II FƏSIL.
SOVET HAKIMIYYƏTI ILLƏRINDƏ
NAXÇIVAN MSSR-də SƏHIYYƏNIN
INKIŞAFI
1. Naxçıvanda Sovet hakimiyyəti qurulan illərdə
bərpa, sənayeləşmə, kənd təsərrüfatının
kollektivləşməsi dövründə səhiyyə
(1920 – 1932-ci illər)
1920-ci il iyulun 28-də Naxçıvan zəhmətkeşləri Qızıl
Ordunun köməyi ilə müdaxiləçiləri devirdilər və Sovet
hakimiyyətini qurdular. Dörd il keçdikdən sonra (9 fevral
1924-cü il) Azərbaycan SSR-nin tərkibində Naxçıvan MSSR-i
yaradıldı. Naxçıvanda Sovet hakimiyyətinin qələbəsi Naxçıvan
zəhmətkeşlərinin tarixi müqəddəratında əsaslı dönüş yaratdı.
Beləliklə də ölkənin iqtisadi və mədəni inkişafı üçün geniş
imkanlar açıldı. Bunun nəticəsində respublikada səhiyyə işləri
yenidən quruldu və inkişaf etdi, əhaliyə tibbi yardım
göstərilməsi yaxşılaşdırıldı.
1920-ci il oktyabrın 10-da Naxçıvan inqilab komitəsinin
dekreti ilə ölkədə ilk səhiyyə şöbəsi yaradıldı. Bu ağır illərdə
əhaliyə tibbi yardımın təşkili və səhiyyənin inkişaf etdirilməsi
işi Naxçıvanda inqilabi hərəkatın iştirakçısı olan Əli Abbas
oğlu Abbasova tapşırıldı. Bir neçə aydan sonra səhiyyə şöbəsi
səhiyyə komissarlığına çevrildi. Ə.Abbasov səhiyyə komissarı
təyin edildi.
Ilk günlərdən etibarən sovet səhiyyəsinin prinsipləri
əsasında əhaliyə tibbi yardım göstərilməsi işinə başlandı.
Qeyd etmək lazımdır ki, sovetləşmənin ilk illərində
səhiyyə işini yenidən bərpa etmək əhaliyə tibbi xidməti təşkil
etmək o qədər də tez başa gəlmədi. Bir tərəfdən büdcənin zəif
olması, mərkəzi səhiyyə orqanları, xüsusən Azərbaycan
Səhiyyə komissarlığı ilə əlaqənin tam bərpa edilməməsi,
əvvəllər sayca cüzi də olsa müalicə müəssisələrinin
dağıdılması, olub – qalan tibb işçilərinin hərc-mərcilik
nəticəsində 1918-1920-ci illərdə ölkəni tərk etmələri,
42
xəstəliklərin, xüsusən yoluxucu xəstəliklərin həddindən artıq
artması – bunlar hamısı yenicə təşkil edilmiş səhiyyə şöbəsinin
fəaliyyətinə ciddi maneələr, çətinliklər yaradırdı. Bunlara
baxmayaraq, səhiyyə işinin günü-gündən yaxşılaşdırılması
sahəsində gərgin iş görülürdü.
1920-ci ildə XI Ordunun Qafqaz polkunun hissələri ilə
Naxçıvana gəlmiş və 1967-ci ilə qədər Naxçıvanda işləmiş tibb
bacısı E.F.Uspenskaya öz xatirələrində o illərdə Naxçıvan
əhalisinin vəziyyətini təsvir edirdi: «Biz Naxçıvana gələndə
əhali az idi. Bir çoxu öz əmin-amanlığını qorumaq üçün ev-
eşiyini tərk edərək qaçmışdı. Bizim gəlişimizlə onlar uşaqları
ilə geri dönməyə başladılar. Qaçqınların bir çoxu ölmüşdü,
onlar xüsusən aclıqdan əzab çəkmişdilər. Şəhər dağıdılmışdır
və bərbad hala salınmışdır. Burada Sovet hakimiyyəti bərqərar
olandan sonra camaat çox sevinirdi. Tibb xidməti haqqında
danışmağa dəyməz, o çox zəif idi. Naxçıvanda vur-tut bir ya
iki həkim qalmışdı. Kəndlərdə nə tibb ocağı, nə də tibb
personalı var idi. Ona görə mən və polkun həkimi N.Dmitriyev
çağırışa əsasən rayonlara, kəndlərə gedərək əhaliyə tibbi
kömək göstərirdik».
1
1920-ci ilin axırlarında Bakı ilə əlaqə bərpa olandan
sonra Naxçıvana həkimlər, orta tibb işçiləri və s. gəlməyə
başlayır. Məsələn, 1920-ci ilin avqust ayında Azərbaycan
Inqilab Komitəsinin səhiyyə komissarlığı Naxçıvanda sirayət
edən yoluxucu xəstəliklərlə mübarizə etmək üçün buraya bir
vaqon dərman preparatları göndərir.
2
Naxçıvanda Sovet hakimiyyətinin ilk aylarında şəhər
xəstəxanası bərpa edildi və çarpayıların sayı 20-dək artırıldı,
yeni uşaq evi, ambulatoriya, sanitariya müfəttişliyi təşkil
olundu və aptek açıldı. 01.01.1921-ci ildə bu tibb idarələrində
1 həkim (Abbasov A.A.), 3 feldşer (Qədimov M.,
Allahverdiyev A. və Allahverdiyev M.), 1 sanitar müfəttişi
(Məhərrəmov M.T.), 2 əczaçı (Musayev I. və Qədimov A.),12
xəstəyə qulluq edən, 5 sanitarka və 1 aşbaz
_________________
1
Moskva şəhəri «Feldşer və akuşerka» jurnalı, 1964-cü il, №11,
səh.51.
2
Naxçıvan M.D.A. fond 25, siyahı 2, qovluq 1, səh.15.
43
işləyir.
1
Respublikada tədricən səhiyyənin şəbəkəsi və tibb
işçilərinin sayı artmağa başlayır. 1922-ci ildə burada 2
xəstəxana, sanitar müfəttişliyi (komitet), feldşer məntəqələri və
şəhər apteki var idi.
01.01.1922-ci ilə bu müəssisələrdə 4 həkim (A.Abbasov,
Malyuyenko, M.T.Sultanov və F.Kəngərli), 4 feldşer, 1 tibb
bacısı, 1 sanitar müfəttişi (orta tibb işçisi), 4 əczaçı və 32 kiçik
və texniki işçi işləyirdi.
1922-ci ilin ortalarında Respublikada, 2 qəzada səhiyyə
şöbəsi təşkil edilir: Şərurda (S.Q.Antonov), Ordubadda
(Q.Serqeyev). Habelə Naxçıvan
şəhərində
şəhər
ambulatoriyası, uşaq xəstəxanası, islah evi ambulatoriyası, 2
feldşer məntəqəsi (biri Şərur qəzasının Şaxtaxtı kəndində, o
biri Ordubad qəzasının Cənnəb kəndində), Bənəniyar kəndində
olan feldşer məntəqəsi isə Culfaya (Naxçıvan qəzası)
köçürülür.
Get-gedə, hər il tibb müəssisələrinin və tibbi kadrların
sayı artır.
01.01.1923-cü ilə 3 xəstəxana, 2 ambulatoriya, 3 feldşer
məntəqəsi sanitar müfəttişliyi (komitə) şəhər apteki və xüsusi
kənd apteki var idi ki, onlarda da 6 həkim, 6 feldşer, 1 mama, 1
tibb bacısı və 2 əczaçı işləyirdi.
2
Azərbaycan SSR-in tərkibində Naxçıvan Muxtar Sovet
Sosialist Respublikası yaradılandan sonra (9 fevral 1924-cü il)
burada 3 qəza təşkil olundu: Naxçıvan, Ordubad və Şərur
qəzaları. Qəzalar öz növbəsində dairələrə bölündü.
Respublikada dairələrin sayı 12 idi. Onlardan 8 Naxçıvan
qəzasında, 4 isə Şərur qəzasında.
1921-ci il mart ayının 16-da RSFSR və Türkiyə arasında
«Dostluq və qardaşlıq haqqında müqavilə» Naxçıvanda Sovet
hakimiyyətinin möhkəmlənməsinə təkan verdi. Bu müqaviləyə
əsasən Naxçıvan Vilayəti Azərbaycan
SSR-in himayəsi altında Muxtar Respublika kimi qəbul edildi.
________________
1
Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11
2
Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, fond 17, siyahı 2,
qovluq 3, səh.1-27
44
1921-ci ildə Vilayət Inqilab Komitəsinin dekretinə
əsasən Naxçıvan Xalq Komissarlar Soveti yaradıldı və onun
tərkibində Xalq Səhiyyə Komissarlığı təşkil edildi və Əli
Abbas oğlu Abbasov ilk Səhiyyə komissarı təyin edildi. O, bu
vəzifədə 1922-ci ilin fevral ayına kimi işlədi.
Kommunist Partiyası və Sovet hökumətinin qayğısı
nəticəsində sovetləşmənin ilk illərində Naxçıvanın iqtisadi
həyatında müsbət irəliləyiş oldu. Ölkədə duz sənayesi
bütünlüklə bərpa olundu və istehsalat texnikası yaxşılaşdı.
1923-cü ildə Ordubad şəhərində artıq 7 ipəksarıyan
zavod işə salındı. Kəndlilər kənd təsərrüfatında böyük
nailiyyətlər əldə etdilər. 1922-ci ildə respublikada 32 min
desyatin olduğu halda 1923-24-cü illərdə o, müharibə illəri
səviyyəsinə çatdı və 55 desyatin oldu. Bu illərdə pambıqçılıq
və pambıq məhsulu 1913-cü ilə nisbətən 5 dəfə genişləndi.
Naxçıvan MSSR-i Xalq Komissarlar Soveti xalq təsərrüfatının
bərpası, kənd təsərrüfatının yaxşılaşdırılması, sosialist
quruluşunun genişləndirilməsi ilə yanaşı əhalinin mədəni
səviyyəsinin qaldırılmasına və əmin-amanlığın yaxşılaşmasına,
savadsızlığın ləğv edilməsinə, habelə kəndlilərə və fəhlələrə
pulsuz tibbi yardım göstərilməsini təşkil etmək məsələsinə
ciddi fikir verirdi.
1913-cü ildə ölkədə cəmi 13 məktəb var idi ki, bunlarda
da 2000-ə yaxın adam təhsil alırdı.
1920/21-ci təhsil illərində burada 45 məktəb olduğu
halda 1923/24 tədris illərində məktəblərin sayı 63-ə,
müəllimlərin sayı 80-ə, şagirdlərin sayı 4146-ya, o cümlədən
qızların sayı 910-a çatmışdır.
1922-ci ildə savadsızlığı ləğv etmək üçün xüsusi qadın
pedaqoji kurslar və bir çox dərnəklər açılır. Bununla belə
sovetləşmənin ilk illərində əldə edilən nailiyyətlərə
baxmayaraq hələ də ölkənin xalq təsərrüfatında kəskin
nöqsanlar var idi.
Bu haqda Naxçıvan SSR-i Xalq Komissarlar Sovetinin
sədri H.Sultanov 1927-ci ildə yazırdı ki, «Naxçıvan ölkəsində
olan müəssisələrin fəaliyyətini
45
qənaətbəxş hesab etmək olmaz»
1
.
Naxçıvan ölkəsində zəhmətkeşlərə tibbi xidməti
yaxşılaşdırmaq məqsədilə 1923-cü ildə Azərbaycan SSRi
M.I.K. və Xalq Komissarları Soveti qərara alır ki, feldşer
məntəqələri və malyariya stansiyaları üçün avadanlıq və
ləvazimat almaqdan ötrü yığılan ərzaq rüsumu hesabına 10%
həcmində vəsait ayrılsın.
2
1923-cü ildə Naxçıvan şəhərində sığortalananlar üçün
ambulatoriya, malyariya ambulatoriyası, Ordubad qəzasında
həkim məntəqəsi, Şərur qəzasının Başnoraşen kəndində feldşer
məntəqəsi, Cəhri kəndində (Naxçıvan qəzası) feldşer
məntəqəsi açılır.
Beləliklə 01.01.1924-cü ilə Respublikada 1 xəstəxana
(xəstəxanaların sayının azalması ondan irəli gəlmişdir ki, Şərur
qəzasında xəstəxana üçün münasib bina olmadığına görə
xəstəxananın əvəzində malyariya stansiyası açılır, Naxçıvan
şəhərində isə uşaq xəstəxanası şəhər xəstəxanası ilə
birləşdirilərək orada uşaq şöbəsi kimi fəaliyyət göstərir), 4
ambulatoriya, 1 həkim məntəqəsi, 4 feldşer məntəqəsi, 1
malyariya stansiyası, 1 malyariya ambulatoriyası, sanitar
müfəttişliyi (komitet), 2 aptek (onlardan biri şəhər
xəstəxanasında) fəaliyyət göstərir. Bu müəssisələrdə 4 həkim,
1 diş həkimi, 8 feldşer, 2 feldşer-mama, 1 tibb bacısı və 3
əczaçı işləyirdi.
3
Kənd yerlərində stasionar çarpayıları olmadığına görə
kənd əhalisinə şəhər xəstəxanasında tibbi yardım göstərilirdi.
Kənd yerlərində xəstəxana üçün müvafiq bina olmadığına görə
orada xəstəxana açmaq mümkün olmurdu.
1924-cü ildə Ordubad həkim məntəqəsi ambulatoriyaya
çevrilir. Kənd yerlərində 3 feldşer məntəqəsi, Ordubad
şəhərində isə şəhər apteki açılır.
Beləliklə 1925-ci ilə respublikada aşağıdakı tibb
şəbəkəsi və kadrlar var idi: 35 çarpayılıq Naxçıvan şəhər
________________
1
H.Sultanov «Naxçıvan ölkəsi və onun iqtisadiyyatı», Bakı, 1927-ci
il, səh.60.
2
Naxçıvan M.D.A. fond 17, siyahı 2, qovluq 1, səh.11.
3
Naxçıvan MSSR MDA, fond 17, siyahı 1-2, qovluq 155, səh.6-7
46
xəstəxanası – uşaq şöbəsi ilə birlikdə, 5 ambulatoriya, 1
malyariya stansiyası, 2 çevik (uçan) malyariya dəstəsi, 1
sanitar müfəttişliyi (komitə), 7 feldşer məntəqəsi, 3 aptek
(onlardan biri xəstəxananın nəzdində).
Onlarda 8 həkim, 2 diş həkimi, 13 feldşer, 2 feldşer-
mama, 2 tibb bacısı və 3 əczaçı işləyirdi.
1935-ci ildən başlayaraq büdcənin genişlənməsi və kənd
iqtisadiyyatında irəliləyiş imkan verdi ki, respublikada
əhalinin sağlamlığı üçün geniş tədbirlər həyata keçirilsin və
müalicə-profilaktika müəssisələri genişləndirilsin. Buna
baxmayaraq səhiyyənin vəziyyəti əhalinin ona olan ehtiyacını
kifayət qədər ödəmirdi.
Naxçıvan MSSR Xalq Komissarlar Sovetinin sədri
1926-cı ildə öz məruzəsində səhiyyənin vəziyyətinə toxunaraq
qeyd edir ki: - «1925-ci ilə qədər respublikada əhalinin
sağlamlığı üçün az iş görülüb. Belə vəziyyət hökumət
qarşısında məsələ qoyur ki, ümumi sanitar vəziyyətin
yaxşılaşdırılması, müalicə müəssisələrinin genişləndirilməsi və
onun kənd yerlərinə yaxınlaşdırılması üçün tədbirlər həyata
keçirilsin».
1
Naxçıvan MSSR Xalq Səhiyyə komissarı Məmməd
Ismayıl (Baba) Allahverdi oğlu Qədimov 4 oktyabr 1925-ci
ildə Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığının kollegiya
iclasında Naxçıvan respublikasında səhiyyənin vəziyyətini
ətraflı təhlil edir. O, göstərir ki, 1923-cü ildə bütün müalicə
müəssisələrinə 4000 gəliş olmuşdur, 1924-cü ildə isə
malyariya stansiyaları da daxil olmaqla 130000 gəliş
olmuşdur. O, qeyd edir ki, malyariya ölkə əhalisinin əsas
qənimi və bəlasıdır. Şərurda əhali az qala 100%, Naxçıvan
qəzasında 50-70%, Ordubadın cənub hissəsində 12%
malyariya xəstəliyinə tutulmuşdur. Statistik rəqəmlərdən aydın
olur ki, əhalinin 12%-i sifilis xəstəliyi ilə, 30%-i göz xəstəliyi
ilə, traxoma ilə xəstələnir. Daha sonra o, qeyd edir ki,
mamaların çatışmaması üzündən ara mamalarla mübarizə
aparmaq çətindir. Sanitar maarif işi həkim
_________________
1
Xalq Komissarlar Sovetinin sədri Həmid Sultanovun 1925-ci ildə
Naxçıvanın fəaliyyəti haqqındakı məruzəsi. Irəvan şəhəri, 1926-cı il,
səh.25.
47
olmadığından zəif aparılır.
1
1925-ci il oktyabr ayının axırında
Naxçıvanda səhiyyə işinin vəziyyəti ilə şəxsən tanış olmaq və
ona kömək etmək məqsədilə Azərbaycan SSR Xalq Səhiyyə
komissarı Mövsüm Nəcməddin oğlu Qədirli Naxçıvana gəlir.
O, vəziyyətlə tanış olduqdan sonra 1 noyabr 1925-ci ildə
Naxçıvan MSSR həkimlərinin birinci qurultayı çağırılır.
Qurultay Naxçıvan respublikasında səhiyyənin vəziyyətini
yaxşılaşdırmaq tədbirləri haqqında qərar qəbul edir.
2
Qurultay
səhiyyə işində olan nöqsanları açıb göstərir və onların
gələcəkdə aradan qaldırılması yollarını göstərir. Qurultay
respublikada səhiyyə işinin yaxşılaşmasında böyük rol
oynamışdır.
M.N.Qədirli Naxçıvandan gedəndən beş gün sonra (5
noyabr) L.P.Solovyev adına Azərbaycan Qırmızı Aypara
Cəmiyyətinin həkim sanitar dəstəsi Naxçıvana gəlir. Dəstənin
tərkibində – onun müdiri həkim Krasnovski, feldşer
Boltuşkina, tibb bacısı Buxarina – Makarova və sanitarka
Ilina
3
olur. Dəstə Şərur kənd əhalisinə kömək göstərir. Bundan
başqa Bakıdan 1925-ci ildə respublikanın tibb müəssisələri
üçün çoxlu tibb avadanlığı, çarpayılar, laboratoriya ləvazimatı
və s. göndərilir.
Müalicə profilaktika müəssisələrinin binaları sanitar–
gigienik tələblərə cavab vermədiyinə görə 1925-ci ildə
respublikanın hökuməti tərəfindən bir sıra tədbirlər həyata
keçirilir. Belə ki, Naxçıvan şəhər xəstəxanasının binası
yenidən tikilərək 150 çarpayılıq üçün hazırlanır, uşaq
məsləhətxanasının binası əsaslı təmir edilir. Habelə Ordubadda
şəhər ambulatoriyası və xəstəxana binaları, Şərurda
Başnoraşen həkim məntəqəsi, Başnoraşen malyariya
stansiyasının, Ordubad qəzasının kənd həkim məntəqəsinin
yerləşdiyi binalar təmir olunur. Bundan başqa yeni tikintilərə
və başqa müalicə idarələrinin
________________
1
Naxçıvan M.D.A. fond 17, siyahı 1-2, qovluq 3, səh.18.
2
Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, siyahı 2, fond 17,
qovluq 9, səh.33.
3
Naxçıvan MSSR Səhiyyə nazirliyinin arxivi, siyahı 2, fond 17,
qovluq 9, səh.35.
48
təmirinə başlanılır.
1
Bu məqsədlə Azərbaycan SSR sosial
sığorta tərəfindən 40000 manat pul buraxılır və bu işlərə
xərclənir.
Elə bu ildə uşaqların səhhətinin mühafizəsi və sığorta
olunanlara tibbi yardım göstərilməsi işinə də diqqət artırılır.
1925-ci ildə müalicə şəbəkəsi xeyli artır. Ölkə
xəstəxanası 35 çarpayıdan 50 çarpayıyadək genişləndirilir.
Naxçıvan şəhərində 30 çarpayılıq zöhrəvi dispanser, diş
ambulatoriyası, sığorta olunanlar üçün həkim ambulatoriyası,
uşaq evi nəzdində ambulatoriya, iki feldşer ambulatoriyası,
uşaq məsləhətxanası (süd mətbəxi ilə) açılır. Bundan başqa
daimi həkim komissiyası və kimyəvi – bakterioloji
laboratoriya təşkil olunur.
Şərur qəzasında Başnoraşen həkim məntəqəsi və
Yengicə kəndində aptek açılır.
Ordubad qəzasında Ordubad şəhər xəstəxanası (10
çarpayı) və şəhər ambulatoriyası genişləndirilir, bundan başqa
2 feldşer məntəqəsi (Culfada və Çənnəbdə) həkim məntəqəsinə
çevrilir.
2
Beləliklə 1925-ci ildə respublikada tibbi şəbəkə xeyli
artır: - 60 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq zöhrəvi
dispanser, ambulatoriya, malyariya stansiyası, uşaq
məsləhətxanası (süd mətbəxi ilə), kimyəvi – bakterioloji
laboratoriya, Respublika Xalq Səhiyyə Komissarlığında sanitar
– epidemiologiya ş.bəsi, Qırmızı Ayparanın həkim sanitar
dəstəsi 4 həkim və 4 feldşer məntəqəsi, 4 aptek (onlardan biri
xəstəxanada) fəaliyyət göstərirdi. Bu müəssisələrdə cəmi 22
həkim (onlardan biri diş həkimi), 36 orta tibb işçiləri və 10
əczaçı işləyirdi.
3
1920-25-ci illərdə respublikada səhiyyə
müəssisələrinin və kadrlarının sayı haqqında məlumat əyani
olaraq 8-ci cədvəldə göstərilib.
1923-cü ildə xəstəxanaların sayının 3-dən 1-ə enməsi
___________________
1
Naxçıvan MSSR. M.D.A. fond 17, siyahı 1-2, qovluq 155, səh.8.
2
Naxçıvan MSSR. M.D.A.fond 17, siyahı 1-2, qovluq 155, səh.1-10.
3
Yenə orada, siyahı 2, qovluq 10, səh.1.
Şərurda xəstəxana üçün münasib bina olmadığına görə
xəstəxana əvəzinə malyariya stansiyası açılır, Naxçıvan
49
şəhərində olan uşaq xəstəxanası isə şəhər xəstəxanasına uşaq
şöbəsi kimi birləşdirilir.
1924-cü ildə (avqust ayı) Naxçıvan şəhər malyariya
komitəsi yaradılır ki, onun da nəzdində 2 «uçan» malyariya
dəstəsi: biri Şərurda, o biri Naxçıvan qəzasında fəaliyyət
göstərir.
Bundan başqa malyariya xəstəliyinə qarşı mübarizəni
gücləndirmək məqsədilə Azərbaycan SSR-i Qırmızı Aypara
Cəmiyyəti tərəfindən həkim-sanitar dəstəsi 1925-ci ildə (1
həkim, 1 feldşer və 1 sanitarka) kənd əhalisinə kömək etmək
üçün Şərura göndərilir.
Sanitar müfəttişliyi (komitə) Səhiyyə Komissarlığının
aparatında təşkil edilir.
1926-cı ilin fevral ayında Naxçıvan Mərkəzi Icrayyə
Komitəsinin qərarına əsasən respublikanın Xalq Səhiyyə
Komissarlığında aşağıdakı tərkibdə kollegiya yaradılır:
I.A.Qədimov – Xalq Səhiyyə komissarı, Mudrıx V. – Xalq
Səhiyyə komissarının müavini, Marqulis Y. – X.S.K-nın
nəzdində sanitar epidemioloji şöbənin müdiri, M.Məhərrəmov
– yerli komitənin sədri, R.Əhmədov – Naxçıvan M.I.K.
nümayəndəsi (kəndlilər tərəfindən).
1
1926-cı ilin şəbəkəsinə əlavə olaraq Şahbuz kəndində
feldşer məntəqəsi açılır və Vənənd feldşer məntəqəsi həkim
məntəqəsinə çevrilir.
Naxçıvan şəhər ambulatoriyası genişlənir və mərkəzi
ambulatoriyaya çevrilir. Onun nəzdində: göz, cərrahi,
terapevtik, dəri-zöhrəvi, ginekoloji, diş kabinələri, diş texniki
laboratoriya təşkil edilir. Bu kabinələr mütəxəssis həkimlərlə
təmin edilir.
Ölkə xəstəxanasında çarpayıların sayı 100-ə çatdırılır.
Burada – terapevtik, cərrahi, mama – ginekoloji, göz və burun-
qulaq-boğaz şöbələri yaradılır.
1927-ci ildə respublikada səhiyyə şəbəkəsinin vəziyyəti
belə idi: - 115 çarpayılıq 2 xəstəxana, 30 çarpayılıq
________________
1
Naxçıvan MSSR – M.D.A. fond 17, siyahı 2, qovluq 10, səh.26.
8-ci cədvəl
50
1920-1925-ci illərdə Naxçıvan respublikasında səhiyyə
müəssisələrinin və kadrlarının sayı haqqında məlumat
I l l ə r
Müəssisələrin adı
1920 1921 1922 1923 1924 1925
Şəhər xəstəxanası
1
(20ç)
1 3 1 1
2
(60ç)
Ambulatoriya
1 1 2 3 4 8
Uşaq evi
1
(20ç)
- - - - -
Dəri-zöhrəvi
dispanseri
- - - - -
1
(30ç)
Malyariya
ambulatoriyası
- - - 1 1 1
Malyariya
stansiyası
- - - 1 1 1
Uşaq xəstəxanası - 1 1 - - -
Uşaq məsləhət-
xanası
- - - - - 1
Həkim məntəqəsi - - - 1 1 4
Feldşer məntəqəsi - 2 3 4 7 4
Sanitar
müvəkkilliyi
(komitə (1925-ci il-
dən sanit. epid
şöbə)
1 1 1 1 1 1
Bakterioloji
laboratoriya
- - - - - 1
Aptek
1 1 2 2 3 4
Həkimlər
1 4 6 4 8 21
Diş həkimi
- - - 1 2 1
Orta tibb işçiləri 3
4
8
11
17
36
Əczaçılar
2 4 2 3 3 10
zöhrəvi dispanser, 10 çarpayılıq malyariya stansiyası, 7
ambulatoriya (onlardan biri mərkəzi ambulatoriya bütün
ixtisaslı kabinələrlə), uşaq məsləhətxanası, bakterioloji
laboratoriya, 4 həkim məntəqəsi, 2 səhiyyə məntəqəsi, 4
51
feldşer məntəqəsi, 4 aptek (onlardan biri xəstəxana nəzdində)
əhaliyə tibbi xidmət göstərirdi.
1
Bu müəssisələrdə 22 həkim, 2 diş həkimi, 1 diş texniki,
18 feldşer, 15 tibb bacısı, 8 mama, 9 əczaçı və 87 kiçik və
texniki personal işləyirdi.
Naxçıvan MSSR Xalq Səhiyyə komissarının müavini
Mudrıx Vladimirin məruzəsindən görünür ki, 01.10.1924-cü
ildən 01.10.1925-ci ilə qədər olan müddətdə respublikada
əhaliyə göstərilən müalicə profilaktika köməyinin həcmi
artmışdır.
9-cu cədvəl
Naxçıvan MSSR-də əhalinin tibbi köməyə görə
etdiyi müraciətlərin və gəlişlərin sayı
Əhalinin
sayı
Müraciətlə-rin
sayı
Gəlişlərin sayı
Naxçıvan qəzası
şəhərlə birlikdə
49000 23543 53766
Şərur qəzası 29500
9765
64103
x)
Ordubad qəzası 21500
15953
34950
Respublika üzrə cəmi: 100000 49261 152819
x)
kimyəvi-profilaktika da daxil olmaqla (10653)
Cədvəldən göründüyü kimi orta hesabla ildə əhalinin
1000 nəfərinə 492,6 müraciət və 1528,2 gəliş düşür.
1925-ci ildə müalicə-profilaktika müəssisələrində
əhalinin 1000 nəfərinə düşən müraciətlərin sayı 1923-cü ilə
nisbətən 3,5 dəfə artmışdır.
1926-cı ilin başlanğıcında respublikanın müalicə-
profilaktika şəbəkəsi 3 rayon səhiyyə şöbəsinə tabe idi –
Naxçıvan (Culfa da daxil olmaqla), Şərur və Ordubad. Bunlar
da öz növbəsində Naxçıvan MSSR-i Səhiyyə Komissarlığına
tabe idi. Səhiyyə şöbə müdirləri: -
Nərimanov M. (Şərur), Abramov (Ordubad) və
__________________
52
1
Naxçıvan MSSR – M.D.A. fond 27, siyahı 2, qovluq 28, səh.124 və
yenə orada qovluq 27, səh.100
53
Petrovskaya (Naxçıvan).
1
01.01.1931-ci ildə xəstəxanaların və dispanserlərin sayı
4, onlarda çarpayıların sayı 180 olmuşdur. Tibb işçilərinin
sayı: - həkimlər-35 nəfər (onlardan 3-ü diş həkimi), orta tibb
işçiləri – 56 nəfər və əczaçılar 5 nəfər olmuşdur.
2
1931-ci ilin aprel ayında Naxçıvan MSSR-nin ərazisində
təbii fəlakət – zəlzələ baş verir. Nəticədə xalq təsərrüfatına
böyük ziyan dəyir. Tibb müəssisələri yerləşən binaların çoxu
dağılır. Zəlzələ vaxtı xeyli adam ölür və yaralanır.
Naxçıvan MSSR-i hökuməti Naxçıvan M.I.K.-də
fövqəladə bərpa komissiyası təşkil edir ki, Səhiyyə Xalq
komissarı da bura daxil olur. Bu vaxt bütün güc zəlzələdən
zərər çəkənlərə tibbi xidmət göstərməyə səfərbər edilir. Bu
işdə respublika Qırmızı Aypara Cəmiyyəti böyük kömək
göstərir. Zərər çəkənlərə kömək göstərmək üçün tibb dəstələri,
habelə yemək məntəqələri, uşaq yasliləri və s. təşkil olunur.
Həmin il zəlzələ fondu hesabına xəstəxanaların,
yaslilərin və s. tikilməsinə başlanılır.
1932-ci ildə isə Şərur rayonunda xəstəxananın tikintisinə
başlanılır.
* * *
Ana və uşaqların sağlamlığı qayğısına qalmaq başlıca
vəzifələrdən biri olub.
Naxçıvanda Sovet hökumətinin yarandığı ilk aylarından
Inqilab Komitəsi Naxçıvanın tarixində ilk dəfə ana və
uşaqların sağlamlığının mühafizəsi üçün tibb ocaqları yaratdı.
Belə ki, 1920-ci ildə Naxçıvan şəhərində uşaq evi açılır. Bir
ildən sonra o, uşaq xəstəxanasına və
_______________
1
Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 2, qovluq 10, səh.26.
2
Naxçıvan MSSR Xalq Səhiyyə Komissarlığının arxivi, fond 17,
siyahı 2, qovluq 44, səh.17.
54
sonralar şəhər xəstəxanasının şöbəsinə çevrilir.
Ilbə-il tibb müəssisələrinin sayı artırdı, onların yeni
aparatlarla təchizi yaxşılaşırdı. Tibb kadrlarının sayı da get-
gedə artırdı, stasionar xidmətin xeyli artması da nəzərə
çarpırdı.
Əgər 1924-25-ci illərdə respublika xəstəxanasına 642
nəfər daxil olmuşdursa, 1928-29-cu illərdə 2782 xəstə daxil
olmuşdur.
1
O illərdə səhiyyənin büdcəsi də hər il artırdı. Əgər 1924-
25-ci illərdə səhiyyə xərclərinə 77883 manat buraxılmışdırsa
bu rəqəm 1926-27-ci illərdə 278072 manat və ya 1924-25-ci
illərə nisbətən 3,5 dəfə artıq olmuşdur.
2
1930-cu ildə respublikada tibb müəssisələrinin tikintisi
yeni inkişaf tapdı. Bunu Naxçıvan Xalq Komissarlar Sovetinin
8 may 1930-cu il qərarından görmək olar. Qərarda göstərilir:
Naxçıvan Xalq Səhiyyə naziri Ordubad rayonunun Bist
kəndində 4 çarpayılıq həkim məntəqəsinin, Naxçıvan
respublikasının başqa dağ ətrafı hissəsində 6 çarpayılıq həkim
məntəqəsinin, Naxçıvan respublikasının dağlıq hissəsində yerli
əhəmiyyət kəsb edən 80 çarpayılıq istirahət evinin tikilməsi
üçün Azərbaycan SSR Xalq Səhiyyə naziri ilə müqavilə
bağlasın.
3
1930-cu ildə Naxçıvan mərkəzi şəhər ambulatoriyası
genişləndirilərək şəhər poliklinikasına,uşaq məsləhətxanasının
nəzdində olan qadın kabinəsi – qadın məsləhətxanasına
çevrilir.
Elə bu il sanitar maarif evi təşkil edilir, səhiyyə
məntəqələrinin sayı 6-ya apteklərin sayı 6-ya (onlardan 3-ü
müalicə müəssisəsində) çatdırılır.
1925-ci ilin əvvəlində Naxçıvan şəhərində uşaq
məsləhətxanası (süd mətbəxi ilə birlikdə) təşkil edilir. 1929-cu
ildə Ordubad şəhərində
uşaq məsləhətxanası (süd
__________________
1
Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 1-2, qovluq 155, səh.5.
2
H.Sultanov «Naxçıvan ölkəsi və onun iqtisadiyyatı». Bakı, 1927,
səh.54.
3
Naxçıvan MSSR M.D.A. fond 17, siyahı 1-2, qovluq 74, səh.17-19
55
mətbəxi ilə birlikdə) açılır, Naxçıvan şəhər uşaq
məsləhətxanasında isə qadın kabinəsi açılır ki, o 1930-cu ildə
qadın məsləhətxanasına çevrilir.
* * *
Naxçıvan Inqilab Komitəsi ölkədə Sovet hakimiyyətinin
qurulmasının ilk günlərindən yaşayış yerlərinin sanitar
vəziyyətinə və epidemiya əleyhinə aid tədbirlərin qaydaya
salınmasına böyük diqqət verirdi. Artıq özünün ikinci ayında
Naxçıvan Inqilab Komitəsi «Naxçıvan şəhərində sanitar
vəziyyətin qaydaya salınması haqqında» ilk qərarını verir.
Qərarda göstərilir ki, qaçqınlar geri qayıdandan sonra
Fövqəladə Komitə tərəfindən qaçqınlardan ibarət xüsusi fəhlə
dəstələri yaradılsın. Səhiyyə şöbəsinin müdiri və milis rəisinin
nəzarəti altında şəhərdə təmizlik işi aparılsın və şəhərin tələb
olunan yerlərində ayaqyolları qazılsın.
1
Naxçıvan Inqilab Komitəsinin növbəti qərarı 1921-ci
ilin iyul ayında «kəskin yoluxucu xəstəliyin (vəba) baş
verməməsi üçün xəbərdarlıq edici tədbirlərin həyata
keçirilməsi haqqında» imzalanmışdı. Bu qərar xəstəliyin qonşu
ölkələrdən gətirilməsinin qarşısını almaqla səhiyyə orqanlarına
böyük kömək etdi. Qərarda həmçinin göstərilirdi ki, Naxçıvan
ölkəsinə xəstəliyin gətirilməsinin qarşısını almaq üçün
aşağıdakı tədbirlər görülsün: vəbaya şübhəli olan bütün
xəstələr dəmir yolu xəttində stansiyada yoxlanılsın; vəbalı
xəstələr izolə (təcrid) edilsin, xlorlu əhəng hazırlansın,
stansiyada daimi qaynanmış su olsun, kal meyvələrin qəbulu
qadağan edilsin, qaçqınların vəziyyəti yaxşılaşdırılsın.
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının 1926-
cı ilə aid hesabatında göstərilir ki, respublikanın kəndlərində
həyat tərzi və məişəti sanki bilə-bilə sanitar – gigiyenik
tələbata cavab verməmək üçün yaranıb.
__________________
1
Naxçıvan MSSR M.K.A. fond 17, siyahı 3, qovluq 1, səh.8.
56
Hesabatda daha sonra göstərilir: bizim kəndlər
ağılasığmaz dərəcədə natəmizdir ki, elə bil yeganə yolu budur
ki, onları söküb yenidən tikəsən.
1
1920-ci ildə Səhiyyə şöbəsinin nəzdində sanitar həkim
müfəttişi vəzifəsi təsdiq edilir.
Bir müddət bu vəzifəni həkim olmadığına görə feldşer
(Məhərrəmov M.T.) əvəz edir. Bir ildən sonra o vəzifənin
yerinə sanitar müfəttişlik (komitə), 1922-ci ilin oktyabr
ayından isə Səhiyyə şöbəsində həkimlərdən ibarət sanitar üçlük
(Sultanov M.P., Dmitriyev I.I. və Boqdanov N.) təşkil edilir.
Üçlüyə Naxçıvan şəhərində sanitar epidemioloji vəziyyətə
nəzarət etmək tapşırılır. Onlara cərimə etmək ixtiyarı verilir.
1925-ci ildə Xalq Səhiyyə Komissarlığı nəzdində sanitar
epidemioloji şöbə yaradılır. Burada iki sanitar müfəttiş –
həkim köməkçi ilə işləyir. Həkimlərdən biri Naxçıvan
qəzasında, o biri Ordubad qəzasında sanitar işlərlə məşğul olur.
1926-cı ildə Culfada karantin məntəqəsi yenidən bərpa
edilir. Artıq 1927-ci ildən respublikanın bütün rayonlarında
sanitar – epidemioloji şöbələrin özünün sanitar müfəttişləri
(həkim və onun köməkçisi) olur.
Naxçıvan MSSR-də Sovet hakimiyyəti qurulan zaman
dəqiq statistik məlumatlar olmadığından yoluxucu xəstəliklər
haqqında fikir söyləmək çətin olur. Lakin bir sıra
materiallardan aydın olur ki, o zamanlar əhali bir çox xəstəliklə
– malyariya, vərəm, traxoma, dəri-zöhrəvi, dizenteriya, yatalaq
və s. müraciət edirdi.
Naxçıvan Xalq Səhiyyə Komissarlığının əmr kitabında
qeyd olunub ki, 1923-cü ilin mart ayında Naxçıvan qəzasının
Əbrəqunus kəndində təbii çiçək xəstəliyi baş verib. Bununla
əlaqədar olaraq Səhiyyə Komissarlığı öz gücünü xəstəliklə
mübarizəyə səfərbər edir.
Malyariya Naxçıvanın əsas epidemik xəstəliyi olmuşdur.
Respublikanın Xalq Səhiyyə Komissarlığı yarandığı gündən
malyariya xəstəliyi ilə ciddi mübarizə
___________________
1
Anserov N.I. Birinci Azərbaycan tibb cəmiyyətinin əsərləri, Bakı,
1936-cı il, səh.456.
aparmışdır. Onunla mübarizə planlı surətdə dövlət miqyasında
aparılmağa başlanmışdır. Malyariya ilə mübarizəyə bütün
57
müalicə – profilaktika şəbəkəsi, xüsusi malyariya stansiyaları,
ambulatoriyaları, məntəqələri, habelə təsərrüfat təşkilatları və
əhalinin fəalları cəlb edilmişdir.
1923-cü ildə Naxçıvan ölkəsində ilk dəfə malyariya
əleyhinə müəssisələr təşkil edilir: - Naxçıvan şəhərində
malyariya ambulatoriyası (o, 1929-cu ildə malyariya
stansiyasına çevrilir) və Başnoraşen kəndində malyariya
stansiyası açılır.
Bütün maraqlı idarələri malyariya ilə mübarizəyə cəlb
etmək üçün 1924-cü ildə Naxçıvan Xalq Səhiyyə
Komissarlığının tabeliyində malyariya komitəsi, onun
nəzdində iki çevik (uçan) malyariya dəstəsi (biri Başnoraşen
kəndində, o biri Naxçıvan şəhərində) təşkil edilir. Komitə
malyariya əleyhinə tədbirlərin həyata keçirilməsində əhalinin
müayinə olunmasında böyük işlər həyata keçirir.
Azərbaycan SSR-i Xalq Səhiyyə Komissarlığı
rayonlarda malyariya xəstəliyinin yayılmasını öyrənmək üçün
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığına daima əməli
köməklik göstərirdi. Belə ki, 1924-cü ildən 1926-cı ilə kimi
Azərbaycandan mütəmadi olaraq ekspedisiya dəstələri
göndərilib. Bu dəstələr Şərur rayonunun 43 kəndində 21621
nəfər əhalinin 16536 nəfərini və ya 3/4-nü yoxlamadan
keçirirlər.
Sonralar malyariya xəstəliyinə qarşı mübarizə daha da
gücləndirilir. Professor Ş.Həsənovun məlumatına görə 1925-
1928-ci illərdə xəstələrin sayı və onların tibb müəssisələrinə
müraciəti xeyli artır. Aşağıda əhalinin malyariya stansiyasına
və ambulatoriyasına müraciəti göstərilib.
1
________________
1
Ş.Həsənov. Azərbaycan SSR-də malyariya (statistik hesabat).
Azərbaycan tibb jurnalı, 1930-cu il, №1-3.
58
10-cu cədvəl
Naxçıvan MSSR-i əhalisinin malyariya müəssisələrinə
müraciət etməsi haqqında məlumat
1925 1926 1927 1928
Mü
əssis
ənin ad
ı
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Bi
ri
nc
il
i
mürac
iə
t
C
əmi
ə
ha
li
Başnoraşen
malyariya
stansiyası
4856 25581 5542 31846 5758 25653 5055 20581
Naxçıvan
malyariya
ambulato-
riyası
2552 14117 2348 22495 2235 22154 2850 18800
Hər iki mal-
yariya mü-
əssisəsində
cəmi
7048 39698 7890 54341 7993 47807 7905 39381
Göründüyü kimi cədvəldə yalnız malyariya
müəssisələrinə müraciət edən xəstələrin sayı göstərilib.
Professor Ş.Həsənov həmin statistik xülasədə göstərir ki,
1928-ci ildə Naxçıvan respublikasının bütün tibb
müəssisələrində 16996 birincili malyariyalı xəstə qeydə alınıb
(o cümlədən şəhərlərdə 4394, kəndlərdə 12602).
Hesabat materialları göstərir ki, Naxçıvan
respublikasında 1926-cı ildə 23490 malyariyalı xəstə, 1927-ci
ildə 18259 xəstə qeydə alınmışdır.
Gəlişlərin sayı hər bir birincili qeyd olunan malyariya
hadisəsi belə olmuşdur: Naxçıvan malyariya stansiyası üzrə
1925-ci ildə – 5,2; 1926-cı ildə – 5,7; 1927-ci ildə – 4,4; 1928-
ci ildə – 4,0; Başnoraşen malyariya stansiyasında həmin illərdə
– 5,5, 9,5 və 9,5 və 6,5 (Azərbaycan SSR-də eyni illərdə – 5-3,
4,7, 5,2 və 4,6). 1928-ci ildə əhalinin 1000 nəfərinə 159, 1929-
cu ildə isə 169 malyariyalı xəstə düşürdü. (Azərbaycan SSR-də
eyni illərdə 122,4 və 135,2 xəstə düşürdü).
59
Naxçıvan MSSR-də malyariya xəstəliyinin yayılma
dərəcəsini öyrənmək üçün 1929-cu il iyun ayında buraya
dosent I.Axundovun rəhbərliyi ilə ekspedisiya gəlir və 4 ay
müddətində Şərur rayonunda müayinə aparır. Ekspedisiya 44
kənddə 4875 nəfəri malyariyaya qarşı müayinədən keçirib.
Nəticədə aydın olub ki, Şərur rayonunda dalaq indeksi (dalağın
böyüməsi) 27,5%, parazitar indeks (parazit gəzdirən) – 6,5%
olmuşdur.
Parazitlərin növünə görə bölünməsi göstərir ki,
malyariyanın forması belə olmuşdur: kvartana (dörd günlük)-
49,7%, tropik malyariya – 45,0%, üçgünlük malyariya – 2,2%
və qarışıq malyariya – 3,1%.
1
Naxçıvan Xalq Səhiyyə Komissarlığı yarandığı gündən vərəmə
qarşı mübarizə aparmağı özünün əsas məsələsi hesab etmişdir.
Çox təəssüf ki, Sovet hakimiyyətinin ilk illərində vərəmin
yayılması haqqında əsaslı rəqəmli məlumat yoxdur. Lakin bəzi
materiallar göstərir ki, o illərdə Naxçıvanda vərəm geniş
yayılmışdır. Məsələn, həkim Y.Marqulis «Gigiyena və
epidemiologiya» jurnalının 1926-cı il 8-ci №-də yazmışdır ki:
«Vərəm Naxçıvanda özünə yuva salmışdır).
Naxçıvan MSSR-i Xalq Səhiyyə Komissarlığının verdiyi
məlumata əsasən 1928-ci ildə respublikada 474 vərəmli xəstə
(0,43%) olmuşdur. Sovetləşmənin ilk illərində xüsusi tibb
müəssisəsi olmadığına görə vərəmə qarşı mübarizə tədbirləri
respublikanın ümumi tibb şəbəkəsi tərəfindən aparılırdı.
Əhalinin həyat şəraitinin aşağı səviyyədə olması,
əlverişsiz sanitar-gigiyenik vəziyyət sovetləşmənin ilk illərində
dəri-zöhrəvi xəstəliklərinin yayılmasına şərait yaratmışdır.
Keçəllik, qotur və başqa dəri xəstəlikləri daha çox yayılmışdır.
Ona görə də Səhiyyə Komissarlığı bu sahəyə də xüsusi diqqət
yetirmişdir.
Naxçıvan Xalq Səhiyyə Komissarının müavini
V.Mudrıxın məruzəsindən görünür ki, 1924-25-ci illərdə
_________________
1
I.Axundov və M.Şahsuvarlı. Şərurda malyariya (Naxçıvan MSSR).
Azərbaycan Tropik institutunun əsərləri, Bakı, 1936-cı il, səh.19.
əhali arasında dəri və zöhrəvi xəstəliklərin yayılması 20%-ə
çatmışdır. Xəstəliyin əksərini sifilis xəstələri təşkil edirdi.
60
Şəhər əhalisi arasında 265 belə xəstənin qeydə alınması haqda
qeydiyyat var.
Zöhrəvi xəstəliklərlə mübarizə aparmaq üçün 1925-ci
ildə Naxçıvan şəhərində zöhrəvi dispanser, bir az sonra isə
favazori açılır. Daha sonra, 1926-cı ildə, Naxçıvan mərkəzi
laboratoriya nəzdində dəri – zöhrəvi kabinə açılır.
Naxçıvanda Sovet hakimiyyətinin ilk illərində traxoma
xəstəliyi əhali üçün böyük bəla idi. Traxomanın fəsadlaşması
üzündən yüzlərlə əlil hadisəsi olurdu. Xəstəlik əhali arasında
Arazətrafı düzənlikdə daha çox yayılmışdı.
Həkim Y.Marqulis öz məqaləsində göstərir ki, (1926)
traxoma xəstəliyi haqqında əhalinin sanitar-gigiyenaya dair
elementar təsəvvürü olmadığına görə tibb işçiləri qarşısında,
traxoma və onun profilaktikası sahəsində ciddi iş aparmaq
vəzifəsi durur.
Traxoma xəstəliyi məktəblilər arasında da geniş
yayılmışdır. 1925-ci ildə Naxçıvanda şəhər məktəblərində
traxomaya tutulanların faizi – qızlar arasında 47%, oğlanlar
arasında 35% olmuşdur.
1926-cı ildə ölkə xəstəxanasında göz şöbəsi, Naxçıvan
mərkəzi ambulatoriyada isə göz kabinəsi, bir ildən sonra
Ordubadda da göz kabinəsi təşkil edilir. 1930-cu ildə ölkə
xəstəxanasında göz çarpayılarının sayı 30-a çatdırılır.
Respublikada yuxarıda göstərilən xəstəliklərdən başqa
dizenteriya, qurd invaziyası, qızılca, təbii çiçək və digər
yoluxucu xəstəliklər də xeyli yayılmışdır.
1925-ci ilin payız ayında Naxçıvanın dağlıq hissəsində
qızılca xəstəliyi daha da şiddətlənmişdi. Həmin xəstəlikdən baş
verən ölüm hadisəsi isə 15-16%-ə çatmışdır.
Naxçıvan Səhiyyə Komissarlığının 1928-ci ilə aid
hesabatında epidemik xəstəliklərin gedişatı haqqında belə
məlumat verilir: skarlatina – 123 hadisə, qızılca – 369,
dizenteriya – 422, qulaq altı vəzin xəstəliyi – 460, göy öskürək
– 1402, qripp – 1446.
Başqa xəstəliklər arasında birinci yeri qurd xəstəliyi
tutur. Müayinə vaxtı bu xəstəlik böyük faiz 42-dən 63,2%-ə
qədər təşkil etmişdir.
61
Naxçıvanda Sovet hakimiyyətinin bərqərar olmasının
ilk illərində əhali arasında sanitar maarif işinin aparılmasına
xüsusi diqqət yetirilir. Əsas məqsəd əhalinin sağlamlığının
qorunması və sanitar əmin-amanlığa nail olmaqdan ibarət olub.
Sanitar maarifi əhalinin sanitar savadsızlığının ləğv
edilməsində əsaslı rol oynamışdır. Epidemik xəstəliklərlə
mübarizə etmək yollarını, gigyeniya elminin əhaliyə
çatdırılmasını təmin etmişdir.
Sanitar maarifinin ona xas olan forması - o vaxtlar
hamının başa düşəcəyi dildə oxunan mühazirələr, söhbətlər,
mitinqlərdə çıxışlar etmək və sairədən ibarət idi.
Epidemiya əleyhinə tədbirlərin təbliğ edilməsi ilə
bərabər ana və uşaqların mühafizəsi, yaşayış yerlərinin əmin-
amanlığı, vərəmlə, dəri-zöhrəvi və başqa xəstəliklərlə
mübarizə kimi vacib məsələlər işıqlandırılırdı.
1930-cu ildə Naxçıvan şəhərində sanitar maarifi evi
təşkil edilir. Tezliklə orada sərgi düzəldilir ki, əhali oraya
həvəslə gəlir (7-ci şəkil).
Əhalinin çoxsaylı fəalları xalqın sağlamlığının
qorunmasında tibb işçilərinin fəal köməkçisi olmuşlar. Buna
misal, Qırmızı Aypara Cəmiyyətinin fəallarını, kolxoz və
müəssisələrdən olan ictimai sanitar müvəkkillərini, evlər
idarəsində və s. yerlərdə olan səhiyyə komissiyalarını
göstərmək olar. Bundan başqa səhiyyə xətti üzrə əhalinin
ictimai özfəaliyyətini təşkil etmək sahəsində xeyli iş
görülmüşdür.
1924-25-ci illərdə dairələrdə sanitar şuralar, kəndlərdə
isə kənd sanitar komissiyaları təşkil edilir, onların tərkibinə
həkimlər və ictimai təşkilatların nümayəndələri daxil edilir.
1
Naxçıvan MSSR-də Qırmızı Aypara Cəmiyyətinin təşkil
edilməsi respublikanın səhiyyə orqanlarına sanitar
müdafiəsinin və əhalinin sanitar mədəniyyətinin yüksəlməsinə
böyük köməklik göstərmiş oldu.
____________________
1
H.Sultanov «Naxçıvan hökumətinin 1925-ci ilə aid fəaliyyəti
haqqında məruzə», Irəvan, 1926-cı il, səh.32.
62
7-ci şəkil
Yenicə təşkil edilmiş sərgiyə baxış
1928-ci ildə 4 qəza, 7 rayon komitəsi və 23 özək var idi.
Naxçıvan qadınlar klubu nəzdində 1928-ci il may ayının
16-da ilk tibbi yardım dərnəyi təşkil edilir. Dərnəkdə məşğul
olan qadınların sayı 22 olur. Dərnəyə
həkim
E.Q.Mahmudbəyov rəhbərlik edir. Burada tibb bacıları və
sanitarkalar hazırlanır.
1
Əhalinin ictimai-sanitar özfəaliyyətinin təşkil
edilməsində sanitar maarif evinin böyük köməyi olmuşdur.
Dostları ilə paylaş: |