olunur. 1965-ci ildə 67,5% kənd yerlərindən gələn xəstələr
şəhər xəstəxanalarında müalicə olmuşlar. Ona görə çarpayıları
edir. Belə ki, 1958-ci ildə respublikanın xəstəxanalarında 17,0
12,1%-ni təşkil edir. 1965-ci ildə xəstəxanalarda müalicə
qəbul olunmuşdursa, 1965-ci ildə bu göstərici 14,8-ə çatmışdır.
Beynəlxalq səhiyyə təşkilatının illik məlumatı, 1965-ci il.
131
1965-ci ildə 1958-ci ilə nisbətən çarpayı fondu terapiya,
cərrahiyyə, onkologiya, doğum, uşaq, göz, vərəm və
infeksionist ixtisasları üzrə artmışdır.
Ixtisaslaşdırılmış xəstəxana çarpayıları kəndlərə nisbətən
şəhərlərdə daha səmərəli sürətlə artmışdır.
Əhalinin stasionar köməyinə olan ehtiyacını təmin etmək
üçün çarpayı fondundan səmərəli istifadə etmək əsas şərtdir.
Respublikada 1965 – ci ildə çarpayılardan istifadə – şəhər
xəstəxanalarında 264,4 gün, kənd xəstəxanalarında isə 246,4
gün olmuşdur. Göründüyü kimi kənd xəstəxanasında
çarpayılardan bir qayda olaraq aşağı səviyyədə istifadə
olunmuşdur.
Çarpayı fondundan istifadə olunmasının əsas şərtlərindən
biri də xəstənin, orta hesabla, neçə gün çarpayıda yatmasıdır.
1965-ci ildə bir xəstə orta hesabla 13,5 gün xəstəxanada
yatmışdır (şəhər xəstəxanalarında 14,1 gün, kənd
xəstəxanalarında 12,4 gün).
1965-ci ildə 1958-ci ilə nisbətən şəhər xəstəxanalarında
ayrı-ayrı ixtisaslar üzrə xəstələrin çarpayıda qalma müddəti bir
qədər artmışdır. Buna misal olaraq terapevtik (1958-ci ildə
14,1 gündən 1965-ci ildə 14,2 günədək), onkoloji (18,3 gündən
28,6 günədək), göz (21,3 gündən 54,1 günədək), dəri-zöhrəvi
(20,6 gündən 37,5 günədək), vərəmli (43,2 gündən 54,1
günədək) xəstələri göstərmək olar.
Kənd yerlərində xəstələrin çarpayıda qalma müddəti
vərəmli xəstələrdə (1958-ci ildə 30,6 gündən 1965-ci ildə 56,3
günədək) və ümumi şöbələrdə (9,6 gündən 12,4 günədək)
artmışdır.
Xəstələrə tibbi xidmət göstərilməsinin ən vacib
göstəricilərindən biri də «xəstəxanada ölüm hadisəsi»
göstəricisidir. 1965-ci ildə respublikanın bütün stasionarlarında
yatan və oradan çıxarılan 27653 xəstədən bütün xəstəliklər
üzrə 138-i ölmüşdür. Başqa sözlə xəstəxanaların ölüm
göstəricisi 1958-ci ildə 0,9%-dən 1965-ci ildə 0,5%-ə
enmişdir.
Dostları ilə paylaş: