GEDƏNİN DALINCA AĞLAMA BELƏ
Gedir bir arzunun vida səsi tək,
Gedir ayrılığın təntənəsi tək,
Gedir bir sevginin son nəfəsi tək, –
Gedənin dalınca ağlama belə.
Ömrün dünənində qalıb, gedir o,
Eşqini qəlbindən salıb gedir o,
Ömürlük ayrılıq alıb, gedir o, –
Gedənin dalınca ağlama belə.
Ömrün bu vədəsi, ömrün bu çağı,
Gözyaşı əridər vüqarlı dağı.
Dünyanın üzünü su alar axı,
Gedənin dalınca ağlama belə.
2012
193
ANA
Müqəddəslik rəmzisən
Hər an mənə dünyada.
Harada olsam yenə,
Anam, düşürsən yada.
Sözünə, söhbətinə,
Yer üzündə tay hanı?
İllər ötüb keçsə də,
Unutmaram laylanı.
Dərdimin əlacısan,
Sənsən yaşadan məni.
Başımızın tacısan,
Allah qorusun səni!
1987 (Mahnı mətnindən)
ATA
Dərd-qəmi unutduran,
Gözdə yaş qurutduran,
Qəm-kədəri uçuran,
Yalnız atadır, ata.
194
Balaların sipəri,
Ailənin təpəri,
Əsil düşmən çəpəri
Yalnız atadır-ata.
Evdə bərəkət ruzi, –
Saf niyyət, təmiz arzu.
Qəlbdə əridən buzu,
Yalnız atadır, ata.
2002
(Mahnı mətnindən)
DİVAR
Divarların ən sərtidir,
İçimdə hördüyüm divar.
Hər nə desən, o şərtidir...
Dərdimi böldüyüm divar!
Bəlkə də bilmirəm dərdi,
Mən də bir ayrı cür karam.
O çatları mən vurmuşam,
Əfv et, əfv et, günahkaram.
2014
Dostları ilə paylaş: |