Nizaminin şairlik məqamı və əsərləri Əgər bütün məşhur şairləri bir-biri ilə ölçsək Vəhid Dəstgerdi demişkən onda gərək
bu ölçünün fövqundə Nizami dayana. Digər tərəfdən Nizami elə farsdilli şairdir ki, o,
Firdovsi və Sədi ilə fars dilinin təkamülündə istisna rol oynamışdır. Onun farscası çox
anlaşıqlı bir üslubda yazılmışdır. O, sözləri yerli-yerində işlətməkdə, istiarə və
bənzətmələrdə fövqəladə qələmə malikdir. Nizami sözün hər bir mənasını duyan və onu
yerli yerində işlədən bir şairdir. Onun əndazəsiz bir şeir yazma qabiliyyəti var ki, bunu
heç kəs edə bilməmişdir. Şairin ən böyük imtiyazi şeirdən dastan yaratmağıdır. Onun
təsir qüvvəsi 5 dastan vasitəsiylə o qədər oldu ki, sonrakı şairlərin hamısı onun yolunu
getmək istədi, ancaq ona çata bilmədilər.
Hətta, Əmir Xosrov Dəhləvi, Cami, Vəhşi Bafti, Salman Savcı, Xacu Kermani,
onlarla başqaları Nizami qədər şeirin qüdrətini ucalda bilmədilər. Digər tərəfdən farsın
böyük şairləri Nəzir Mölanə, Sədi və Hafiz də bu zirvəni fəth edə bilmədilər.