Bitki yığımı № 111
1. Lavanda, ot 50,0
2. Pişikotu, ot 50,0
3. Nanə, ot 100,0
4. Qaraqınığ, ot 150,0
5. Çobanyastığı, çiçək 200,0
6. Gicitkan, ot 200,0
7. Dəfnə, yarpaq 100,0
8. Şam, iynəyarpaq 200,0
5 xörək qaşığı bitki yığımını 1 litr suda dəmləmək, isti su ilə
doldurulmuş vannaya süzmək, sonra 15-20 dəqiqə ərzində ümumi
vanna qəbul etmək.
Xroniki böyrək çatışmazlığı. XBÇ zamanı xəstələri müalicə et-
mək ücün tərkibində sidikqovucu, dezintoksikasiyaedici, iltihab əley-
hinə təsirə malik dərman bitkiləri olan 67 №-li bitki yığımından is-
tifadə olunur.
332
Bitki yığımı № 67
1. Baldırğan, toxum 20,0
2. Tozağacı, yarpaq 20,0
3. Qatırquyruğu, ot 20,0
4. Pişikdili, ot 15,0
5. Erika, çiçək 15,0
6. Cəfəri, toxum 15,0
7. Yonca, ot 15,0
8. Biyan, kök 15,0
9. Gəcəvər, kök 15,0
10. Keşniş, toxum 15,0
11. Şüyüd, toxum 15,0
12. Qarğıdalı, saçaq 15,0
13. At pıtrağı, kök 10,0
14. Gəndəlaş, gül 10,0
15. Quşbuğdası, ot 10,0
1 xörək qaşığı qarışığı 500 ml suda dəmləmək, yeməkdən 15
dəqiqə qabaq, ilıq halda gündə 3 dəfə, 150 ml qəbul etmək.
Bu yığımın tərkibində olan baldırğan toxumunun təsirindən qanda
sidik cövhərinin səviyyəsinin aşağı düşməsi müşahidə olunur.
Dostları ilə paylaş: |