2. Xalq təsərrüfatının sosialist quruluşunun başa çatması
və sosialist cəmiyyətinin möhkəmlənməsi dövründə
Naxçıvan MSSR-də səhiyyə (1933-1940-cı illər)
Sosialist quruluşunun iri addımlarla inkişafı, ölkənin
sürətlə sənayeləşdirilməsi, kənd təsərrüfatının sosialist
rekonstruksiyası, fəhlə sinfinin, şəhər və
kənd
zəhmətkeşlərinin mədəni-məişət şəraitinin yaxşılaşması –
bütün bunlar Naxçıvan MSSR-də əhalinin sağlamlığının
yaxşılaşmasına və səhiyyənin gələcək inkişafına səbəb oldu.
Birinci beşilliyin axırında respublikada səhiyyə böyük
nailiyyətlər əldə etdi. Çarpayı fondu, xəstəxanaların,
dispanserlərin, həkim səhiyyə məntəqələrinin, feldşer tibb
məntəqələrinin sayı xeyli artdı. Tibbi kadrların sayı çoxaldı.
Əhalinin xəstələnmə halı get-gedə azaldı.
Ikinci beşillik respublikada əhalinin sağlamlığı uğrunda
mübarizə etmək üçün daha geniş şərait yaratdı.
1933-34-cü illərdə Naxçıvan şəhərində traxoma
dispanseri, Ordubad şəhərində malyariya dispanseri, Culfa
şəhərində 15 çarpayılıq xəstəxana ambulatoriya ilə açıldı.
Respublikada yenə də aptek, həkim, feldşer, traxoma və
malyariya məntəqələri təşkil edildi.
Respublikada sanitar maarif evinin nəzdində ilk dəfə
olaraq tibbi kitabxana fəaliyyətə başladı, Naxçıvan və Noraşen
(Şərur) malyariya stansiyaları Tropik stansiyaya çevrildi.
1934-cü ildə respublikada çarpayıların sayı 1913-cü ilə
nisbətən 10 dəfə artdı, həkim və orta tibb işçilərinin sayı
çoxaldı. Əgər 1913-cü ildə respublika ərazisində cəmi 5 həkim,
14 orta tibb işçisi var idisə, 1936-cı ildə həkimlərin sayı 32,
orta tibb işçilərin sayı 110 olmuşdur, başqa sözlə həkimlərin
sayı 6 dəfə, orta tibb işçilərinin sayı 8,5 dəfə artmış oldu.
Respublikada təcili yardım poliklinika və
ambulatoriyalar tərəfindən göstərilirdi. Lakin bu əhalinin bu
xidmətə olan tələbatını ödəmirdi. Ona görə 1936-cı ildə
Naxçıvan şəhər poliklinikasının nəzdində təcili tibbi yardım,
bir qədər sonra, 1937-ci ilin may ayında o sərbəst təcili yardım
stansiyasına çevrilir.
65
Naxçıvan Respublikasının zəhmətkeşlərini müainədən
keçirmək məqsədilə 1937-ci ildə Naxçıvan, Ordubad
şəhərlərinin poliklinikalarında və Noraşen (Şərur)
ambulatoriyasında həkim komissiyası təşkil edilir.
1937-ci il 18 sentyabrda çağırılmış X Fövqəladə Ümumi
Naxçıvan Sovetlər qurultayında Naxçıvan MSSR-in yeni
Konstitusiyası qəbul edilir. Konstitusiyanın (əsas qanunu) 86-
cı maddəsində yazılıb: «Naxçıvan MSSR-i vətəndaşları
istirahət etməyə ixtiyarlıdırlar. Bu iş gününün 7 saata qədər
qısaldılmasını təmin edir, ildə bir dəfə fəhlə və qulluqçulara,
əmək haqqını saxlamaq şərtilə, məzuniyyət verilir və onlar
sanatoriya şəbəkələrindən, istirahət evlərinin xidmətindən
istifadə etmək ixtiyarına malikdirlər».
87-ci maddədə yazılıb: «Naxçıvan MSSR-i vətəndaşları
qocaldıqda, habelə xəstələndikdə və əmək qabiliyyətini
itirdikdə maddi təminata ixtiyarlıdır».
1
Sovet hökuməti Naxçıvan MSSR-də səhiyyənin
inkişafına böyük diqqət verirdi, bunun nəticəsində tibb
müəssisələrinin şəbəkəsi ildən-ilə genişlənirdi. 1935-36-cı
illərdə Naxçıvan şəhərində, Noraşen (Şərur) və Şahbuz
rayonlarında uşaq yasliləri və doğum evlərinin tikintisinə
başlanılır.
Sonralar respublikanın xalq təsərrüfatının planına əsasən
tibb obyektlərinin tikintisi genişlənir. Belə ki, 1939-cu ildə
Naxçıvan şəhərində respublika xəstəxanası, mama-feldşer
məktəbi, süd mətbəxi; Noraşen, Şahbuz, Əbrəqunus rayon
mərkəzlərində xəstəxana, Naxçıvan, Culfa, Ordubad
şəhərlərində və Noraşen, Əbrəqus kənd sovetlərində uşaq
yasliləri tikilir.
2
1939-cu ilin may ayında Naxçıvan MSSR-i XKS və
Azərbaycan KP(b) Naxçıvan Vilayət Partiya Komitəsi
«Naxçıvan MSSR-i xalq təsərrüfatının inkişafı üçün beşillik
planın təsdiq edilməsi haqqında» qərar çıxardılar. Bu
_________________
1
Naxçıvan MSSR-i Baş sovetinin I sessiyası, 24-27 iyul 1938-ci il
stenoqrafik hesabat. Naxçıvan 1939-cu il, səh.54.
2
Naxçıvan MSSR-i M.D.A. fond 17, siyahı 1-2, qovluq 123, səh.32,
68.
66
qərarda respublika səhiyyəsinin inkişafı üçün 4369,9 min
manat həcmində vəsait təsdiq edilir.
1
Naxçıvan MSSR-i Xalq Komissarlar Sovetinin 28
avqust 1938-ci il qərarını yerinə yetirərək Səhiyyə komissarı
Həmid Əsədov səylə çalışır və obyektlərin qərarda göstərilən
vaxtda başa çatmasına nail olur.
Yalnız 1939-cu ildə respublikada tibb obyektlərinin
tikintisi üçün 1525,0 manat nəzərdə tutulmuşdur ki, bu da
1939-cu ilə Aid səhiyyə büdcəçinin 20,7%-ni təşkil etmişdi.
Lakin obyektlərin tikintisi ləng gedirdi, tikinti materiallarının
və fəhlə qüvvəsinin çatışmaması səbəbindən buraxılış
obyektləri təyin olunan vaxtda təhvil verilmirdi.
Hər il səhiyyə üçün ayrılan vəsait artırdı. Əgər 1926-27-
ci illərdə Naxçıvan MSSR-i səhiyyəsinə 278,2 min manat,
1932-ci ildə 652,0 min manat, 1935-ci ildə 2068 min manat
ayrılmışdırsa 1940-cı ildə bu məbləğ 7773,4 min manat
olmuşdur. Beləliklə səhiyyənin büdcəsi 1926-27-ci illərə
nisbətən 28 dəfə, 1932-ci ilə nisbətən 12 dəfə, 1935-ci ilə
nisbətən 3,8 dəfə çox olmuşdur.
***
Respublikada sistematik olaraq uşaq və qadın
məsləhətxanaları, doğum evləri və yaslilərin sayı artırdı. 1935-
ci ildə respublikada 2 uşaq və qadın məsləhətxanası, 4 daimi
(100 yerlik) və 46 fəsli (1410 yerlik) yaslilər var idi. 1936-cı
ilin yanvar ayında Bakıdan təkər üstündə kolxoz yasliləri
alınır.
1937-ci ildə Naxçıvan şəhərində yenidən 25 çarpayıdan
ibarət uşaq xəstəxanası açılır, Başnoraşen kəndində isə yeni
tikilmiş binada 4 çarpayılıq doğum evi təşkil edilir.
Culfa və Ordubad xəstəxanalarının doğum şöbələri
açılır. 1938-ci ildə Culfa şəhərində uşaq xəstəxanası, 1940-cı
ildə isə Naxçıvan şəhərində 15 çarpayılıq südəmər uşaq evi
təşkil edilir.
_____________________
1
Naxçıvan MSSR-i M.D.A. fond 17, siyahı 1-2, qovluq 123, səh.32,
68.
67
Uşaq müəssisələrinin rəhbərlərinin hazırlanması uşaq
sağlamlıq şəbəkəsinin genişlənməsinə imkan verdi.
1935-ci ildə Naxçıvan, Noraşen (Şərur) və Ordubad
rayon mərkəzində uşaq meydançaları təşkil edildi.
Sovet hökuməti yorulmadan uşaqların sağlamlığının
vəziyyətinin yaxşılaşmasına diqqət verirdi. 1940-cı ilin fevral
ayında Naxçıvan MSSR-i X.K.S «Naxçıvan MSSR-də daimi
və mövsümü yasli şəbəkəsinin genişləndirilməsi haqqında»
qərar qəbul etdi.
SSRI Xalq Komissarlar Soveti (1936) abortların
qadağan edilməsi ilə əlaqədar olaraq qadınların maddi və
məişət şəraitinin yaxşılaşdırılması haqqında bəzi tədbirlər
nəzərdə tutmuşdu. Hamilə qadınlara birdəfəlik müavinət və
süd verən analara hər ay müavinətin həcmi artdı. 6 uşağı olan
anaya, bundan sonra doğulan uşaqlarına, birdəfəlik müavinət
verilirdi.
10 uşaq anasına, hər yeni doğulan uşağa görə birdəfəlik
5000 manat və 4 il müddətinə 3000 manat verilirdi.
1937-ci ilin yanvar ayında SSRI hökumətinin qərarına
uyğun olaraq Azərbaycan SSR-i XKS «Tibbi göstərişə görə
abortlara icazə verilməsi qaydaları haqqında» qərar qəbul etdi.
Abortların qadağan edilməsi özünü doğrultmadı. Həkimlər
hamiləliyə qarşı dərmanların qəbul edilməsi qaydalarını
qadınlara daha öyrətmədilər.
1940-cı ildə respublikada aşağıdakı uşaq və qadın
müəssisələri var idi: 25 çarpayılıq uşaq xəstəxanası, 27
çarpayılıq 3 doğum evi (onlardan ikisi 12 çarpayı kənd
yerlərində), 3 uşaq məsləhətxanası (onlardan ikisi sərbəst), 2
süd mətbəxi, 3 mama məntəqəsi, 7 daimi (247 yerlik) və 61
mövsümü (1597 yerlik) yaslilər – xalq səhiyyə komissarlığının
nəzdində 24 uşaq baxçası – 762 yerlik, uşaq həkimlərinin və
mama – ginekoloqlarının sayı 1936-cı ilə nisbətən 7-dən 10-a
qədər çoxalmışdır. Habelə mamaların, mama – feldşerlərin,
tibb bacılarının sayı 41-dən 95-ə çatmışdır.
68
***
Respublikada müalicə şəbəkəsi ilə yanaşı sanitar
idarələr də genişlənir. 1937-ci ildə Naxçıvan şəhərində ilk dəfə
respublika sanitar stansiyası (baş həkim vəzifəsinə Əli
Süleyman oğlu Xəlfə-zadə təyin edilir), onun nəzdində sanitar-
bakterioloji laboratoriya təşkil edilir. Onun yaradılması
epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsində böyük rol
oynayır. 1937-ci ildə Naxçıvan rayonunda baş vermiş qızılca
xəstəliyinə qarşı qəti tədbirlər görüldü və qısa bir vaxtda
xəstəlik aradan qaldırıldı. Infeksiya baş verən vaxt onun ləğv
edilməsi üçün təsirli tədbirlər görülürdü. Epidemiya ocağında
təcili təcridxanalar təşkil edilir, ora həkim briqadaları,
dezinfeksiyaedici məhlullar və s. göndərilirdi. Məsələn,
Şahbuz rayonunun 3 kəndində və Əbrəqunus rayonunun bir
kəndində skarlatina xəstəliyi baş verdiyinə görə 1937-ci ilin
noyabr ayının 7-dən 23-dək hər birində 10-15 adam tutan
təcridxana (izolyator) təşkil edilmişdir.
Bunun nəticəsində
xəstəlik tez bir vaxtda ləğv edilmişdir.
Naxçıvan MSSR-i X.K.S. 31.01.1940-cı il qərarında
göstərilir ki, «respublika ərazisində baş vermiş yeni
infeksiyanın tezliklə ləğv edilməsi və onun qarşısının alınması
üçün Xalq Kommunal Təsərrüfat Komissarlığına və rayon
icraiyyə komitələrinin sədrlərinə tapşırıq verilib ki, onlar
epidemiya əleyhinə tədbirlərin həyata keçirilməsində tibb
işçilərinə vaxtında hər tərəfli köməklik göstərsinlər».
Başqa sirayət edən xəstəliklərə – bruselliyoz, sibir
yarasına qarşı tədbirlər də nəzərdən qaçırılmırdı.
Təbii çiçək, difteriya, qarın yatalağı, dizenteriya və s.
xəstəliklərə qarşı profilaktik peyvəndlər aparılıb. Onların
miqdarı aşağıdakı cədvəldə göstərilib:
69
11-ci cədvəl
1937-1940-cı illərdə aparılan peyvəndlərin sayı
Çiçək əleyhinə Difteriya
əleyhinə
Illər
vaksi-
nasiya
revaks
i-
nasiya
vaksi-
nasiya
revaksi-
nasiya
Qarın
ya-
talağına
qarşı
Dizente-
riyaya
qarşı
1937 11376 57519 1604
-
5876
3775
1938 39193 51873 1834 352
5391
8406
1939 8925 27348 8763 1275 4697
8068
1940 6587 21024 1682 1404 7477 15609
Kompleks epidemiya tədbirlərin həyata keçirilməsi
nəticəsində malyariya, traxoma, sifilis, yatalaq və başqa
xəstəliklər kəskin aşağı salındı. Bunu 1937-1940-cı illərdə baş
vermiş yoluxucu xəstəliklərdən görmək olar. 1940-cı ildə
1937-ci ilə nisbətən yoluxucu xəstəliklər xeyli azalmışdır: belə
ki, qarın yatalağı 24-dən 4 hadisəyə, paratif 4-dən 3-ə, qızılca
612-dən 20-yə, skarlatina 712-dən 52-yə, difteriya 30-dan 10-
a, dizenteriya və enterokolit 287-dən 204-ə, su çiçəyi 78-dən
59-a, uşaqlarda dispepsiya 621-dən 154-ə, malyariya 20537-
dən (1936) 14345-ə. Bəzi infeksiyalar (epidemik hepatit, qızıl
yel, dəri leyşmaniozu, Sibir yarası, stalbnyak) 1940-cı ildə
ümumiyyətlə qeydə alınmamışdır. Bununla belə cüzi sayda
qripp və səpgili yatalaq qeyd olunmuşdur.
Malyariya xəstəliyi ilə planlı surətdə ümumidövlət
miqyasında mübarizə aparmaq məqsədilə Azərbaycan SSR
X.K.S. yanında malyariya komitəsi tərəfindən 1932-ci ildə
ikinci beşillikdə malyariya ilə mübarizə aparmaq üçün baş plan
tərtib edilir.
1
Malyariya ilə mübarizə işinə maraqlı təşkilatlar, idarələr
və ictimai təşkilatlar cəlb olunurlar.
1935-ci ildə malyariyalı xəstələrin sayı 25565, 1936-cı ildə –
20537 olmuşdursa, 1940-cı ildə bu rəqəm 14345 olmuşdur.
Rəqəmlər göstərir ki, respublikada 1940-cı ildə malyariyalı
_________________
1
N.Məmmədli. Azərbaycan SSR-də ikinci beşillikdə malyariya və
onunla mübarizə. Bakı, 1932-ci il.
70
xəstələrin sayı demək olar ki, 1935-ci ilə nisbətən 2 dəfə
azalmışdır.
Naxçıvan Respublikasında malyariya əleyhinə
müəssisələrin sayı artmışdır və 1940-cı ildə 2 tropik stansiya, 2
malyariya dispanseri və 3 malyariya məntəqəsi fəaliyyət
göstərirdi.
Vərəm xəstəliyi ilə mübarizə davam etdirilir. 1936-cı
ilin may ayında Naxçıvan şəhərində respublika xəstəxanası
nəzdində 15 çarpayıdan ibarət vərəm şöbəsi təşkil edilir, şəhər
poliknikasında isə vərəm kabinəsi açılır. Bir ildən sonra (1937
– fevral) Naxçıvan şəhərində vərəm əleyhinə 20 çarpayılıq
dispanser təşkil olunur.
Traxoma xəstəliyinə qarşı mübarizə daha da
gücləndirilir. 1933-34-cü illərdə Naxçıvan şəhərində traxoma
dispanseri, 1936-cı ildə isə onun nəzdində 40 çarpayılılıq
stasionar təşkil edilir. Kənd yerlərində traxoma məntəqələrinin
sayı 9-a çatdırılır. 1932-33-cü illərdə respublikada traxomanın
yayılma dərəcəsi seçmə yolu ilə yoxlanılan vaxt aydın olur ki,
onun yayılma dərəcəsi heç də yerlərdə eyni deyil.
Culfada traxomanın yayılması 84,4%-ə çatır, elə yer var
ki, orada daha çox faiz (məsələn, Yaycı kəndində 90,1%)
olmuşdur. Ordubad rayonunda bu göstərici 50%-dən çox
olmuşdur. Ordubad rayonunun dağ və dağətəyi sahəsində
traxomanın yayılması aşağı faiz olmuşdur. Ordubadda fəhlə və
qulluqçular arasında traxomalı xəstələrin sayı 25,1%,
məktəblilər arasında 28,6% olmuşdur. 1932-ci ildə evlərdə
aparılan müayinə vaxtı 307 ailədə 44,1% traxomalı xəstə,
onlardan qadınlar – 69,9%, kişilər – 31,1% təşkil etmişdir.
Naxçıvan rayonunun düzənlik hissəsində traxomalı
xəstələrin faizi 44,6%, Şərur rayonunda isə 36,6% olmuşdur.
Yaylaqlarda olanlara tibbi xidmət göstərilməsinə böyük
diqqət verilirdi. Həkim, mama və sanitarkadan ibarət tibbi
dəstə hər il yaylaqlara göndərilirdi. Bunlardan başqa hər
yaylaqda uşaq yaslisi təşkil edilirdi.
1940-cı ildə Naxçıvan şəhər səhiyyə şöbəsi təşkil edilir
ki, Naxçıvan şəhərində olan tibb obyektləri ona tabe olur.
71
Respublika
əhalisinə göstərilən tibbi-profilaktik
köməyin həcmi də böyüyür, bunu aşağıdakı cədvəldən görmək
olar.
12-ci cədvəl
Naxçıvan MSSR-ində müalicə-profilaktika müəssisələrinə
1910-1938-ci illərdə edilən gəlişlərin sayı
Illər Gəlişlərin sayı
x)
Hər bir sakinə düşən gəliş
1910 55785
0,4
1924-25 152819
1,5
1938 413954
3,3
Cədvəldən görünür ki, gəlişlərin sayı 1938-ci ildə
1910-cu ilə nisbətən 8 dəfə, 1924-25-ci illərə nisbətən 2 dəfə
artmışdır.
__________________
x)
Həkim və feldşerlərə gələnlər bir yerdə.
(Diş həkimlərinin yanına gələnlər nəzərə alınmır).
72
13-cü cədvəl
Naxçıvan MSSR-də səhiyyənin əsas göstəriciləri.
1930-1940-cı illər ərzində (ilin axırına)
1930 il
1940 il
Tibb müəssisə-
lərinin adı
şəhər kənd cəmi
şəhər kənd cəmi
Ambulator-polikli-
nika müəssisələri-
nin sayı
10 1 11 20 10 30
O cümlədən uşaq və
qadın məsləhət-
xanalarının sayı
3 - 3 3 - 3
Xəstəxanalar və
stasionarlı dispan-
serlər
3 1 4 9 5 14
Onlarda çarpayıla-
rın sayı
170 10 180 331 68 399
Feldşer məntəqə-
lərinin sayı
- 6 6 - 60
60
Sanitar epidemio-
loji stansiyaların
sayı
1
∗
- 1 1 - 1
Həkimlərin sayı (diş
həkimlərsiz)
23 9 32 35 20 55
Orta tibb işçiləri-nin
sayı
31 25 56 121 79 200
Büdcə
65,2
m.m.
(1932-
ci il)
777,3
m.m.
Yada salmaq yerinə düşərdi ki, 1913-cü ildə Naxçıvan
Respublikasının indiki ərazisində 20 çarpayılıq 3 xəstəxana
(onlardan biri Naxçıvan şəhərində – 8 çarpayı, ikisi kənddə –
12 çarpayı), 3 feldşer məntəqəsi, 5 həkim və 14 orta tibb işçisi
olmuşdur.
__________________
x)
Sanepidemiya şöbəsi
73
Yuxarıda göstərilən rəqəmlərə yekun vuraraq qeyd
etmək lazımdır ki, istər 1930-cu ildə, istərsə də 1940-cı ildə
tibb müəssisələrinin, tibbi kadrların sayı 1913-cü illə müqayisə
edilməz dərəcədə artmışdır.
Respublikada cərrahi, uşaq, vərəm, göz, mama -
ginekoloq, burun – qulaq - boğaz kimi xüsusiləşdirilmiş
çarpayılar açılmışdır.
Çarpayıların çoxalması əhaliyə göstərilən stasionar
yardımın yaxşılaşmasına səbəb olmuşdu. Belə ki, 1928-29-cu
illərdə stasionara 3103 xəstə, 1938-ci ildə 5235 xəstə qəbul
olunmuşdursa, 1940-cı ildə qəbul olunan xəstələrin sayı 7676-
ya çatmışdır.
1940-cı ildə 55 dəri-zöhrəvi, 25 vərəm, 35 uşaq
(onlardan 10-u infeksiyalı xəstələr üçün) carpayıları açılmışdır.
Kolxoz və sovxoz qurulmasının coşqun vaxtında kənd
əhalisinə tibbi-sanitar xidmətin yeni forması təşkil edilir. Şəhər
tibb müəssisələrinin hesabına tibbi dəstələr tərkibində həkim
və orta tibb işçiləri təşkil edilirdi ki, onlar kənd yerlərinə
gedərək tarla işləri vaxtında kolxozçulara tibbi yardım
göstərirdilər (8-ci şəkil).
1935-ci ilin fevral ayında zərbəçi kolxozçuların ikinci
ümumittifaq qurultayında təsdiq olunmuş «kənd təsərrüfat
artelinin tipli nizamnaməsi» Naxçıvan MSSR-də öz əksini
tapdı. Yüzlərlə kolxozçu-qadın doğuşdan bir ay qabaq və
doğuşdan bir ay sonra məzuniyyət almağa ixtiyarlı oldular.
Bundan başqa onların orta əmək gününün yarısı saxlanıldı.
1938-ci ilin aprel ayının 23-də SSRI X.K.S-i «kənd
həkim sahəsinin möhkəmləndirilməsi haqqında» çıxardığı
qərar kolxoz – kəndlilərinin tibb xidmətinin daha da
yaxşılaşdırılmasına səbəb oldu.
Bu qərar kənd həkimlərinin maddi – məişət şəraitinin
yaxşılaşmasına, onların pulsuz evlə, kommunal xidmətlə təmin
olunmasına, sahədə xidmət göstərən vaxtı nəqliyyatdan istifadə
etməyə yönəldilmişdir.
1931-ci ildə ilk dəfə Naxçıvan şəhərində tibb məktəbi
açılmışdır. Əvvəlcə feldşer, sonralar isə əczaçılıq, tibb bacıları
və mamaça şöbələri təşkil edildi.
74
8-ci şəkil
Tarla işləri vaxtında kolxozçulara tibbi xidmət
göstərmək üçün təşkil olunan səyyar tibbi dəstə
Bu vacib və nəcib işin təşəbbüskarı o zaman Xalq
Səhiyyə komissarı vəzifəsində işləyən Nadir Məmmədli
olmuşdur. Həmin məktəb yerli əhalidən orta tibb işçisi kadrları
hazırlamağa imkan vermişdi. Ilk buraxılış 1935-ci ildə
olmuşdur.
Buraxılış ilində
məktəbin direktoru Abdulla
Abdullayev, məktəbin dərs hissə müdiri Əbdüləli Tahirov
olmuşdur.
14-cü cədvəl
1935-40-cı illərdə Naxçıvan tibb məktəbini
bitirənlərin sayı
I l l ə r
1935 1936 1937 1938 1939 1940
Feldşerlərin sayı 14 25 32 58 - 32
Mamaların sayı -
-
-
12
13
24
C ə
m
i
14 25 32 70 13 56
75
Göstərilən rəqəmlərdən aydın olur ki, 1935-1940-cı
illərdə tibb məktəbi 210 orta tibb işçisi (onlardan 161-i feldşer
və 49-u mama) buraxmışdır.
Respublikada tibbi xidmətin keyfiyyətini
yaxşılaşdırmaq üçün həkimlərin və orta tibb işçilərinin
ixtisasının təkmilləşdirilməsi üçün cürbəcür tədbirlər
keçirilirdi. Belə ki, həkimlər və orta tibb işçiləri mütəşəkkil
olaraq Bakı və Sovet Ittifaqının başqa şəhərlərində olan tibb
idarələrinə ezam edilirdilər.
Bundan başqa həkimlər üçün əsas ixtisaslar üzrə
kurslar və seminarlar təşkil edilirdi. Həmçinin tibb bacıları və
yasli işçiləri üçün cürbə-cür kurslar təşkil olunmuşdu.
* * *
Sosialist iqtisadiyyatının və mədəniyyətinin nailiyyətləri
əsasında sanitar mədəniyyəti də artmağa başladı. Əhalinin
əmək və məişət şəraiti, sanitar-gigiyena vəziyyəti durmadan
yaxşılaşdı, şəhərlərin, fəhlə qəsəbələrinin və kəndlərin sanitar
abadlığına diqqət artırıldı.
Bununla əlaqədar səhiyyə təşkilatları qarşısında yeni
məsələlər dururdu - sanitar–maarif işini daha da inkişaf
etdirmək və onun işini yeni tələblər əsasında qurmaq.
Tibb işçiləri bədən tərbiyəsinin kütləvi işində fəal iştirak
edirdilər. Ə.M.H. nişanı normalarının verilməsini təbliğ
edirdilər.
Ölkədə ildən-ilə əhalinin səhiyyə sahəsində ictimai
hərəkatı daha geniş inkişaf edirdi, xüsusən sağlamlıq
tədbirlərinin aparılmasında özünü göstərirdi.
Yaşayış yerlərinin qaydaya salınması və təmizlik
uğrunda kütləvi hərəkat, əhalinin özfəaliyyəti sağlamlığın
qorunması sahəsində yeni mərhələ oldu. Respublikada göyçay
hərəkatı böyük inkişaf tapdı.
Azərbaycan SSR-in Göyçay rayonunda tibb işçilərinin
təşəbbüsü ilə partiya və sovet orqanlarının rəhbərliyi altında
1940-41-ci illərdə yaşayış yerlərinin sanitar
abadlaşdırılmasında kütləvi iş genişləndi.
76
Qeyd etmək yerinə düşərdi ki, Göyçayda bu hərəkata
təşəbbüs göstərən və o illərdə orada səhiyyə şöbəsinə rəhbərlik
edən Ələkbər Əhəd oğlu Ismayılov olmuşdur. O, 1944-1953-
cü illərdə Naxçıvanda səhiyyə naziri vəzifəsində işləmişdi.
Ə.Ismayılov Naxçıvanda işlədiyi təqribən 10 il ərzində,
xüsusən Vətən müharibəsinin ağır illərində, səhiyyənin inkişaf
etməsi üçün səmərəli işlər görmüşdür. Tibb müəssisələrinin
möhkəmləndirilməsi, yenilərinin açılması, çarpayıların,
ixtisaslı həkimlərin çoxalması sahəsində səylə işləmişdir.
Azərbaycan Xalq Səhiyyə komissarı göyçaylıların
təcrübəsini Azərbaycanın bütün rayonlarına yayılması
haqqında 1940-cı il iyul ayının 27-də 1022 №-li əmr verdi.
Göyçaylılar qarşılarında konkret məsələ qoydular: sadə
ayaqyolu və hamam tikmək, su təchizatı məsələlərində sanitar
qayda yaratmaq, sadə hidrotexniki tədbirlər aparmaq, həyət və
evləri sanitar qaydaya – səhmana salmaq, mövsümi uşaq
yaslilərini təşkil etmək; habelə malyariya, traxoma, qurd və
dəri xəstəliklərini aşkar etmək və bu kimi xəstələri müalicə
etmək, çiçəyə, difteriyaya, qarın yatalağına və dizenteriyaya
qarşı kütləvi qoruyucu peyvəndlər aparmaq məqsədilə bütün
əhalinin başdan-başa kütləvi müayinəsini təşkil etmək tövsiyə
olunurdu.
Bu xalq hərəkatı Naxçıvan MSSR-də də yayıldı.
Naxçıvan Xalq Səhiyyə komissarı bu haqda yanvar ayının 4-
də 4№-li əmr verir. Əmrdən aydın olur ki, bu hərəkatın
respublika ərazisində həyata keçirilməsi nə qədər böyük
əhəmiyyətli iş olacaq.
Respublikanın tibb işçiləri partiya və sovet orqanlarının
rəhbərliyi və köməyi sayəsində sağlamlaşdırıcı tədbirlərin
həyata keçirilməsinə başladılar və kəndlərdə göyçaylıların
təcrübəsi, metodu üzrə tibbi kömək göstərmək təşəbbüsünə
qoşuldular.
Bu məqsədlə 1941-ci ilin yanvar ayının 5-dən 30-na
kimi Naxçıvan respublikasında həkim və feldşer məntəqələri
vasitəsilə malyariyaya, keçəlliyə, qotura, traxomaya və başqa
xəstəliklərə qarşı əhalinin başdan-başa müayinəsi aparıldı.
Aşkar olunan xəstələr müalicəyə cəlb edildilər.
77
Sanitar – sağlamlaşdırıcı
tədbirlərin həyata
keçirilməsində rayon və kənd zəhmətkeş deputatları
sovetlərinin fəalları gündəlik iştirak edirdilər.
Çox təəssüflə qeyd etmək lazımdır ki, Böyük Vətən
müharibəsi belə nəcib bir hərəkatın davam etdirilməsinə mane
oldu və müvəqqəti olaraq onun tam həyata keçirilməsini geri
atdı.
***
Respublikada gənclərin fiziki inkişafını və mineral su
mənbələrini öyrənmək üçün Səhiyyə Komissarlığı Bakıdan
ekspedisiya dəvət etdi.
1933-cü ildə professor N.I.Anserov və həkim
B.A.Hüseynov tərəfindən respublikada çağırış komissiyasının
materialları əsasında 4 ilə aid (1908-1911-ci illər) 4078 nəfər
çağırış yaşlı gənclərin fiziki inkişafı öyrənildi.
Aşağıda fiziki müayinənin nəticəsi göstərilir:
15-ci cədvəl
Naxçıvan MSSR-i gənclərinin fiziki
inkişafı haqqında
Boyu, sm-lə
Çəkisi, kq-la
Döş qəfəsinin ölçüsü
164,92 57,60
86,02
Fəqət bu materiallar nə qədər qiymətli olsa da onlar
yeganədir. Ona görə respublikanın bütün gənclərinin fiziki
inkişafı məsələsinə bu materialların nəticəsinə əsasən baxmaq,
qiymət vermək mümkün deyil.
Qeyd etmək lazımdır ki, Səhiyyə komissarı Nadir
Məmmədlinin təşəbbüsü və xahişi ilə Azərbaycan SSR-i Xalq
Səhiyyə Komissarlığı ilk dəfə olaraq Naxçıvanda mineral
suları çıxarmaq və suların tərkibini öyrənmək məqsədi ilə
1933-cü ildə Naxçıvana mütəxəssislər ekspedisiyası göndərdi.
Naxçıvan respublikasının ərazisində ilk dəfə 3 rayonda,
o da tam müayinə edilməyən, 48 cürbə-cür mineral su
78
mənbələri tapıldı. Kimyəvi maddələrin çatmaması üzündən
onlardan yalnız 20-si müayinə edildi. Əsas diqqəti cəlb edən –
Darıdağ mışyaqlı, Nəhəcir, Badamlı, Sirab, Dərəşəm, Qızıl-
Vəng, Gömrü mineral su mənbələri oldu. Beləliklə ilk
müayinələr müsbət nəticələndi.
Naxçıvan MSSR-də səhiyyə son on ildə öz inkişafında
az maneələrə rast gəlməyib: kadrların çatışmaması,
avadanlığın və aparatların azlığı, tibb idarələri üçün münasib
binaların olmaması, yeni tikilən binaların ləng başa çatması və
sairə. Bunlara baxmayaraq səhiyyə öz inkişafında böyük
nailiyyətlər əldə etmişdir. Böyük Vətən müharibəsinin
başlanmasına qədər respublikada keçən illərə nisbətən inkişaf
etmiş tibb şəbəkəsi və çoxlu sayda tibb kadrları oldu.
Dostları ilə paylaş: |