Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Tofiq Abdulla oğlu Sultanov



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə41/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   37   38   39   40   41   42   43   44   ...   48
Tofiq Abdulla oğlu Sultanov 

 

Tofiq Abdulla oğlu Sultanov 



1920-ci ildə fevral ayının 22-də 

Naxçıvan şəhərində anadan olmuşdur. 

Orta məktəbi və Naxçıvan 

Pedaqoji məktəbini bitirdikdən sonra o, 

1936-1938-ci illərdə Naxçıvan şəhərinin 

1№-li orta məktəbində coğrafiya 

müəllimi işləmişdir. 

1938-1942-ci illərdə o, Azərbay-

can Dövlət Tibb institutunda 

oxumuşdur. Tələbə  olduğu müddətdə T.A.Sultanov 1940-

1942-ci illərdə institutun normal anatomiya kafedrasında 

preparator və laborant vəzifələrində çalışmışdır. 

1942-ci  ilin  sentyabr  ayında T.A.Sultanov ordu 

sıralarına çağırılmışdır və Böyük Vətən müharibəsi illərində 

döyüşən orduda zabit kimi həkim işləmişdir. T.A.Sultanov 

1942-1943-cü illərdə  şimal-qərb  və  mərkəz cəbhələrində 

sanitar rotasının qəbul məntəqəsinin və sanitar rotasının 

komandiri, 1943-1945-ci illərdə – I Ukrayna, I Belorus və IV 

Ukrayna cəbhələrində sanitar rotasının komandiri, alayın baş 

həkimi  olmuşdur. 

T.A.Sultanov müharibə vaxtı  ən gərgin döyüşlərin və 

döyüş  əməliyyatların iştirakçısı olub – Kursk Qövsündə, 

Sandomir əməliyyatında, balaton gölü (Macarıstan) ətrafındakı 

döyüşlərdə  və s. O, Rusiyanın, Belorusiyanın, Ukraynanın, 

Moldovanın, Polşanın, Macarıstanın, Almaniyanın, 

Çexoslovakiyanın alman faşistlərindən azad olunmasında 

iştirak etmişdir. 

T.A.Sultanov müharibəni 1945-ci ilin may ayında 

Çexoslovakiyada qvardiyaçı kapitan hərbi rütbəsində başa 

çatdırmışdır. 

Müharibədən sonra, 1945-1946-cı illərdə T.A.Sultanov 

Sovet qoşunlarının  şimal qrupunda, Almaniyada, alayın baş 

həkimi işləmişdir. 

1946-1953-cü illərdə o, Rusiyanın Uzaq Şərqində

primorsk hərbi dairəsində qvardiyaçı hava-desant diviziyasında 

 

 



 

176


tibbi-sanitar rotasının komandiri, alayın tibb məntəqəsinin rəisi 

vəzifəsində işləmişdir. 

1948-ci ildə ona  Hava-Desant Qoşunlarının  əmri ilə 

qvardiyaçı mayor hərbi rütbəsi verilmişdir. 

1953-cü ilin noyabr ayında T.A.Sultanov hərbi xidməti 

başa vurandan sonra vətənə – Naxçıvan  şəhərinə qayıdır və 

həmin aydan o, bir müddət Naxçıvan  şəhər Tibb-bədən 

tərbiyəsi dispanserində həkim vəzifəsində işləyir. 

T.A.Sultanov 1954 (mart) – 1959 (aprel) – illərdə 

Naxçıvan MSSR-i Səhiyyə nazirinin müavini, 1959-cu ilin 

aprel ayından 1965-ci ilin iyul ayına kimi  səhiyyə naziri 

vəzifəsində  işləmişdir. 1965-ci ildə tutduğu vəzifədən azad 

edildikdən sonra ona 2 aylıq  əmək məzuniyyəti verilmişdir. 

Məzuniyyəti bitdikdən sonra T.A.Sultanov Bakı  şəhərinə 

Azərbaycan respublika  səhiyyə nazirliyinin sərəncamına 

köçürülmüşdür. O, 1965 (sentyabr) – 1968 (sentyabr) illərdə  

Azərbaycan respublikasının  səhiyyə nazirliyinin 4-cü  Baş 

idarəsində  rəis müavini, 1968 (sentyabr) – 1975 (noyabr) – 

illərdə isə ömrünün axırına kimi səhiyyə nazirliyinin 4-cü Baş 

Idarəsinin Mərdəkan qəsəbəsində yerləşən 1№-li 

sanatoriyasında baş həkim vəzifəsində işləmişdir. 

T.A.Sultanov nazir vəzifəsində      işlədiyi müddətdə 

respublikada səhiyyənin inkişafına, onun texniki bazasının 

möhkəmlənməsinə, tibbi kadrların və  xəstəxanaların, onlarda 

çarpayıların artırılmasına daima diqqət yetirmişdir. O illərdə 

Naxçıvan  şəhərində 30 çarpayılıq  respublika Psixonevroloji 

dispanseri, 35 çarpayılıq Naxçıvan mərkəzi rayon xəstəxanası, 

2 kənddə kənd sahə xəstəxanası, Noraşen (Şərur) qəsəbəsində 

25  çarpayılıq uşaq xəstəxanası açılmışdır. 8 kənddə  

xəstəxanalar genişləndirilərək 10 çarpayıdan 25 çarpayıya 

çatdırılmışdır. Naxçıvan  şəhərində 100 çarpayılıq vərəm 

əleyhinə dispanser binası tikilərək istifadəyə verilmişdir. 

T.A.Sultanov 1956-cı ildə Moskva şəhərində  səhiyyə 

təşkilatı üzrə rəhbər səhiyyə işçilərinin bir illik təkmilləşdirmə 

kurslarında öz ixtisasını artırmışdır. 

Müharibədə göstərdiyi xidmətlərinə görə T.A.Sultanov 

«Qırmızı Ulduz», «II dərəcəli Vətən müharibəsi» (2 dəfə) 

ordenləri ilə, «Döyüş Xidmətlərinə görə» və başqa medallarla, 




 

 

 



177

o cümlədən «Almaniya üzərində  qələbəyə görə» medalı ilə 

təltif edilmişdir. 1961-ci ildə göstərdiyi nümunəvi xidmətlərinə 

görə ona «Şərəf Nişanı» ordeni verilmişdir. 

Tofiq Sultanov 1975-ci ilin noyabr ayının 29-da iş 

yerində vəfat etmişdir. 

 

 

 



 

178



Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin