Təcili tibbi yardım
Təcili tibbi yardım respublika əhalisinə tibbi xidmətin
təşkili sistemində ən ümdə yeri tutur.
Respublikada 01.01.1966-cı ildə bir müstəqil və 3
rayon birləşmiş xəstəxanalarının tərkibində təcili tibbi yardım
stansiyaları olub. 1965-ci ildə onlar tərəfindən 18,1 min şəxsə
ambulator və çağırış vaxtı tibbi yardım göstərilmişdir, o
cümlədən müstəqil təcili tibbi yardım stansiyalarında 11,4 min,
rayon birləşmiş xəstəxanalarının tərkibində olan təcili tibbi
yardım stansiyalarına 6,7 min şəxsə kömək göstərilmişdir.
1958-ci ilə nisbətən 1965-ci ildə təcili tibbi yardım
xidməti artmışdır. 1960-cı ildə Naxçıvan şəhər təcili tibbi
yardım stansiyası V kateqoriyadan IV kateqoriyaya keçib.
Bununla əlaqədar olaraq həkimlərin və orta tibb işçilərinin ştat
vahidi artıb. Lakin təcili tibbi yardım xidmətində ciddi
çətinliklər və nöqsanlar olub ki, bunun nəticəsində
stansiyaların işinin səviyyəsi aşağı olub. Məsələn, onların
radius xidməti 40-45 km, yolların yararsız halda olması,
stansiyaların gücünün zəif olması, klimat şəraiti və s. –
bunların hamısı çağırışların vaxtında yerinə yetirilməsini
çətinləşdirmişdir.
|