24
Filtrasiyanı təmin etmək üçün P
h
göstəricisi (P
0
+ P
k
) cəmindən
böyük olmalıdır, əks halda sidik əmələ gəlməsi prosesi dayanacaqdır.
Böyrəklərin damar sistemi və böyrək qan dövranının tənzimi elə
qurulmuşdur ki, arterial təzyiqin əhəmiyyətli azalması və ya artması
(80-dən 180 mm c.süt.-na qədər) hidrostatik təzyiq yumaqcığın
gətirici arteriolasında və yumaqcıq kapillyarlarında sabit saxlandığı
üçün effektiv filtrasiya təzyiqi yumaqcıq filtrasiyasının normal
səviyyədə qalmasına səbəb olur. Yumaqcıq kapillyarında yüksək
təzyiq əsasən gətirici və çıxarıcı yumaqcıq arteriolaların diametrlə-
rindəki fərqə əsaslanır (gətirici arteriola çıxarıcı arteriolaya nisbətdə
1/3 qədər genişdir). Yumaqcıq kapillyarlarında arterial təzyiq onların
tonusunun dəyişməsi ilə tənzimlənir. Gətirici arteriyanın divarındakı
əzələlərin tonusunun artması nəticəsində onun mənfəzi daralır, qanın
yumaqcıq kapillyarlarına gəlməsi azalır, hidrostatik təzyiq aşağı enir,
yumaqcıq filtrasiyası azalır və əksinə.
İnsanda böyrək qan dövranının və yumaqcıqlarda hidrostatik təzyi-
qin səviyyəsinin tənzim olunması yumaqcığın çıxarıcı arteriyasının to-
nusu və mənfəzindən asılıdır. Qeyd olunan məsələ simpatik damar-
daraldıcı sinir impulslarının, qanda reninin, angiotenzinin, adrenalinin,
noradrenalinin səviyyəsinin artmasının təsiri ilə həyata keçirilir. Gün
ərzində yaşlı insanda 180 l-ə qədər ultrafiltrat əmələ gəlir, bunun da
178,5 – 179 l kanalcıqlarda reabsorbsiya olur və ancaq 1 –1,5 l son si-
dik kimi bədəndən xaric olur.
Dostları ilə paylaş: