Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Naxçıvan MSSR-də 1913-1966-cı illərdə



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə21/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   17   18   19   20   21   22   23   24   ...   48
Naxçıvan MSSR-də 1913-1966-cı illərdə  

ambulator-poliklinika müəssisələrinin 

sayı (ilin axırına). 

 

 

 

 



 

 

1-ci diaqram 



 

 

Naxçıvan respublikasında 01.01.1967-ci ildə  şəhər 



həkim sahələrinin sayı – 39-a, onlardan 11-i terapiya, 20-si 

pediatriya və 8-i mama-ginekologiya sahəsi olmuşdur. 

Respublikada  əhalinin artması  və  həkim kadrlarının 

çatışmaması  nəticəsində  həkim sahələrində  əhalinin sayı çox 

olaraq qalır. 

Şəhər və kənd müalicə – profilaktika müəssisə-lərində 

dispanser üsulu ilə tibbi xidmət göstərmək əsas yeri tutur. 

Dispanser üsulu vasitəsilə tibbi xidmət respublikanın 

tibb müəssisələrinin fəaliyyətində profilaktik istiqamətdə 

 

 



 

124


həyata keçirilir. Demək olar ki, respublikanın kənd 

təsərrüfatının bütün mexanizatorları, istehsalat qabaqcılları, 

kolxoz rəhbərləri, başqa kateqoriyadan olan sənaye və 

müəssisələrin işçiləri vaxtaşırı dispanser müayinəsindən 

keçirilirlər. Insanlarda müəyyən  formada aşkar olunan 

xəstəliklər qeydiyyata götürülür, onlara aktiv nəzarət edilir. 

Tibb yardımının dispanser üsulu ilə göstərilməsi  əhalinin 

sağlamlıq vəziyyətini müntəzəm olaraq müşahidə etməyə 

imkan verir. Dispanserizasiyanın aparılmasında bütün ixtisaslı 

həkimlər fəal iştirak edirlər.  Əhaliyə dispanser xidməti təkcə 

müalicə – profilaktika müəssisələri tərəfindən deyil, həm də 

respublikanın bütün dispanserləri tərəfindən göstərilir. 

14-18 yaşlı yeniyetmələrin dispanserizasiyasına xüsusi 

fikir verilir. Hər il onlar tibbi müayinədən keçirilir, müayinə 

vaxtı bütün ixtisasdan olan həkimlər iştirak edirlər. 

Gələcəkdə  əhaliyə ixtisaslı yardımı planlı surətdə 

inkişaf etdirmək üçün müalicə – profilaktika müəssisələrinin 

xidmət təcrübələrinin müsbət tərəfini istifadə etmək qarşıda 

durur. Bu məqsədlə müalicə – profilaktika müəssisələrinin 

1965-ci ilə aid fəaliyyətini 1958-ci illə müqayisədə öyrəndik. 

Bu, bizə imkan verdi ki, tibbi xidmətin və onun 

keyfiyyətinin qanunauyğunluğunu aşkara çıxaraq. 

Əgər 1958-ci ildə respublikanın əhalisinin ambulator – 

poliklinika müəssisələrində  həkimə 455,1 min gəlişi 

olmuşdursa, 1965-ci ildə  həkimə  gəlişlərin sayı 610,3 min 

olmuşdur. 1958-ci ildə respublikada gəlişlərin sayı əhalinin bir 

nəfərinə 3,0 olmuşdursa, 1965-ci ildə bu göstərici 3,3 

olmuşdur və ya 10% artmışdır. 

Hər il respublikanın ambulator–poliklinika 

müəssisələrində  əhaliyə göstərilən ixtisaslaşdırılmış tibbi 

xidmət genişlənir. Bunu aşağıda cədvəldə göstərildiyi kimi 

həkimlərə ayrı-ayrı ixtisaslar üzrə edilən gəlişlərin 

məlumatından görmək olar. 

 



 

 

 



125

28-ci cədvəl 

 

Naxçıvan respublikası üzrə 1958-1965-ci illərdə  



həkimlərə ayrı-ayrı ixtisaslar üzrə gəlişlərin 

orta sayı (minlə). 

 

Şəhərlərdə 



Kəndlərdə  

 

1958 1965 1958 



1965 

Ftiziatrda 7,8 

11,6 

1,7 


4,2 

Onkoloqda 2,4 

2,6 

-  - 


Dəri-zöhrəvidə 40,0 

36,8 


1,9 


Göz həkimində 40,1 

46,6 


0,7  14,2 

Terapevtdə 91,5 

93,4 

2,3 


38,6 

Cərrahda 35,3 

41,5 

3,4 


5,1 

Mama-ginekoloqda 

22,2 29,2  0,8 

6,2 


Pediatrda 62,9 

73,7 


2,9 

8,3 


Burun-qulaq-boğaz 

həkimində 

15,9 22,6  0,1 

0,1 


Cəmi 318,1 

358,0 


11,9 

78,6 


 

Cədvəldən göründüyü kimi şəhər  əhalisinə göstərilən 

ixtisaslaşdırılmış yardım kənd  əhalisinə nisbətən xeyli 

yüksəkdir. 1958-ci ilə nisbətən 1965-ci ildə  şəhərlərdə, eləcə 

də  kənd yerlərində  həkim-terapevtlərə, cərrahlara, pediatrlara, 

ftiziatrlara, göz həkimlərinə və başqa mütəxəssislərə gəlişlərin 

sayı artmışdır. 

Kənd  əhalisi həkim köməyindən başqa feldşer 

məntəqələrinin köməyindən də geniş istifadə edir. 

1965-ci ildə feldşer, feldşer – mama məntəqələrində 

orta tibb işçilərinə gəlişlərin sayı 565,2 min, kənd əhalisinin bir 

nəfərinə orta hesabla gəlişin sayı 4,4 olmuşdur. 

Buradan belə  nəticəyə  gəlmək olar ki, Naxçıvan 

respublikasında kənd  əhalisi hələlik  əsasən feldşer 

köməyindən, çox az hissəsi isə  həkim köməyindən istifadə 

edir. Belə  vəziyyət göstərir ki, kənd  əhalisinin həkimlə 

təminatı hələ ki, qaneedici deyil. 

 

 



 

126



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin