Adil niFTİ OĞlu məMMƏdov tibb elmləri namizədi


Valentina Filippovna Qnedkova



Yüklə 1,59 Mb.
Pdf görüntüsü
səhifə45/48
tarix02.01.2022
ölçüsü1,59 Mb.
#2528
1   ...   40   41   42   43   44   45   46   47   48
Valentina Filippovna Qnedkova 

 

Valentina Filippovna Qned-



kova 1915-ci ildə Mancuriyada (uzaq 

şərqdə) anadan olmuşdur. Uşaq 

yaşlarında ailəsi ilə birlikdə Bakı 

şəhərinə  gələn V.F.Qnedkova burada 

15 №-li məktəbin 7-ci sinfini bitirərək 

1931-ci ildə tibbi fəhlə fakültəsinə 

daxil daxil olur və oranı 1933-cü ildə 

qurtarıb Azərbaycan tibb institutuna 

daxil olur. 1938-ci ildə institutu 

bitirəndən sonra öz xahişi ilə onu 

Naxçıvan respub-likasının Culfa 

rayonuna, doğum evinin şöbə müdiri vəzifəsində işləmək üçün 

göndərirlər. O, burada çox az vaxtda əhali arasında böyük 

hörmət qazanır. 

V.F.Qnedkova 1941-ci ildə Naxçıvan  şəhərinə   

dəyişilir.   Əvvəlcə  Naxçıvan  respublika birləşmiş 

xəstəxanasının doğum-ginekoloji şöbəsinin müdiri, sonra isə 

Naxçıvan  şəhər doğum evinin şöbə müdiri vəzifəsində 

işləmişdir. O, eyni zamanda Naxçıvan MSSR-i Səhiyyə 

nazirliyinin doğuşa yardım müfəttişi işləmişdir. Bu illərdə 

V.F.Qnedkova özünü bacarıqlı, enerjili mütəxəssis kimi 

göstərir. 1951-ci ildə onu Naxçıvan MSSR-i Səhiyyə 

nazirliyinin baş mama-ginekoloqu vəzifəsinə irəli çəkirlər 

və bu vəzifədə ömrünün axırına kimi işləyir. 

V.F.Qnedkova 25 ilə yaxın respublikada işləyərək 

özünün fədakar  əməyilə, naxçıvanlıların dərin hörmətini 

qazanmışdır. O, cavan həkimlərə və orta tibb işçilərinə, onların 

ixtisasının artırılmasına böyük kömək göstərmişdir. 

Respublikanın zəhmətkeşləri onun işini yüksək 

qiymətləndirmişlər. V.F.Qnedkova dəfələrlə Naxçıvan  şəhər 

ZDS-in deputatı seçilmişdir. O, 17 mart 1963-cü ildə 

(ölümündən bir gün qabaq) Naxçıvan MSSR-i Ali Sovetinin 

deputatı seçilmişdir. 



 

 

 



185

Onun  əməyi dövlət tərəfindən dəfələrlə qiymətlən-

dirilmişdir. O, «Əməkdə  fərqlənməyə görə», «Böyük Vətən 

müharibəsi 1941-1945-ci illərdə  fədakar  əməyinə görə» 

medalları ilə, Azərbaycan SSR-i Ali Sovetinin Fəxri Fərmanı 

ilə  tətif edilmişdir. Ona Naxçıvan MSSR-in «Əməkdar 

həkimi» adı verilmişdir. 

V.F.Qnedkova 1963-cü il mart ayının 18-də öz xidməti 

vəzifəsini yerinə yetirərkən vaxtsız vəfat etmişdir. 

 

 



 

 

 



186


Yüklə 1,59 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin