Hacı Tahir oğlu Tahirov
Hacı Tahir oğlu Tahirov 1923-
cü ildə Naxçıvan şəhərində anadan
olub. Ibtidai məktəbin 6-cı sinfini
bitirdikdən sonra 1935-ci ildə
Naxçıvan tibb məktəbinə daxil olub
və 1938-ci ildə oranı bitirib. O, 1938-
1946-cı illər ərzində Naxçıvan
şəhərində müalicə-profilaktika
müəssisələrində feldşer kimi işləyib.
1946-cı ildə Azərbaycan Dövlət
Tibb institutunun sanitar-gigiyena fakültəsinədaxil olmuş və
1952-ci ildə institutu bitirmişdir.
H.T.Tahirov 1952-1958-ci illərdə Naxçıvan Səhiyyə
nazirliyində Baş Dövlət Sanitar müfəttişi işləmişdir. O, 1958-
1962-ci illərdə respublika sanitar epidemioloji stansiyanın baş
həkimi vəzifəsində çalışmışdır. H.T.Tahirov 1962-ci ildən
1973-cü ilə qədər Naxçıvan MSSR Səhiyyə nazirliyində
əvvəlcə baş epidemioloq, sonra baş sanitar müfəttişi – nazir
müavini, axırıncı iki ildə isə səhiyyə nazirini əvəz etmişdir. O,
1973-1987-ci illərdə respublika sanitar epidemioloji stansiyada
xüsusi təhlükəli infeksiyalar şöbəsinin müdiri vəzifəsində
işləmişdir.
H.T.tahirov 1987-ci ildə Bakı şəhərinə köçmüş və o
ildən 2004-cü ilə qədər Azərbaycan Respublika sanitar
karantin müfəttişliyinin Xəzər dəniz sanitar karantin şöbəsində
epidemioloq vəzifəsini tutmuşdur. H.T.Tahirov Moskva və
mərkəzi həkimləri təkmilləşdirmə və ixtisaslaşdırma
kurslarında, Leninqrad hərbi tibb akademiyasında kursda
ixtisasını təkmilləşdirmişdir.
H.T.Tahirov Naxçıvanda işlədiyi müddətdə sanitar
gigiyena və epidemiya əleyhinə tədbirlərin həyata ke-
çirilməsində bilavasitə iştirak etmiş, baş vermiş yoluxucu
xəstəliklərin tezliklə aradan qaldırılmasına, onların təkrar baş
verməməsi üçün öz bilik və bacarığını sərf etmişdir.
1958-ci ilin birinci rübündə Noraşen (Şərur) rayonunun
Dəmirçi kəndində təbii çiçək hadisəsi baş verdi. Onun qarşısını
183
almaq və yayılmasına imkan verməmək üçün təcili epidemiya
əleyhinə tədbirlər hazırlanıb həyata keçirilir. Birinci növbədə
kənddə qərargah təşkil edilir. H.T.Tahirov epidemioloji ocağın
rəisi təyin edilir. Hər gün profilaktik və epidemiya əleyhinə
tədbirlər aparılır. Kənddə xəstəxana və izolyator təşkil edilir.
Gündə 2 dəfə (səhər və axşam) əhali termometraj edilir.
Hərarəti olan, şübhəli xəstələr izolyatora qoyulur.
Tədbirdə Azərbaycan Səhiyyə nazirinin birinci müavini
Rizvan Şıxbünyat oğlu Cavadovun rəhbərliyi ilə Azərbaycan
Respublika taun əleyhinə stansiyanın, Azərbaycan Respublika
Elmi-tədqiqat mikrobiologiya, virusologiya və gigiyena
institutunun mütəxəssisləri qərargahda fəaliyyət göstərirlər.
Beləliklə görülən məqsədyönlü tədbirlər nəticəsində təbii
çiçək, xəstəliyi az vaxtda ləğv edilir. Məhz buna görə
H.T.Tahirov SSRI Səhiyyə nazirliyi və Azərbaycan SSR-i
Səhiyyə nazirliyi tərəfindən təşəkkür almışdır.
H.T.Tahirov səmərəli əməyinə görə Dövlət tərəfindən 8
dəfə medallarla, «Səhiyyə əlaçısına» döş nişanı ilə təltif
olunmuşdur. O, həm də fəal ictimaiyyətçi olmuşdur.
Naxçıvanda işlədiyi illərdə Naxçıvan şəhər sovetinə deputat
seçilmişdir.
H.T.Tahirov haliyədə təqaüdçüdür.
184
Dostları ilə paylaş: |