Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə27/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   23   24   25   26   27   28   29   30   ...   48
NAXÇIVAN MSSR-də 1913-1966-cı ILLƏRDƏ 

ORTA TIBB IŞÇILƏRININ ÜMUMI SAYI 

(MÜTLƏQ RƏQƏMLƏ) (ilin axırına) 

 

 



 

 

 



 

5- ci diaqram  

 

 

 



Bir çox fədakar tibb bacıları, feldşerlər və mamalar var 

ki, onlar göstərdikləri layiqli tibb xidmətinə görə  əhalinin 

səmimi hörmətini qazanmışlar. Onlardan – Məmmədəli 

Həsənovu, Xavər Ismayılovanı, Səfiyyə Sultanovanı, Dilbər 

Təhməzbəyovanı,  Şəmil  Şəfiyevi, Məşdi Muradovu, Ilyas 

Qasımovu,  Əbülfəz Vəliyevi, Idris Quliyevi, Tofiq Tahirovu

Novruz Rzayevi, Ruqiyə Atakişiyevanı göstərmək olar. 

Səhiyyə  işinin inkişafını öyrənərkən aydın oldu ki, 

sosialist istehsal üslubu əhaliyə tibbin və sanitar profilaktika 

xidmətinin dolğun və düzgün inkişafının əsasını təşkil edir. 

Şəbəkələrin və kadrların fəaliyyətinin analizi imkan 

verdi ki, səhiyyə orqanlarının işinin qanunauyğun dinamik 

inkişafı ortaya çıxsın və Naxçıvanın spesifik xüsusiyyəti 

56



 

 

 



137

əsasında gələcəkdə  səhiyyə  işinin təkmilləşməsi,  əhalinin 

müalicə - profilaktika və sanitar – epidemioloji xidmətin 

keyfiyyətini qaldırmaq, kadrların və ixtisaslaşdırılmış müalicə 

müəssisələrinin şəbəkəsini inkişaf etdirmək yollarını müəyyən 

etsin. 


Naxçıvan MSSR-in  səhiyyəsində  əldə edilən 

nailiyyətlərlə  bərabər xeyli çatışmayan nöqsanlar da vardır. 

Onların aradan qaldırılması  gələcəkdə  səhiyyə  işinin daha da 

yaxşılaşmasına zəmin yaradacaqdır. Onlara aşağıdakılar aiddir: 

- ixtisaslaşdırılmış tibb xidmətinin  əhaliyə, xüsusən kənd 

əhalisinə lazımi səviyyədə yaxınlaşdırılmaması, çarpayı 

şəbəkəsinin inkişafının 

əhalinin tələbatına 

uyğunlaşdırılmaması, müalicə-profilaktika müəssisələrinin 

avadanlıqla və tibb ləvazimatlar ilə kifayət qədər təchiz 

edilməməsi, bəzi həkim vəzifələrinin, mütəxəssislərin 

çatışmaması üzündən, boş qalması, əhali arasında xəstəliklərin 

kəskin surətdə  aşağı salınmasına yönəldilmiş geniş sanitar 

tədbirlərin istənilən səviyyədə aparılmaması  və s. Bu 

göstərilən  nöqsanların yaxın illərdə aradan qaldırılması 

Naxçıvan MSSR-in səhiyyə orqanları qarşısında mühüm vəzifə 

kimi durur. Bunların həll edilməsinə nail olmaq üçün 

səhiyyənin gələcək inkişaf planlarında tədbirlərin hazırlanıb 

həyata keçirilməsi zəruridir. 

Gələcəkdə habelə sanitar – epidemioloji stansiyaların 

möhkəmlənməsinə, onların sanitar kadrlarla 

komplektləşdirilməsinə kənd xəstəxanalarının və rayon sanitar 

epidemioloji stansiyalarının maşınlarla təchiz edilməsinə, hər 

bir rayonda  onkoloji kabinələrin açılmasına da diqqət 

artırılmalıdır. 

Qeyd etmək yerinə düşər ki, tərəfimizdən göstərilən 

nöqsanların aradan qaldırılmasına nail olmaq üçün Naxçıvan 

MSSR-i Səhiyyə nazirliyinin 1965-1970-ci illərə aid inkişaf 

planında onlar qismən də olsa nəzərə alınmışdır. Məsələn, 

çarpayıların sayı 1965-ci ildəki 1495-dən 1970-ci ildə 2415-ə 

çatdırılması, həkim vəzifələrinin göstərilən illərə uyğun olaraq 

299-dan 396-ya çatdırılması, bütün xəstəxanaların kliniki 

laboratoriyalarla təchiz olunması, milyonçu kolxozlar hesabına 

iri kənd xəstəxanalarının (Naxçıvan rayonunda Nehrəm və 

 

 

 



138

Didivar kəndlərində, Iliç rayonunda Mahmudkənd və Xanlıqlar 

kəndlərində) tikilməsi, 100 çarpayılıq doğum evinin 

tikintisinin sürətləndirilməsi, Iliç (Şərur) rayonunda 100, Culfa 

şəhərində 50 çarpayılıq xəstəxana binalarının tikilməsi də 

nəzərdə tutulmuşdur.  




 

 

 



139


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin