5
G I R I Ş
Sosialist quruluşunun müvəffəqiyyəti, mədəni
səviyyənin və rifah halının kəskin qaldırılması, əsl xalq
səhiyyə sisteminin yaradılması nəticəsində Naxçıvan Muxtar
Respublikasında əhalinin sağlamlığı xeyli yaxşılaşmışdır və bu
sahədə böyük nailiyyətlər əldə edilmişdir.
Naxçıvan MSSR-də səhiyyənin tarixinə aid çox az
məqalələr (H.Səfiyev, M.Ibrahimov, Y.Marqulis, H.Abbasov,
Ə.Tahirov, Y.Kaminski və s.) yazılmışdır. Onlar da əsasən
xülasə şəklində çap edilmişdir. Bu yazılar heç cürə Naxçıvan
MSSR-də səhiyyənin tarixi və inkişafı haqqında ətraflı
təsəvvür yaratmır. Onların hamısı səhiyyənin tarixinin ayrı-
ayrı hissəsinə aiddir.
Inkar etmək olmaz ki, sosialist quruluşunun səhiyyəsi
hətta belə bir ərazisi nisbətən kiçik və əhalisinin sayı az olan
Muxtar Respublikada böyük maraq doğurmasın. Çünki bu
Sovet Dövlətinin kiçik, əvvəllər geridə qalmış xalqların
siyasətini təsvir edir.
Səhiyyə sisteminə aid olan qanunvericilik aktların,
respublikanın partiya orqanlarının və Naxçıvan Nazirlər
Sovetinin, Naxçıvan Mərkəzi Dövlət arxivinin, Azərbaycan
SSR-in və Naxçıvan MSSR-in səhiyyə nazirliklərinin,
ədəbiyyat və statistika materiallarının öyrənilməsi imkan verdi
ki, Naxçıvan MSSR-də səhiyyənin tarixini və inkişafını
Naxçıvan xanlığının Rusiyanın tərkibinə birləşdirilməsindən
bu günə qədər (1828-1966-cı illər) və respublikada səhiyyənin
müasir vəziyyətinin təhlili ətraflı işıqlandırılsın.
Monoqrafiyada sovet hakimiyyəti dövründə səhiyyənin
əsas mərhələlərdə inkişafı ətraflı göstərilib, yaşayış yerlərinin
sanitar vəziyyətinin qaldırılması sahəsində görülən böyük
nailiyyətlər, əhaliyə müalicə – profilaktika və sanitar –
epidemiya əleyhinə xidmət göstərilməsi əks etdirilib.
Naxçıvan MSSR-də səhiyyənin nəinki müvəffəqiyyət-
ləri, habelə onun ayrı-ayrı hissələrində, müxtəlif mərhələlərdə
mövcud olan nöqsanlar və onların aradan qaldırılması yolları
göstərilib.
6
Səhiyyə xidmətində görülən böyük, müsbət irəliləyiş
respublikada bərpa və xalq təsərrüfatının və mədəniyyətin
inkişafının ayrı-ayrı mərhələlərinin fonunda işıqlandırılıb.
Vaxtı ilə Çar Rusiyasının geridə qalmış ucqarlarından
biri olan, səfalət və əsarətin hökm sürdüyü Naxçıvan ölkəsi
tarixən qısa müddətdə böyük inkişaf yolu keçərək indi Şərqin
qapısında mayaq kimi bir respublikaya çevrilib.
Sovet hakimiyyəti illərində respublikanın
iqtisadiyyatında, məişətində və mədəniyyətində köklü
dəyişiklik oldu, hərtərəfli xalq kadrları yetişdi. Respblikada
xalq səhiyyəsinin inkişafında da böyük nailiyyətlər əldə edildi.
Xalqın maddi və mədəni səviyyəsinin yüksəlməsi, əmək
və məişət şəraitinin yaxşılaşması, geniş müalicə – profilaktika
müəssisələri şəbəkəsinin yaradılması, zəhmətkeşlərə ixtisaslı
pulsuz yardım göstərilməsi nəticəsində əhalinin sağlamlığının
qorunması işində xeyli nailiyyət əldə edilmişdir. Səhiyyənin
daha da təkmilləşdirilməsi, tibb elminin inkişafı, geniş
sanitariya – sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsi
nəticəsində respublikada xəstəliklər, xüsusilə yoluxucu
xəstəliklər – taun, vəba, təbii çiçək, səpgili yatalaq, malyariya,
sifilis tamamilə ləğv edilmiş, traxoma, qarın yatalağı, difteriya
və başqa yoluxucu xəstəliklərin sayı xeyli azalmışdır.
Fərəhli haldır ki, 1999-cu ildə Naxçıvan MR-in
səhiyyə nazirliyi, Naxçıvan Respublikasının 75-illiyi ilə
əlaqədar olaraq, kollegiya iclasında Naxçıvan səhiyyə tarixinin
yazılması haqqında məsələ müzakirə etmiş və bu haqda kitab
yazılmasını nazirin müavini Tofiq Cəfərova tapşırmışdı. Onun
tərəfindən az vaxt içərisində yazılan «Naxçıvan Muxtar
respublikasında səhiyyənin inkişafı» adlı kitabda Naxçıvan
səhiyyəsi haqqında çox maraqlı və qiymətli məlumatlar vardır.
Kitabda səhiyyədə işləyən tibb kollektivinin əməyi daha geniş
yer tutur.
Onu da qeyd etmək yerinə düşərdi ki, tərəfimizdən 3 il
aspirantura müddətində (1961-1964) yazılan və müdafiə
olunan «Naxçıvan MSSR-də səhiyyənin inkişafı» (1828-1966-
cı illər) adlı dissertasiyanın 25-dən çox fraqmentləri 1962-
1972-ci illərdə nəşriyyatda, ayrı-ayrı jurnallarda, elmi-tədqiqat
institutlarının əsərlərində dərc olunmuşdur. T.Cəfərovun
7
yazdığı kitabda bu fraqmentlərin əksərindən geniş istifadə
olunmuşdur. Bunu nəzərə alaraq oxuculardan xahiş olunur ki,
bu monoqrafiyada cümlələrin, cədvəllərin, rəqəmlərin üst-üstə
düşməsinə, təkrarlanmasına rast gələndə heç də
təəccüblənməsinlər.
Bu monoqrafiya hər şeydən əvvəl tarixi əhəmiyyət kəsb
edir. Burada Naxçıvanın sovetləşməsinin ilk illərində, bərpa,
quruculuq və müharibənin ağır, acılı illərində səhiyyənin tarixi
və mərhələli inkişafı ilə bərabər respublikanın tibb
kollektivinin, xüsusən səhiyyə təşkilatçılarının fədakar əməyi,
əzmlə və səylə işə can yandırmaları da göstərilib. Onların
səhiyyənin bazasının möhkəmləndirilməsinə,
əhalinin
sağlamlaşdırılmasına, sanitar-sağlamlaşdırıcı
tədbirlərin
vaxtında həyata keçirilməsinə sərf etdikləri səmərəli əməyi,
göstərdikləri xidməti işıqlandırmağa cəhd etmişik.
Nə qədər buna nail olmuşuq, onu oxucuların
mülahizəsinə veririk.
8