SƏNİN HÖRÜLMÜŞ ZÜLFÜN
Milyon-milyon gözəlin,
Gəlinin, nazəninin,
Zülflərini darayıb
Buruq-buruq bursalar,
Milyon bəzək vursalar,
Milyon rəng yaxsalar,
Mılyon çiçək taxsalar,
Gözəllikdə bənzəməz
İncə əllərin ilə
Daranılan, yuyulan,
Sinən üstə burulan
O hörülmüş zülfünə.
Könlümü yaralamış
Sənin hörülmüş zülfün,
Qəlbimin seçımındə,
Milyon zülflər içində,
Ən alı mükafata
Layiq görülmüş zülfün.
2010-cu il mart.
201
AFAQ ŞIXLI
(1969)
Afaq Şıxlı (Afaq Şıxlinska-
ya, həkim, şair, publisist, tərcü-
məçi) 1969-cu il 25 iyunda Azər-
baycan SSR-in Bakı şəhərində
ziyalı ailəsində dünyaya gəlib.
1984-cü ildə Bakı şəhəri 12 saylı
orta məktəbi (on beş yaşında)
qızıl medalla və 15 saylı musiqi məktəbini (forte-
piano) əla qiymətlərlə bitirib. 1990-cı ildə N. Nərima-
nov adına Azərbaycan Dövlət Tibb İnstitutunun I
müalicə-profilaktika fakültəsini bitirməklə Azərbay-
can Respublikasında ikinci ən gənc həkim olmuşdur.
Azərbaycan, Rusiya və Avrasiya Yazarlar birlikləri-
nin, Azərbaycan Jurnalistlər birliyinin, Beynəlxalq
Yazıçılar və Publisistlər Assosiasiyasının üzvü, Rusi-
ya Poeziya Akademiyasının müxbir üzvü, “Nicat”–
Azərbaycan irsinin dirçəlişi cəmiyyətinin təsisçisi və
həmsədri, AYB-nin Moskva bölməsinin məsul kati-
bidir.
“Qəlbimin dedikləri” (2003), “Sevərsənmi...”
(2005), “Məndən uzaqda” (2008), “Səni düşünürəm”
(2011), “Səni düşünürəm” Təkrar nəşr. (2012), “Öm-
rümün beşinci fəsli” (2013), “Ömrümün beşinci fəsli”
Təkrar nəşr. (2013), “Dostlarım, bana da bahar gön-
derin!” Türkiyə türkcəsində. (2013. Şiir vakti.
202
Türkiye), “Bədii tərcümələr” (2014. Saratov), “Bədii
tərcümələr” Təkrar nəşr. (2014), “Sənə demədiklərim”
(2015), “V poiskax sebya” Rus dilində (Moskva)
kitablarının müəllifidir.
Ailəlidir. İki övlad anasıdır.
ŞEİR
Sözlərdən düzülən bir inci sapı,
Sənətin yenilməz qoludur şeir.
Ürəkdən ürəyə açılan qapı,
Hislərin idraka yoludur şeir.
Göylərin səsidir, ucadan-uca,
Gah sevdalı gəncdir, gah müdrik qoca.
Kükrəyən vulkandı, alışan ocaq,
Alovdur, şimşəkdir, doludur – şeir.
Aləmin zərrəsi, zamanın anı,
Bir canın həvəsi, bir ruhun canı,
Bütün duyğuların könül sultanı
Ülvi məhəbbətin quludur şeir.
Nəfis sətirlərin incə naxışı,
Dünyanın laylası, ahı, alqışı,
İlahi nəfəsi, Tanrı baxışı...
Sirr ilə, sehrlə doludur şeir.
203
Onun sayəsində gözəldir bəşər!
Qələmdən süzülüb dillərə düşər...
Əbədə qovuşar, ölümsüzləşər,
Əzəldir, əfzəldir, uludur şeir.
QÜRBƏT
Bu dünyada, cəhənnəmin
Başqa bir üzüdür qürbət!
Öz elindən gen düşənin
Ağlayan gözüdür qürbət!
Havası buz, yeli sazaq,
Hər döngəsi kələk, duzaq.
Bacıdan, qardaşdan uzaq
Bir çölün düzüdür qürbət!
Qara saça ələnən qar,
Baxışlara çökən qubar...
Ürəklərdə cadar-cadar
Həsrətin izidir qürbət!
Ötən günü nisgil dolu,
İtməz dərdi, bitməz yolu...
Ümidin qırılan qolu,
Bükülən dizidir qürbət!
204
Qara üzü qardan bəyaz,
Nə qəm bitər, nə də ayaz.
Qərib ömrə gəlməz ki, yaz, –
Payızın özüdür qürbət!
BİR KÖRPƏYDİM
Bir körpəydim – anasının balası,
İstədiyim – ana südü, laylası.
Eşitdiyim – əzizləmə, oxşama,
Fərq qoymurdum heç səhərə, axşama.
Uşaq oldum – ayaqları yalıncaq,
İstədiyim – şirni, şəkər, oyuncaq.
Tökdüklərim – sandıq içi, bağlama,
Eşitdiyim – “canım, gözüm, ağlama!”
Gəncliyimin çoşub-daşan illəri,
Zümzüməylə keçirirdim günləri.
Gördüklərim – yazı-pozu, qiraət,
Gizlədiyim – qəlbimdəki məhəbbət.
Qoymadı ki, yumub-açam gözümü,
Cavanlığım tez yetirdi özünü.
Çəkdiklərim – oğul-uşaq qayğısı,
Oxuduğum – həzin ana laylası.
|