Mehman ağayev



Yüklə 3,18 Mb.
Pdf görüntüsü
səhifə11/186
tarix25.12.2016
ölçüsü3,18 Mb.
#2834
1   ...   7   8   9   10   11   12   13   14   ...   186
 
BÖYRƏKLƏRİN  EKSKRETOR  FUNKSİYASI 
 
Bədənin daxili mühitinin daima sabit saxlanılması – homeostaz 
böyrəklər tərəfindən su-duz, qələvi-turşu müvazinəti (QTM), azot 
mübadiləsi, AT səviyyəsi, eritropoez, qanın laxtalanma prosesi və s. 
tənzim olunması hesabına baş verir. Bu fəaliyyətləri böyrəklərin 
ekskretor və inkretor funksiyaları yerinə yetirirlər. 
Ekskretor (ifrazat) funksiyasına bədəndən yad maddələrin 
mübadilənin (əsasən azot mübadiləsinin) son zərərli məhsullarının və 
bədən fəaliyyəti üçün vacib olan, amma bədəndə artıq miqdarda 
əmələ gələn məhsulların çıxarılması aiddir. 
Analoji funksiyaları başqa orqan və sistemlər – dəri, mədə-
bağırsaq traktı, ağciyərlər, qaraciyər yerinə yetirirlər. Tər vəziləri ilə 
bədəndən su, natrium xlorid, sidik cövhəri, sidik turşusu və başqa 
maddələr xaric olurlar. Böyrəklərin ekskretor fəaliyyəti pozulduqda 
tər vəziləri fəaliyyətlərini kompensator artırırlar, amma böyrəklə 


 
21
müqayisədə onlar bədəndən çox az miqdarda suyu, duzları, azot 
mübadiləsi məhsullarını çıxara bilirlər. 
Mədə-bağırsaq traktı (MBT) vasitəsi ilə fizioloji halda bədəndən 
su, duzlar, Ca, Mg və başqa ionlar, bəzi zülal tərkibli maddələr, 
böyrək fəaliyyəti pozulduqda azot mübadiləsi məhsulları (məsələn, 
sidik cövhəri) bədəndən çıxarılır ki, bununla da böyrək fəaliyyəti 
pozulduqda azotifrazetmə funksiyası müəyyən qədər kompensə olu-
nur. Bəzi dərman vasitələri və yad maddələr  öd vasitəsi ilə və MBT 
ilə  bədəndən xaric olurlar. Ağciyərlər vasitəsi ilə  bədəndən karbon 
qazının çıxarılması hesabına QTM tənzim olunur. Amma bədəndən 
çıxarılması vacib olan maddələrin kənar edilməsində birinci dərəcəli 
rolu böyrəklər oynayırlar. Böyrək ifrazat funksiyasının aşağı düş-
məsi və ya dayanması, hətta başqa orqan və sistemlərin normal 
fəaliyyəti zamanı belə  həyatla uyuşmayan homeostazın ağır 
pozğunluqları ilə müşayiət olunur. Böyrəklərin bu funksiyaları, yəni 
homeostazın tənzim olunması  və maddələr mübadiləsinin son 
məhsullarının orqanizmdən çıxarılması bədənin heç bir başqa orqanı 
tərəfindən kompensə oluna bilmir. 

Yüklə 3,18 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   186




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin