tibbi kadrların da sayı artmışdır. 1958-ci ildə respublikada 155
olmuşdur. 1965-ci ildə isə onların sayı artaraq 191-ə, onlardan
və kəndlərdə qeyri-bərabər bölünmüşlər. 1965-ci ildə ümumi
isə kənd həkimləridir. Həkimlərin əksəri Naxçıvan şəhərində
işləyirlər. Bu, onunla izah olunur ki, respublika və başqa
həkim düşür. Qeyd etmək lazımdır ki, Naxçıvan MSSR-i
133
hələlik həkim kadrları ilə kifayət qədər təmin edilməmişdir.
Əyani olaraq aşağıdakı cədvəldə respublikada 1965-ci ildə
əhalinin 10000 nəfərinə düşən həkimlərin sayı müqayisəli
şəkildə göstərilmişdir.
31-ci cədvəl
Naxçıvan MSSR-nin həkim kadrları ilə
təmin olunması (10000 nəfərə görə)
1965-ci
il
Naxçıvan MSSR-i
10,4
Azərbaycan SSR-i
23,7
SSRI 23,9
Naxçıvan MSSR-də həkimlərin sayı həkim ştat
vəzifələrinə uyğun gəlmir. 1965-ci ildə həkim kadrlarla
komplektləşdirmə 83,2%, bu da yalnız əvəzçilik hesabına
olmuşdur.
1965-ci ildə tutulan həkim vəzifələrindən bir həkimə 1,5
vəzifə düşür.
Respublikada həkimlərin ayrı-ayrı ixtisaslar üzrə sayı
artmışdır. 1965-ci ildə həkimlərin ümumi sayından
x
terapevtlər
- 48 , cərrahlar – 17, mama – ginekoloqlar – 13, pediatrlar –
28, göz həkimləri – 10, burun-qulaq-boğaz həkimləri – 4,
ftiziatrlar – 9, dəri-zöhrəvi həkimlər – 4, rentgenoloqlar – 5,
nevropatoloqlar – 3, sanitar-epidemioloji qruplar – 21,
stomatoloqlar – 15 və s.
Naxçıvan Respublikasında mütəxəssislərin təcrübi və
elmi-nəzəri hazırlanmasına böyük diqqət yetirilir. Hər il
həkimlərin bir qismi ölkənin müxtəlif şəhərlərində – Bakıda,
Moskvada, Leninqradda, Kiyevdə, Xarkovda və başqa
şəhərlərdə təkmilləşmə və ixtisaslaşma kurslarında olurlar.
________________
x
Terapevtlərin sayına birləşdirilib: terapevtlər, fizioterapevtlər,
infeksionistlər; cərrahların sayına – cərrahlar, travmatoloqlar,
onkoloqlar və uroloqlar; sanitar-epidemioloji qruplara – sanitar
həkimlər (bütün profildən olanlar – epidemioloqlar, parazitoloqlar,
bakterioloqlar və virusoloqlar).
134
Son 10 il ərzində (1956-1965-ci illər) 184 həkim və 389 orta
tibb işçisi öz ixtisasını artırmışdır. Azərbaycan SSR-i Səhiyyə
nazirliyinin planına əsasən hər il həkimlərin 7 faizdən 10 faizə
qədəri öz ixtisasını artırır.
Respublikada ixtisaslı həkimlərin sayı ilbə-il artır.
Onlardan bir neçəsi alim, Azərbaycan SSR-nin və Naxçıvan
MSSR-in əməkdar həkimi, səhiyyə təşkilatçısı, yüksək ixtisaslı
həkim olmuşlar.
Respublikada bir çox həkimlər öz fədakar əməyi ilə
xalqın rəğbətini və hörmətini qazanmışlar.
Naxçıvan zəhmətkeşləri böyük məhəbbət və səmimi
minnətdarlıq hissilə görkəmli səhiyyə işinin təşkilatçılarını –
Əli Abbasovu, Məmməd Ismayıl (Baba) Qədimovu, Nadir
Məmmədlini, Həmid Əsədovu, Ələkbər Ismayılovu, Hüseyn
Abbasovu, Süleyman Süleyman-zadəni, Tofiq Sultanovu,
Abbas Əliyevi, Fikrət Qədimovu və s. xatırlayırlar ki,
Naxçıvan MSSR-də əhaliyə tibbi xidmət göstərilməsində və
xalq səhiyyəsinin inkişaf etdirilməsində əldə edilən böyük
nailiyyətlər onların adı ilə bağlıdır.
Respublikanın zəhmətkeşləri Azərbaycan SSR-nin
əməkdar həkimi, Naxçıvan MSSR-i Ali Sovetinin deputatı
olmuş Anna Suslovanı yaxşı tanıyırlar. O, ömrünün 45 ilini
Naxçıvanda uşaqların sağlamlığının qorunmasına sərf edib.
25 ildən artıq respublikada qadınlara yüksək ixtisaslı
tibbi xidmət göstərmiş Naxçıvan MSSR-in əməkdar həkimi,
Naxçıvan MSSR-i Ali Sovetinin deputatı seçilmiş Valentina
Qnedkovanı bütün qadınlar və tibb kollektivi hörmətlə
xatırlayırlar. Bir çox həkimləri gösitərmək olar ki, (Mehdi
Bağırovu, Ruxsara Bayramovanı, Mehdi Sultanovu, Sultan
Sultanovu, Əkbər Nağıyevi, Arif Hacıyevi, Əqil Mehdiyevi,
Əli Xəlfə-zadəni, Əliheydər Qənbərovu, Yəmən Cəfərlini,
Şəfiqə Məmmədəliyevanı, Məmmədtağı Sultanovu, Yaqub
Budaqovu, Valentina Suxovanı, Aleksandra Kulakovanı,
Qurban Qasımovu, səimə Əliyevanı, Hacı Mehdiyevi, Hacı
Tahirovu, Nəsib Nəbiyevi, Rəhim Bağırovu, Sona
Qədimovanı, Hüseynqulu Hüseynovu, Cabbar Əliyevi, Tələt
Musayevi, Klavdiya Simoninanı və s.) onlar öz fədakar əməyi
nəticəsində əhali arasında hörmət qazanmışlar.
135
Partiya və hökumət tibb işçilərinin əməyini yüksək
qiymətləndirərək səhiyyə işlərində səylə və səmərəli
çalışdıqlarına görə 8 həkimə Azərbaycan SSR-nin, 24 həkimə
isə Naxçıvan MSSR-nin əməkdar həkimi adı verilmişdir. 60
tibb işçisi Sovet Ittifaqının orden və medalları ilə 57 nəfəri isə
«Səhiyyə əlaçısına» nişanı ilə təltif olunmuşdur. 50 nəfərə
yaxın tibb işçisi SSRI-nin, Azərbaycan SSR-nin, Naxçıvan
MSSR-nin Ali Sovetlərinə, şəhər, rayon və kənd sovetlərinə
deputat seçilmişlər.
Tibb müəssisələri şəbəkəsinin artması respublikada orta
tibb işçilərinin çoxalmasına səbəb olmuşdur. Respublikada orta
tibb işçiləri kadrlarını əsasən Naxçıvan tibb məktəbi tərəfindən
hazırlanır. Tibb məktəbi 30 il ərzində (1931-1961) 1300
nəfərdən çox orta tibb işçisi buraxmışdır.
5-ci diaqramda respublikada 1913-1960-cı illərdə orta
tibb işçilərinin artması göstərilib.
Buradan görünür ki, 1913-1930-cu illərdə orta tibb
işçilərinin sayı 56 nəfərə qədər artmışdır, bu artım sonrakı
illərdə də qeyd olunmuşdur. Məsələn 1940-cı ildə bu say 200,
1950-ci ildə 458, 1960-cı ildə 933 və 1966-cı ildə 1031 nəfər
olmuşdur.
136
Dostları ilə paylaş: