissələri
arasında uyğunsuzluğu aradan qaldırmaq üçün bəzi təşkilati
tədbirlərin həyata keçirilməsi məqsədə uyğun hesab edildi.
Bunu nəzərə alaraq SSRI Səhiyyə nazirliyi 1955-ci ildə
nazirliyin Baş sanitar müfəttişliyini Baş sanitar – epidemioloji
idarəsi ilə birləşdirib vahid sanitar – epidemioloji stansiya
idarəsini yaratdı.
Belə birləşmə Naxçıvan MSSR-i Səhiyyə nazirliyinin
aparatında 1955-ci ilin iyul ayında aparıldı.
Nazirlikdə Dövlət sanitar müfəttişliyi vəzifəsi Səhiyyə
nazirinin müavini səlahiyyəti hüququnda saxlanıldı, respublika
sanitar – epidemioloji stansiyada isə xəbərdarlıq edici sanitar
nəzarət Dövlət sanitar müfəttişliyinin bazasında təşkil edildi.
1
1958-ci ildə Respublika sanitar – epidemioloji
stansiyanın tikilməkdə olan binası istifadəyə verildi.
Bir qədər sonra – 1956-cı ildə kənd səhiyyəsi də yenidən
quruldu: - rayon səhiyyə şöbəsi ləğv olundu, rayon xəstəxanası
isə rayon sanitar – epidemioloji stansiya ilə birləşdirildi.
Qeyd etmək lazımdır ki, Azərbaycanda birləşmə SSRI-
nin başqa respublikalarından fərqli olaraq kənddə səhiyyənin
təşkili özünə uyğun quruluşda strukturası işlənib hazırlandı.
Naxçıvan MSSR-də 1958-1959-cu illərdə kənd tibb
müəssisələri yenidən qurulmuşdur. Yeni kompleks müəssisəyə
SXB (sanitariya xəstəxana birləşməsi) adı verilmişdir; həmin
müəssisə rayon səhiyyə şöbəsinin funksiyasını daşıyır. SXB-yə
rayonun baş həkimi rəhbərlik edir. O, habelə dövlət sanitariya
inspektorudur, beləliklə həmin şəxs rayon səhiyyə işlərinin
təşkilatçısı sayılır.
Belə quruluş kənd tibb müəssisələrinin işində
_______________
1
Naxçıvan MSSR-i MDA. F.17, siyahı 9, qovluq 49, səh.10
114
profilaktik istiqaməti təmin edir. Səhiyyə işlərinə rəhbərlik
yenidən təşkil olunduqdan sonra o, bir qayda olaraq müəyyən
məqsədə doğru yönəldilmiş və işgüzar olmuşdur. Rayonda
mövcud kadrlardan və maddi vəsaitlərdən daha səmərəli
istifadə etmək üçün şərait yaranmışdır. Burada müalicə
sanitariya – epidemioloji xidmət arasındakı təşkilati
rabitəsizlik aradan qaldırılmışdır. Işlərin yenidən qurulması ilə
əlaqədar olaraq müalicə və sanitariya – epidemioloji xidmətin
birgə gündəlik işi təmin edilmiş və xəstəliklərə qarşı bütün
cəbhə boyu mübarizə başlandı.
Səhiyyənin gələcəkdə daha da inkişaf etdirilməsi üçün
böyük əhəmiyyət kəsb edən qərarlardan biri də SIKP Mərkəzi
Komitəsinin və SSRI Nazirlər Sovetinin 14 yanvar 1960-cı il
58№-li «SSRI-də əhaliyə tibbi xidmət göstərilməsini və
əhalinin can sağlığının qorunmasını daha da yaxşılaşdırmaq
tədbirləri haqqında»kıqərarı oldu. Bu qərara əsasən
Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsi və
Naxçıvan MSSR-i Nazirlər Soveti 6 iyul 1960-cı il 75/110№-li
eyni qərar qəbul etdi. Bu qərara əsasən Naxçıvan MSSR-də
tədbirlər işlənib hazırlandı. Bunlara tibb müəssisələrinin
genişləndirilməsi, müalicə – profilaktika müəssisələrinin
tikilməsi tempinin sürətləndirilməsi və keyfiyyətinin
yüksəldilməsi və həmin müəssisələrin avadanlıqla təchiz
olunması, bir sıra yoluxucu xəstəliklərin (difteriya, poliomielit,
traxoma) ləğv edilməsi, qarın yatalağı, bağırsaq infeksiyaları,
brusselloz və digər xəstəliklərlə xəstələnmə hallarının kəskin
sürətdə azaldılması və s. tədbirlər aiddir.
Bu qərar habelə, zəhmətkeşlərin can sağlığının
qorunması işində əhalinin özfəaliyyətinin yeni inkişafı üçün
zəmin yaratdı.
Naxçıvan şəhərində 1961-ci ildə respublika səhiyyə
maarif evində iki illik sağlamlıq universiteti təşkil edildi.
Universitetin işində böyük təcrübəyə malik olan ixtisaslı
həkimlər, partiya və ictimai təşkilatların nümayəndələri iştirak
edirdilər. Dərslər mühazirə və təcrübi məşğələ şəklində
aparılırdı. Bəzi hallarda müalicə – profilaktika və uşaq
müəssisələrində ekskursiyalar təşkil edilirdi. Demək olar ki,
hər yerdə mühazirələr tematikaya uyğun olaraq sanitar-maarifi,
115
elmi populyar və sənədli filmlərin nümayişi ilə müşahidə
olunurdu.
Dərslərdə dinləyicilər insan anatomiyasının,
fiziologiyasının əsası, şəxsi və ictimai gigiyena, istirahət və
əmək rejimi, xəstəyə qulluq, həkimə qədər ilk yardım
göstərilməsi, xəstəliklərin bəzilərinin profilaktikası və s. ilə
tanış olurdular.
1965-ci ildə respublikada 5 sağlamlıq universiteti
fəaliyyət göstərirdi.
Respublikada yaradılmış sağlamlıq universitetləri
sanitariya – maarifi sisteminin mühüm hissəsini təşkil edir ki,
o da fəal ictimaiyyətçi kadrlar hazırlayır.
Qırmızı Aypara Cəmiyyəti Naxçıvan MSSR-də
səhiyyənin ictimai fəallarının ən böyük dəstəsi hesab olunur.
Cəmiyyətin üzvlərinin sayı ildən-ilə artır. Əgər 1954-cü ildə
respublika üzrə Qırmızı Aypara Cəmiyyətinin üzvləri 37000
idisə, 1965-ci ildə bu say 446 ilk təşkilatda 56000-ə çatmışdır.
Sanitar postlarının sayı müvafiq illərdə 240-dan 474-ə, sanitar
dəstələrin 20-dən 61-ə, donorların sayı 6000-dək artmışdır.
Habelə ictimai sanitar müfəttişlərinin hazırlanması 700-ə
qədər, komitet sədrlərinin və ilk təşkilatların hazırlanması 370-
ə qədər olmuşdur.
Səhiyyə orqanları bütün profilaktika və sanitar
sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsində daima ictimai
fəallardan lazımi kömək almışlar.
Cəmiyyətin üzvləri kənd və şəhərlərin abadlaşdırılması
məsələsinin həllində, fəhlə və kolxozçuların sağlamlığının
qorunmasında, uşaqların və yeniyetmələrin sağlamlığının
möhkəmlənməsində, əhali arasında sanitar – gigiyenik biliyin
yayılmasında, əhalinin tibb xidmətinin yaxşılaşdırılmasında və
s. fəal iştirak etmişlər.
Cəmiyyətin təşkilatları və üzvləri şəhər və kəndlərin
təmizliyi uğrunda ümumxalq hərəkatında yaxından iştirak
etmişlər.
1953-1965-ci illərdə partiya və sovet orqanlarının
rəhbərliyi altında təmizlik, sanitar mədəniyyəti uğrunda geniş
xalq hərəkatı inkişaf etdi.
116
1954-cü ildə Azərbaycan SSR Göyçay rayonunun
zəhmətkeşləri təmizlik uğrunda istehsalatda və məişətdə
sanitar mədəniyyətinin qaldırılması uğrunda yenidən təşəbbüs
göstərərək xalq hərəkatını qaldırdılar.
Faktiki olaraq bu göyçaylıların 1940-cı ildə başladığı
sanitar mədəniyyəti uğrunda xalq hərəkatının davamı idi.
Azərbaycan partiya və sovet orqanları bu təşəbbüsü
bəyəndilər, belə hərəkətin Azərbaycanın bütün rayonlarında və
Naxçıvan MSSR-də genişləndirilməsini tövsiyə etdilər.
Sanitar mədəniyyəti uğrunda hərəkət respublikada
tezliklə yayıldı. Hərəkətin canlanmasının əsas səbəbi, bu işin
nə qədər kütləvi sağlamlaşdırma tədbir olduğu, xalq arasında
geniş izahat işinin aparılması nəticəsində olmuşdur.
Belə izahat işini tibb işçilərinin nəzarəti və yaxından
köməkliyi ilə rayon və şəhər sovet deputatları, partiya fəalları,
Qırmızı Aypara Cəmiyyətinin üzvləri, komsomollar, pionerlər,
müəllimlər, aqronomlar və s. sistematik olaraq aparırdılar.
1956-1965-ci illərdə Naxçıvan respublikasının partiya
və sovet orqanları bütün rayon və şəhər zəhmətkeşlərinin fəal
iştirakı ilə şəhər və kəndlərin daha da abadlaşdırılması və
yaşıllaşdırılması sahəsində xeyli iş gördülər.
Respublikada aptek şəbəkəsi də çox inkişaf etmişdir.
Burada Azərbaycan SSR Baş Apteklər Idarəsinin Naxçıvan
rayonlararası şöbəsi təşkil edilmişdir. Hazırda (1962-ci il)
respublikada 14 aptek, 50-yə yaxın aptek məntəqəsi, analitik
laboratoriya, sanitariya – gigiyena mağazaları və başqaları
fəaliyyət göstərir.
Naxçıvan MSSR özünün müxtəlif kimyəvi tərkibli,
yüksək müalicə xassəsinə malik çoxlu mineral su mənbələri ilə
şöhrət qazanmışdır.Belə mineral su mənbələrinə Badamlı
(Narzan tipli), Sirab (Borjomi tipli), Nəhəcir (Yessentuki tipli),
Qızılvəng (Batalinsk tipli), Darıdağ arsenli su mənbələri və
başqaları aiddir. Uzun illər aparılan tədqiqatlar nəticəsində
alimlər Naxçıvan MSSR-də 135 mineral su mənbəi kəşf etmiş
və bu haqda məlumat vermişlər. Çoxlu balneoloji və kurort
yerlərinin olması burada kurortların, sanatoriyaların və
istirahət evlərinin təşkil edilməsi üçün yaxşı şərait yaradır.
117
Səhiyyə işlərinə ayrılan vəsait ilbə-il artmışdır. Belə ki,
1940-cı ildə 777,3 min manat, 1950-ci ildə 1428,0 min man.,
1960-cı ildə 2320,0 min man. və 1965-ci ildə 3862,0 min man.
vəsait ayrılmışdır. Buradan aydın olur ki, 1965-ci ildə 1940-cı
ilə nisbətən 5 dəfə, 1950-ci ilə nisbətən 2,7 dəfə, 1960-cı ilə
nisbətən təqribən 1,7 dəfə çox vəsait ayrılmışdır.
Dostları ilə paylaş: |