Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə12/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   8   9   10   11   12   13   14   15   ...   186
 
SİDİK  VƏ  ONUN  ƏMƏLƏ  GƏLMƏ  MEXANİZMİ 
 
Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan 
sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi 
maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1-1,5 l sidik əmələ 
gəlir, bunun da miqdarı  qəbul olunan mayenin miqdarından asılıdır. 
Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox 
artması patoloji hal kimi qiymətləndirilir. Sağlam  şəxslərdə sidik ilə 
gün  ərzində 20-35 q karbamid, 0,5 – 1,4 q sidik turşusu, 1 - 2 q 
kreatinin, 10 – 100 mq zülal, 8 - 18 q natrium xlorid, 5 q natrium, 3 q 
kalium, 100 – 300 mq kalsium, 60 – 120 mq maqnezium və s. xaric 
olur. 
Sidiyin  əmələ  gəlməsi çox mürəkkəb proses olub, bu məsələnin 
bütün tərəfləri axıra qədər açılmamış qalır. Müasir teoriyaya görə 


 
22
sidik əmələgəlmə prosesi yumaqcıq filtrasiyası, kanalcıq reabsorbsi-
yası və sekresiyasından ibarətdir, ona görə onu filtrasion – reabsorb-
sion – sekresion teoriya da adlandırırlar. Bu nəzəriyyəyə görə, sidi-
yin  əmələ  gəlməsi yumaqcıq filtrasiyasından başlayır.  Əmələ  gələn 
ultrafiltrat (ilk sidik) böyrək kanalcıqlarına keçərək, onun bir hissəsi 
reabsorbsiyaya məruz qalır. Ultrafiltratın tərkibi zülalsız qan 
plazmasının tərkibinə uyğundur. Proksimal kanalcıqlarda suyun çox 
miqdarının (60-80%) reabsorbsiyasından başqa qlukoza və zülal tam 
sorulur, natriumun 70 – 80%,  kaliumun 90 – 95%,  sidik cövhərinin 
60%, çoxlu miqdarda xlor, fosfat ionları, aminturşular və b. mad-
dələr reabsorbsiya olunur. Kreatinin reabsorbsiya olunmur. Prok-
simal kanalcıqdan keçən ultrafiltrat izoosmolyarlığını saxlayır, yəni 
onun osmolyarlığı plazmadakına bərabər olur. Buna səbəb su ilə ya-
naşı başqa osmotik  aktiv maddələrin proporsional miqdarda reab-
sorbsiya olunmasıdır. 
Distal kanalcıqlarda da suyun və natriumun reabsorbsiyası davam 
edir, amma bu zaman geri sorulan suyun və natriumun miqdarı bə-
dən tələbatına uyğun gəlir. Bədənin, dehidratasiyası zamanı (məsə-
lən, isti iqlim şəraitində, çox tərləyəndə) kanalcıqdakı su çox sorulur, 
natrium isə reabsorbsiya olunmur, nəticədə sidiyin miqdarı azalır, 
amma tərkibindəki osmotik aktiv maddələrin konsentrasiyası artmış 
olur. Orqanizmin hiperhidratasiyası zamanı distal kanalcıqlarda nat-
rium çox reabsorbsiya olunur, amma suyun reabsorbsiyası azalır və 
bu səbəbdən də  aşağı nisbi sıxlıqlı çoxlu miqdarda sidik ifraz olur.  
Beləliklə, proksimal kanalcıqlarda suyun məcburu (obliqat), distal 
kanalcıqlarda fakultətiv (seçici) reabsorbsiyası baş verir. 
Son illər sidiyin əmələ  gəlməsində kanalcıq sekresiyasının da 
iştirak etdiyi sübuta yetirilmişdir. Belə ki, yumaqcıq filtratında olma-
yan bəzi maddələr son sidikdə tapılır və bu da həmin maddələrin 
ancaq sekresiya yolu ilə sidiyə keçməsini göstərir. Sübut  olunmuş-
dur  ki, bəzi yad maddələr (penisillin, kontrast maddələr və s.), 
kanalcıq  epitelisində  əmələ  gələn  ammonyak və hidrogen, kalium 
ionları kanalcıqda sekresiya olunurlar. Bu proseslərdə  iştirak edən 


 
23
aldosteron və ADH təsir mexanizmi, antinatriuretik və antidiuretik 
reflekslərin baş vermə mexanizmlərinin aydınlaşdırılması sidik 
yaranma prosesinin mahiyyətini xeyli işıqlandırmışdır. Aşağıda sidik 
əmələgəlmə proseslərinin mexanizminin müasir məlumatları, yu-
maqcıq filtrasiyası, bəzi üzvi və qeyri-üzvi maddələrin kanalcıqda 
transportu, həmçinin sidiyin osmotik  durulaşdırılması  və qatılaş-
dırılması haqda məlumatlar üzərində dayanacağıq. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin