N Ə T I C Ə
1. Müharibə illərindən (1946-1953) sonra Naxçıvan
MSSR-də müalicə – profilaktika şəbəkəsi tibbi kadrlar və
səhiyyənin büdcəsi durmadan artdı. 1953-cü ildə 1946-cı ilə
nisbətən xəstəxanaların sayı 2,1 dəfə, onlarda olan çarpayıların
sayı 1,4 dəfə, xüsusən ixtisaslaşdırılmış çarpayıların sayı
artmışdır. 1953-cü ildə həkimlərin sayı 1946-cı ildəkinə
nisbətən 2,4 dəfə, orta tibb işçilərinin sayı 2,5 dəfə artmışdır.
Səhiyyənin material texniki bazası möhkəmlənmişdir. Tibb
obyektləri (xəstəxanalar, uşaq yasliləri və s.) tikildi, səhiyyə
büdcəsi 1953-cü ildə 1946-cı ilə nisbətən 2 dəfə artdı.
2. 1953-1946-cı illərdə respublikanın bütün
rayonlarında uşaq-qadın məsləhətxanaları, rayon sanitar
epidemioloji stansiyalar – onların nəzdində bakterioloji
laboratoriyalar təşkil olundu. Bir çox birləşmiş xəstəxanalarda
ixtisaslaşdırılmış şöbələr, poliklinikalarda (ambulatoriyalarda)
isə ixtisaslaşdırılmış kabinələr təşkil edildi.
3. Respublika əhalisinə tibbi yardımın keyfiyyəti
yaxşılaşdı: - çarpayı fondunun istifadəsi, ixtisaslaşdırılmış
tibbi xidmətin, xüsusi ilə kənd əhalisinə göstərilməsi
genişləndi.
4. Naxçıvan MSSR-i hökumətinin vərəmə,
traxomaya, malyariyaya, zöhrəvi və başqa yoluxucu
103
xəstəliklərə qarşı mübarizə aparmaq haqqında çıxardığı
qərarlar xəstəliklərlə mübarizəni gücləndirdi.
5. SIKP XIX qurultayından sonra profilaktika
tədbirləri əsaslı sürətdə genişləndirildi. Sanitar maarifinin
tədbirləri, onların məzmunu dəyişildi. Respublikada Qırmızı
Aypara Cəmiyyəti zəhmətkeşlərin sağlamlığı uğrunda apardığı
mübarizədə əhalinin sanitar mədəniyyətinin yüksəlməsi
sahəsində böyük işlər gördü.
104
Dostları ilə paylaş: |